27 Noyabr 2025 08:25
314
SİYASƏT
A- A+
Dəyişən dünyanın yeni gücü - türk dünyası

Dəyişən dünyanın yeni gücü - türk dünyası


Azərbaycan bu dünyanın öncül ölkəsidir


Məlum səbəblərdən uzun illər türk dünyası tarixin səhnəsindən siyasi güc kimi silinmişdi. Orta Asiyadakı türk dövlətləri və Azərbaycan əvvəllər çar, sonra isə sovet imperiyasının tərkibində olmuşdur. Təkcə qardaş Türkiyə müstəqilliyini qoruyub saxlaya bilmişdir. O da üç qitədə yerləşən möhtəşəm Osmanlı imperiyasının qalıqları üzərində qurulmuşdu. 

Bu üzdən əzəmətli keçmişi olan türk dünyası qlobal proseslərdə boy göstərə bilmirdi. Sovet imperiyasının dağılmasından sonra da onun varisi olan Rusiya türk dövlətlərinin müstəqilliyinə formal baxırdı. Uzun illər şimal qonşumuz bu müstəqilliklə barışmır və böyük bir regionu özünün arxa bağçası kimi görürdü. 

Prezident İlham Əliyevin öncüllük etdiyi türk dünyasının birləməsi ideyasını türk dövlətləri rəğbətlə qarşıladı. Hamı anladı ki, güc birlikdədir və yenidən dünya siyasi səhnəsinə qayıtmağın yeganə yolu budur. Təbii ki, bu proses xeyli vaxt apardı. Amma qardaş ölkələr bir-biri ilə yaxınlaşıb güclü olduqca bu birliklə hesablaşmağa başladılar. Bu baxımdan, noyabrın 6-da Vaşinqtonda ABŞ, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan arasında "C5+1" formatında tədbir keçirildikdən sonra Rusiyanın reaksiyası nahaq yerdən maraq doğurmurdu. Şimal qonşumuzun hələ də imperiya təfəkküründən qurtula bilməyən siyasətçiləri həmin formata qarşı mənfi reaksiya göstərsə də, dövlətin rəsmi mövqeyi belə oldu: "Onlar müstəqil dövlətlərdir, istədiyi ölkələrlə əlaqələr qura bilər".

Şimal qonşumuzun belə rəsmi mövqe sərgiləməsi onu göstərir ki, türk dünyası real gücə çevrilib və onunla əlaqələr qurmaq lazımdır, keçmiş keçmişdə qalıb. Ancaq hələ də Rusiyada bu mövqe ilə barışmaq istəməyən yüksək ranqlı dövlət məmurları və siyasətçilər çoxdur. Buna baxmayaraq, türk dünyasının siyasi və iqtisadi cəhətdən gücü artır, beynəlxalq məsələlərdə söz sahibi olur.

Türk dünyasına qarşı çıxan ikinci bir dövlət isə cənub qonşumuz İrandır. Bu ölkə uzun  illər türk dünyasının birləşməsinin əleyhinə olduğunu açıq şəkildə bəyan edir, türk birliyini özünün ərazi bütövlüyünə təhlükə kimi görürdü. İranın Zəngəzur dəhlizinin (TRIPP) açılmasına qarşı çıxmasının başlıca səbəbi də türk dünyası arasında quru sərhədin yaranması idi. İranın yeni Prezidenti Məsud Pezeşkian isə əksinə, ölkənin türk dövlətləri ilə sıx əlaqələr qurmasına üstünlük verir. İranda buna qarşı çıxan qüvvələr olsa da, əməkdaşlığı sanksiyalar altında olan ölkələri üçün faydalı olduğunu düşünənlər də çoxdur. 

Hazırda türk dünyası ilə əməkdaşlığı daha da genişləndirmək üçün Rusiya, Çin və ABŞ başda olmaqla, Qərb dünyası arasında ciddi mübarizə gedir. Buna siyasi, iqtisadi və hərbi prizmadan baxmaq lazımdır. Türk dünyasına bütün tərəflərin marağı eyni olsa da, baxış bucaqları müxtəlifdir və hər bir tərəf burada öz maraqları çərçivəsində siyasət aparır. 

Şimal qonşumuz anlayır ki, türk dünyası Qərbin təsiri altına düşüb onların sanksiyalarına qoşulsa, daha çıxılmaz vəziyyətə düşə bilər. Rusiya-Ukrayna müharibəsi bu ölkəni hərbi, iqtisadi və siyasi cəhətdən zəiflədib və dünya siyasətindən müəyyən qədər təcrid edib. O üzdən, Rusiya türk dünyasına təzyiq göstərmək əvəzinə, əməkdaşlığa üstünlük verir. Digər tərəfdən, Orta Asiyada ABŞ və ya NATO-nun iştirakından qorxur. Çünki bu regionda Qərbin hərbi mövcudluğu Rusiya üçün ciddi narahatlıq yaradar. Bunların olmaması üçün yeganə düzgün yol türk dünyası ilə bərabərhüquqlu əməkdaşlıqdan keçir və görünən odur ki, şimal qonşumuz istər-istəməz bu qaydaya riayət etməyə məcburdur.

Çinin Orta Asiyaya iki baxışı var: birincisi, bu regionun zəngin enerji resurslarından istifadə etmək. Hazırda Çin-ABŞ qarşıdurması Çinə İran və ərəb ölkələrindən enerji resursları əldə etməyə maneçilik törətməyə imkan verir. Bu baxımdan ki, ABŞ Çinə həmin strateji məhsulları daşıyan gəmiçilik şirkətlərinə qadağa qoya bilər. Belə olan halda yüksələn Çin iqtisadiyyatı böyük zərbə alar, ölkənin iqtisadi inkişafında problemlər yaranar. Dünyanın ən böyük istehsalçısı olan Çin isə bunu, əlbəttə, arzulamır. O səbəbdən Asiya nəhəngi Orta Asiya ölkələrinə öz sabit enerji mənbəyi kimi baxır. "Əjdahalar ölkəsi" qonşu regionla birbaşa quru sərhədlərlə bağlı olduğu üçün, necə deyərlər, araya girmək mümkünsüzdür.

