06 İyul 2026 17:26
274
CƏMİYYƏT
A- A+
Nazir Məcnun Məmmədov Lerikdə təsərrüfatlara baxış keçirib, fermerlərlə görüşüb

Nazir Məcnun Məmmədov Lerikdə təsərrüfatlara baxış keçirib, fermerlərlə görüşüb


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Lerik rayonuna səfəri çərçivəsində təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir əvvəlcə Tatoni və Kələxan kəndlərində Oktay Rəhimovun təsərrüfatlarında olub. Bildirilib ki, Tatoni kəndində 1 hektar sahədə çiyələk əkilib. Fermer çiyələyin becərilməsi, məhsul istehsalının artırılması, aqrotexniki tədbirlər, məhsulun yığımı, qablaşdırma, daşıma barədə geniş məlumat verib. Qeyd olunub ki, bu sahənin inkişafı il boyu aqrar sahədə məşğulluğun təmin olunmasına, fermerlərin gəlirlərinin artmasına müsbət təsir göstərir.

Daha sonra fermerin 2 hektarlıq kartof əkini sahəsinə baxış keçirilib. Fermer kartofçuluğun rayonda əsas gəlir mənbələrindən biri olduğunu, daxili bazarda tələbatın artması səbəbindən əkin sahələrinin genişləndirildiyini bildirib. Görüşdə yüksəkreproduksiyalı toxum materialından istifadə, suvarma, gübrələmə, bitki mühafizə tədbirləri, eləcə də məhsuldarlığın artırılması istiqamətində görülən işlər müzakirə olunub. Məcnun Məmmədov kartof istehsalında müasir texnologiyaların və elmi yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıb.

Nazir Kələxan kəndində yerləşən 3,1 hektar pomidor əkin sahəsinə də baş çəkib. Burada məhsulun vegetasiya vəziyyəti, suvarma rejimi, bitkilərin qidalanması, xəstəlik və zərərvericilərə qarşı aparılan mübarizə tədbirləri ilə tanış olub. Fermer məhsulun keyfiyyətinin yüksəldilməsi və bazar tələblərinə uyğun istehsalın təşkili istiqamətində görülən işlər barədə məlumat verib.

Daha sonra Məcnun Məmmədov Veri Əliabad və Piran kəndlərində istixana təsərrüfatı ilə məşğul olan fermer Fəxrəddin Talıbova məxsus təsərrüfata baxış keçirib. Bildirilib ki, fermerə məxsus, ümumilikdə 2,6 hektar ərazidə 75 istixana fəaliyyət göstərir. Bunlardan 8-də gül, 63-də pomidor, 4-də isə kələm becərilir.

Baxış zamanı istixanalarda becərilən kələm və pomidorun inkişaf mərhələsi, damcı suvarma sistemi, bitkilərin qidalanması, iqlimə nəzarət, bitki mühafizəsi tədbirləri, məhsulun yığımı və bazara çıxarılması prosesi barədə məlumat verilib. Daxili bazarın keyfiyyətli tərəvəz məhsulları ilə davamlı təminatında istixana tərəvəzçiliyinin mühüm rol oynadığı bildirilib. Görüşdə innovativ texnologiyaların tətbiqinin, resurslardan səmərəli istifadənin və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsinin məhsulun keyfiyyətinin, məhsuldarlığın və istehsalın səmərəliliyinin artırılmasına mühüm töhfə verdiyi vurğulanıb.

Məcnun Məmmədov daha sonra Veri Əliabad kəndində dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən qərənfil istixanalarında olub. Qeyd olunub ki, 8 istixanada, ümumilikdə, 180 min ədəd qərənfil yetişdirilir. Fermer dekorativ bitkilərin becərilməsi, iqlimə nəzarət sistemləri, məhsulun saxlanması və satış bazarları barədə məlumat verib. Görüş zamanı dekorativ bitkiçiliyin inkişaf perspektivləri, ixrac imkanları və innovativ texnologiyaların tətbiqinin istehsalın səmərəliliyinə təsiri ətrafında fikir mübadiləsi aparılıb.

Fermerlərlə görüş zamanı nazir Məcnun Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi tədbirləri barədə geniş məlumat verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hakan Fidan: Türkiyə və ABŞ liderləri arasındakı dostluq NATO-ya kömək edə bilər

22:35
06 İyul

Böyük Britaniya rusiyalı alimlərə sanksiya tətbiq edib

21:41
06 İyul

Türkiyə Prezidenti NATO-nun Baş katibini qəbul edib

20:46
06 İyul

Azərbaycan-Çin münasibətlərində partiya diplomatiyasının rolu yüksək qiymətləndirilib

19:53
06 İyul

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

19:43
06 İyul

Səudiyyə Ərəbistanı neftin qiymətinə son 26 ildə ən böyük endirim edib

19:36
06 İyul

Donald Tramp: İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq

19:28
06 İyul

Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib

19:23
06 İyul

ABŞ Prezidenti: Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinə son qoyacağıq

19:01
06 İyul

Parlamentlərarası əlaqələr inkişaf edir

18:46
06 İyul

İtaliya müdafiə naziri: NATO-nun 36-cı Sammiti yaxşı nəticələr verəcək

18:39
06 İyul

Zimbabve parlamentinin sədri: Azərbaycanla münasibətlərin inkişafına önəm veririk  

18:37
06 İyul

Cənubi Avropada meşə yanğınları davam edir  

18:26
06 İyul

Almaniya hökuməti gələn il üçün 555,4 milyard avroluq büdcə layihəsini təsdiqləyib

18:16
06 İyul

Çinin kosmik cihazı asteroidə çatdı

18:08
06 İyul

Pişiklərdən keçən təhlükəli parazit korluğa səbəb ola bilər

17:59
06 İyul

İspaniyada güclü meşə yanğınları zamanı 500 nəfər təxliyə edilib

17:48
06 İyul

NASA-nın kosmik gəmisi yeni muzeydə nümayiş olunacaq

17:44
06 İyul

Hakan Fidan: Ərdoğan-Tramp münasibətləri NATO-da gərginliyi azalda bilər

17:31
06 İyul

Nazir Məcnun Məmmədov Lerikdə təsərrüfatlara baxış keçirib, fermerlərlə görüşüb

17:26
06 İyul

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10,1 faiz artıb

17:19
06 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!