18 May 2026 16:22
914
Təhsil
A- A+
DİM: İyunun 14-də magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək

DİM: İyunun 14-də magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək


2026/2027-ci tədris ili üzrə magistraturalara qəbul üçün I cəhd imtahanı 15 fevral, II cəhd imtahanı üçün isə 17 may müəyyən edilib. I cəhd üzrə imtahanda iştirak etmək üçün 22 min 780, II cəhd üzrə isə 23 min 89 bakalavr qeydiyyatdan keçib. Mayın 17-də Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Yaranmış vəziyyət nəzərə alınaraq imtahan mərkəzlərinə rəhbər heyət yola salınmazdan əvvəl imtahana gecikən iştirakçıların təlimatda nəzərdə tutulmuş saat 09:45 əvəzinə ən gec saat 10:00-dək imtahan binasına buraxılması və imtahanın başlanma vaxtının saat 10:00-dan saat 10:15-ə dəyişdirilməsi ilə bağlı göstərişlər verilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, saat 10:00-dan etibarən imtahan qərargahına daxil olan məlumatlara əsasən, imtahan binalarının iştirakçılarla dolma dərəcəsinin 80–90 faiz təşkil etdiyi müəyyən edilib. Bununla əlaqədar gecikən bütün iştirakçıların imtahana buraxılması və imtahanın saat 10:30-da başlanması barədə əlavə qərar qəbul edilib.

Nəticədə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərləri üzrə bütün 78 imtahan binasında imtahan mütəşəkkil qaydada keçirilib və iştirakçıların imtahana başlaması saat 10:30–10:45 intervalında təmin olunub.

Xatırladaq ki, həmin regionlar üzrə qeydiyyatdan keçmiş 19746 iştirakçıdan ilkin məlumatlara əsasən, təxminən 17 min 912 nəfəri imtahanda iştirak edib. Bu da nəzərdə tutulan ümumi sayın 90,7 faizini təşkil edir.

DİM bakalavrların diqqətinə çatdırır ki, əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində iyunun 14-də magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək. Bu imtahanda mayın 17-də keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar 21-23 may tarixlərində Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, mayın 17-də imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında

02:18
18 İyun

Məhəmməd Süleyman Əl-Casirin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

02:18
18 İyun

Tramp: İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəyib

22:19
17 İyun

Kainatda təkik?

21:37
17 İyun

Davamlı bakteriyalara qarşı yeni antibiotik metodu hazırlanıb

21:13
17 İyun

İran və Qətər elektrik şəbəkələrini birləşdirir  

21:09
17 İyun

Ekvadorda 10 regionda fövqəladə vəziyyət elan edilib

20:58
17 İyun

İ. Fedotov: Messi meydandan qovulmalı idi

20:46
17 İyun

 İspaniyada 16 ton Dünya Kuboku formaları müsadirə edilib

20:42
17 İyun

 A. Səmədov: Ronaldo kimi oyunçu həmişə faydalıdır 

20:41
17 İyun

II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib  

20:32
17 İyun

Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb

20:28
17 İyun

Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir

20:13
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO  

20:09
17 İyun

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu olub

20:09
17 İyun

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “kölgə donanması”na məxsus tankeri və iki körpünü vurub  

20:03
17 İyun

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib YENİLƏNİB

19:56
17 İyun

Orxan Məmmədov: “Startap” şəhadətnaməsi alan şirkətlərin ümumi dövriyyəsi 63 milyon manata yüksəlib

19:52
17 İyun

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

19:50
17 İyun

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

19:49
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

19:47
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!