01 Oktyabr 2026 09:35
544
CