28 Fevral 2026 09:55
229
İQTİSADİYYAT
A- A+
"Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək" layihəsinin yekun hesabat tədbiri keçirilib

"Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək" layihəsinin yekun hesabat tədbiri keçirilib


24 fevral 2026-cı il tarixdə "AzerGold" QSC-nin təşəbbüsü və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) dəstəyi ilə həyata keçirilən "Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək" layihəsinin yekunlarına dair görüş keçirilib. Tədbirdə qurum rəhbərləri, rayon icra hakimiyyətləri, yerli icma nümayəndələri və fermerlər iştirak ediblər. 

"AzerGold" QSC-nin İdarə Heyətinin üzvü - sədrin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev, AXA-nın sədri Sərdar Hacıyev, müvafiq olaraq Daşkəsən və Göygöl rayon icra hakimiyyətlərinin başçıları Orxan Abbasov və Vüqar Novruzov çıxış edərək layihənin əhəmiyyəti barədə danışıb, əsas nəticələri təqdim ediblər.  

Bildirilib ki, heyvan, bitki, torpaq və su nümunələri üzrə aparılan geniş laborator analizlərin elmi təhlillərinə əsasən, QSC-nin hasilat və istehsalat fəaliyyətinin təbiətə, torpağa və məhsuldarlığa hər hansı mənfi təsiri qeydə alınmayıb. Aqrokimyəvi analizlər nəticəsində ərazidəki su mənbələrinin suvarma üçün tam yararlı olduğu müəyyən edilib. Heyvan sağlamlığı üzrə aparılan müayinələrdə xüsusi təhlükəli xəstəlik aşkarlanmayıb.

Bitki mühafizəsi istiqamətində 213 fermer təsərrüfatında monitorinqlər aparılıb, zərərvericilər müəyyən edilərək fermerlərə fərdi tövsiyələr verilib. Həmçinin təşkil olunan 37 təlim vasitəsilə iştirakçılar aqrar sahədə bilik və bacarıqlarını artırıblar.

Xatırladaq ki, icrasına ötən il başlanılmış layihə Daşkəsən rayonunun Şadax yaşayış məntəqəsini, Bayan, Quşçu, Çovdar və Çaykənd, Göygöl rayonunun isə Tüllallar və Zurnabad kəndlərini əhatə edib. Layihənin məqsədi heyvandarlıq və bitkiçilikdə məhsuldarlığı artırmaq, aqrar fəaliyyətin ekoloji tələblərə uyğun təşkili və yerli təsərrüfatlara elmi əsaslı dəstək göstərməkdir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

NASA “Artemis 3” missiyası çərçivəsində Aya enişi ləğv edib

11:58
28 Fevral

Diqqətli olun: pulunuz oğurlana bilər – DİN-dən çağırış

11:50
28 Fevral

Bakı-Dubay və Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb  

11:48
28 Fevral

İsrail İrana zərbə endirib

11:41
28 Fevral

Efiopiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

11:40
28 Fevral

Rəqəmsal mühitdə uşaqların qorunması sahəsində yeni mərhələ başlayır  

11:34
28 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:51
28 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:42
28 Fevral

Ötən gün 52 cinayətin üstü açılıb

10:24
28 Fevral

Şamaxıda baş verən zəlzələnin afterşokları davam edir

10:02
28 Fevral

Bilmək istəyirəm

10:00
28 Fevral

"Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək" layihəsinin yekun hesabat tədbiri keçirilib

09:55
28 Fevral

İran ABŞ ilə danışıqlarda "yaxşı irəliləyiş" olduğunu bildirib

09:50
28 Fevral

130 yaşlı Tağlı körpü

09:45
28 Fevral

Şamaxıda yenidən zəlzələ olub - YENİLƏNİB 4

09:42
28 Fevral

İctimai iaşə obyektlərində siqaret çəkilməsinə nə vaxt son qoyulacaq?

09:40
28 Fevral

Evlərimiz təhlükədədir

09:35
28 Fevral

Otaq bitkiləri həm sağlamlıqdır, həm də estetik gözəllik

09:30
28 Fevral

Binamıza yeni lift quraşdırılır

09:25
28 Fevral

Qəhrəman oğulun qəhrəman anası

09:20
28 Fevral

Ürəyi Vətənə bağlı igid 

09:15
28 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!