Çin türk dünyası ilə sıx iqtisadi əlaqələr qurmasına böyük əhəmiyyət verir. Odur ki, bu regiona ən çox investisiya qoyan ölkə Çindir. Amma Çin strateji sahələrə sərmayə qoymaqla da kifayətlənmir. Hazırda Çin kapitalı türk dövlətlərinin bütün sahələrini əhatə edir. Məqsəd həmin ölkələri qarşılıqlı maraqlarla özünə daha sıx bağlamaqdır. 

Çinin ikinci strateji marağı isə türk dövlətləri vasitəsilə Avropa və dünya bazarına çıxmaqdır. Məlum olduğu kimi, dünya ticarətinin 80 faizindən çoxu okean və dənizlər üzərindən həyata keçirilir. Dünyanın okean və dənizlərdəki ticarət yollarına isə ABŞ hərbi donanması nəzarət edir. Əgər Çin-ABŞ əlaqələri gərginləşib silahlı münaqişəyə çevrilərsə, bu ticarətin aparılması mümkünsüz olacaq. Bunu nəzərə alan Çin Avropa və dünya bazarına çıxışın türk dünyasından asılı olduğunu dərk edir və onun "bir kəmər, bir yol" layihəsi də bu amala xidmət edir. Eyni zamanda dünyada Orta dəhliz kimi tanınan mühüm qlobal ticarət marşrutunun keçdiyi ölkələr də türk dövlətləridir. Bu o deməkdir ki, Çinin Avropa və dünya ilə ticarət aparması türk dövlətləri ilə olan münasibətlərindən asılıdır. 

Azərbaycan və Çin münasibətlərinin yüksək səviyyədə olması da bununla bağlıdır. Çünki Azərbaycan Orta dəhlizdə və "Şimal-Cənub" marşrutunda açar ölkədir və Çinin hər iki  marşruta böyük ehtiyacı var. Zəngəzur dəhlizinin (TRIPP) açılmasına bu ölkənin xüsusi maraq göstərməsi də milli maraqları ilə bağlıdır. Üstəlik, Azərbaycanla Ermənistan arasında Vaşinqtonda Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmaya Çinin isti yanaşması həmin maraqdan irəli gəlir. 

Qərbin türk dünyasına maraq göstərməsinin siyasi, iqtisadi və hərbi maraqları daha böyükdür. İqtisadi maraqlarda önəmli yeri enerji resursları tutur. Bildiyimiz kimi, Orta Asiyada olan türk dövlətləri zəngin neft-qaz yataqlarına sahibdir. Amerika bu resursları Avropa bazarına çıxarmaq və bununla "qoca qitə"nin Rusiya neft-qazından olan asılılığını aradan qaldırmaq istəyir. ABŞ həm də bununla xalq arasında deyildiyi kimi, "bir güllə ilə iki qaz vurmaq istəyir". Çünki zəif Rusiyaya öz şərtlərini daha asanlıqla qəbul etdirməyin mümkün olacağını düşünür.

ABŞ-nin ikinci bir hədəfi isə Qazaxıstanla Özbəkistanın uran yataqlarını birgə istismar etməklə onu öz nəzarətində saxlamaqdır. Hazırda dünyada kəşf edilən uran yataqlarının yarısı bu iki türk dövlətinə məxsusdur. Uran isə təkcə silah deyil, həm də zəngin enerji mənbəyidir. Məsələn, Fransa 50-dən çox atom elektrik stansiyasında istehsal etdiyi enerji ilə ölkənin tələbatını təmin edir. Rusiya-Ukrayna müharibəsində Fransanın şimal qonşumuza qarşı daha aqressiv siyasət yürütməsinin bir səbəbi də dolayısı bununla bağlıdır. Çünki Fransanın digər Avropa ölkələri ilə müqayisədə Rusiya qazına ehtiyacı yoxdur. 

Son dövrlər Fransanın ölkəmizə qarşı apardığı sərt və qərəzli siyasətinin bir qədər yumşaldığını görürük. Hətta erməni diasporu bundan rahatsız olduğunu açıq şəkildə dilə gətirir. Fransanın siyasətində bu dönüş təsadüfi deyil. Belə ki, Fransa özünün talançı siyasəti üzündən uranla zəngin olan Afrika ölkələrindən qovulduğundan atom elektrik stansiyalarının urana olan tələbatını ödəmək üçün Qazaxıstana üz tutub. E.Makronun bu ölkəyə səfərdə müzakirə etdiyi başlıca məsələ də uranla bağlı razılaşma əldə etmək idi. Belə olan halda Fransa uranı Azərbaycan ərazisindən aparmalı olacaq. Beynəlxalq qanunlara görə, uranın daşınması üçün tranzit ölkələrin xüsusi razılığı olmalıdır. Azərbaycan isə bu marşrutda əsas tranzit ölkədir. 

Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycan dünya üçün əhəmiyyətli ölkəyə çevrilib. Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanan sənəd, ölkəmizin "5+1"-ə tamhüquqlu üzv olması bunu növbəti dəfə təsdiq etdi. Eyni zamanda Azərbaycan türk dünyasını həm siyasi, həm də coğrafi baxımdan birləşdirən ölkədir. Yəni türk dünyasının birliyinin yaranmasında Azərbaycan öncül rol oynayır və bunu bütün dünya qəbul edir. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!