25 Iyul 2024 19:05
160
CƏMİYYƏT
A- A+

Diaspor nümayəndələrinin Şuşaya 12-ci səfəri baş tutub

 

Tətillərini Azərbaycanda keçirməyə üstünlük verən diaspor nümayəndələrinin mədəniyyət paytaxtımız Şuşaya 12-ci səfəri baş tutub. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində on ikinci dəfə gerçəkləşən səfərdə 27 ölkədən 140 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi, Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Gəncə Qapısı, “Güllələnmiş heykəllər”in yerləşdirildiyi meydan və digər görməli yerlər ziyarət edilib. Diaspor nümayəndələrinə Qarabağın incisi olan Şuşada aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verilib. Diaspor nümayəndələri Cıdır düzündə Dövlət Himninin sədaları altında Azərbaycan Bayrağı açıb, “Qarabağ Azərbaycandır!” şüarı səsləndiriblər. Gəncə Qapısı önündə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələrdə xaricdə yaşayan soydaşlarımızın hər il tarixi vətənlərini, xüsusilə də azad olunmuş torpaqlarımızı ziyarət etməsinin önəminə diqqət cəlb edilib.

Komitənin təşkilatçılığı ilə “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm hadisələrindən biridir.

Bundan başqa, Komitə mütəmadi olaraq beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında böyük rol oynayan xarici jurnalistlərin və elm adamlarının Şuşaya, eləcə də işğaldan azad edilmiş digər rayonlara səfərlərini təşkil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video