DİM rəhbəri: Qarabağ Universitetinə qəbul olanların 16.4 faizi Bakı şəhər sakinləridir
Ali təhsil müəssisələrinə ixtisas seçimi müsabiqəsinin nəticələrinə əsasən, Qarabağ Universitetinə 1103 tələbə qəbul olub.
AZƏRTAC xəbər verir ki, bunu avqustun 26-da keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə söyləyib.
DİM rəhbəri bildirib ki, qəbul olanların 16.4 faizi Bakı şəhər sakinləridir. Bakıda yaşayan gənclər Qarabağ Universitetini seçərək orada təhsil almağa üstün tutublar. Qəbul olanların 3.81 faizi Naxçıvandan, 6.80 faizi Sumqayıt şəhəri, Abşeron, Xızı, Şamaxı və Qobustan bölgələrindəndir. Tələblərin 22.67 faizi Mingəçevir, Naftalan, Yevlax, Şuşa, Xocalı, Xocavənd, Goranboy, Kəlbəcər, Bərdə, Ağcabədi, Ağdam, Tərtər bölgələrindəndir. Bu da təbiidir, çünki onlar artıq orada yaşayırlar. Qəbul olanların 16.77 faizi Gəncə şəhəri, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz bölgələrindən, 8.61 faizi Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz bölgələrindən, 3.54 faizi Göyçay, Ucar, Kürdəmir, Zərdab, Ağdaş, İsmayıllı, Ağsu bölgələrindən, 6.71 faizi İmişli, Cəbrayıl, Qubadlı, Füzuli, Beyləqan, Laçın, Zəngilan bölgələrindəndir. Tələbələrin 7.43 faizi Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı bölgələrindən, 4.90 faizi Lənkəran şəhəri, Astara, Lerik, Yardımlı, Cəlilabad, Masallı bölgələrindən, 2.63 faizi Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən bölgələrindən olan tələbələrdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında
10 Sentyabr
“Elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı Azərbaycan Respublika...
10 Sentyabr
“Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əm...
10 Sentyabr
“Dəniz əməliyyatları bazası reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında...
10 Sentyabr
“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Resp...
10 Sentyabr
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı ilə təsd...
10 Sentyabr
Vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarının müəyyən edilməsi ...
10 Sentyabr
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 346 nömrəli Qərarı ilə t...
10 Sentyabr
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə t...
10 Sentyabr
Mərkəzi Seçki Komissiyasının 2024-cü il 4 sentyabr və 5 sentyabr tarixli iclas protokollarının təsdi...
10 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!05 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
İlham Əliyev "Azəri"ni Azərbaycanın sərvəti etdi30 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!