24 Noyabr 2025 13:42
319
CƏMİYYƏT
A- A+
Daşkəsəndə Vətən müharibəsi şəhidləri ehtiramla yad edilmişdir  

Daşkəsəndə Vətən müharibəsi şəhidləri ehtiramla yad edilmişdir  


Daşkəsənin Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidləri - əsgər Orxan Bəxtiyarov, əsgər Tural İsmayılov,  kiçik çavuş Ramid Tağıyev və kiçik çavuş Asif Tağıyevin anım günləri keçirilmişdir.

Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, eləcə də ictimaiyyət nümayəndələrinin və şəhid valideynlərinin  iştirak etdikləri tədbirdə şəhid məzarları ziyarət olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı Orxan Abbasov çıxış edərək şəhidlərin keçdikləri şərəfli döyüş yollarından danışmış, göstərdikləri igidliyin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirmişdir.

Şəhidlərin valideynləri və yaxınları onlara hər zaman göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.


Sabir ƏLİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!