07 İyul 2026 10:12
154
CƏMİYYƏT
A- A+
Daşkəsəndə uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayıb

Daşkəsəndə uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin sifarişi ilə Daşkəsən rayonunda 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayıb. 

Layihənin məqsədi əlilliyi olan uşaqlara erkən müdaxilə və reabilitasiya xidmətləri göstərmək, onların sosial inteqrasiyasını dəstəkləmək, inklüziv təhsil imkanlarını genişləndirmək, asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək, eyni zamanda valideynləri maarifləndirmək və bacarıqlarının inkişafına dəstək verməkdir.

"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin təşkilatçılığı ilə yaradılan mərkəzdə uşaqların fərdi ehtiyacları nəzərə alınaraq funksional qiymətləndirmələr aparılır və onların gündəlik həyatda qarşılaşdıqları əqli, fiziki və kommunikasiya problemlərinin aradan qaldırılması üçün müasir reabilitasiya üsulları tətbiq edilir.

Hazırda mərkəzdəki xidmətlərdən autizm, daun sindromu, serebral iflic, əqli inkişaf geriliyi, nitq pozuntuları və digər inkişaf məhdudiyyətləri olan 3-18 yaş aralığında 50 uşaq yararlanır. Onlarla pedaqoq, psixoloq, sosial işçi və loqoped olmaqla 4 ixtisaslaşmış mütəxəssis məşğul olur.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclis 17 məsələnin müzakirəsinə başlayıb

11:18
07 İyul

Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

11:15
07 İyul

Neft qiymətləri geosiyasi amillərdən asılı alacaq

10:47
07 İyul

Rüşvət müqabilində vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

10:44
07 İyul

Hakan Fidan: Avropanın təhlükəsizliyi Aİ ilə məhdudlaşdırıla bilməz

10:41
07 İyul

Dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulur

10:38
07 İyul

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır  

10:35
07 İyul

Zəngilanda keçiriləcək növbəti əmək yarmarkasında 80-dən çox vakansiya təqdim ediləcək

10:33
07 İyul

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

10:30
07 İyul

Dünya çempionatı: Belçika millisi 1/4 finala vəsiqə qazanıb

10:26
07 İyul

Tramp NATO sammitində iştirak etmək üçün Türkiyəyə yola düşüb

10:23
07 İyul

Alimlər: Videooyunlar yaddaşı müəyyən dərəcədə yaxşılaşdıra bilər

10:20
07 İyul

Daşkəsəndə uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayıb

10:12
07 İyul

Neftçalada Xəzər dənizinə nərə cinsli 400 min balıq körpəsi buraxılıb

10:03
07 İyul

Rəqəmsal Şuranın iclası, QDTİB-in toplantısı, coğrafiyası genişlənən "Made in Azerbaijan" brendi və neftin qiymətində dalğalanma

09:53
07 İyul

"Yaşıl enerji" dəhlizi Azərbaycan-Avropa əlaqələrində yeni inkişaf mərhələsinin əsasını yaradacaq

09:45
07 İyul

Beynəlxalq maliyyə qurumları ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar

09:37
07 İyul

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

09:29
07 İyul

Sadə, çevik, şəffaf

09:21
07 İyul

Türkiyəli ekspert: "Dünyada artan münaqişələr fonunda Azərbaycanın sabitliyi və təhlükəsizliyi güclü dövlətçilik modelinin təzahürüdür"

09:13
07 İyul

Ölkə üzrə qeyri-neft-qaz məhsullarının ixracı son 10 ildə iki dəfə artıb

09:05
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!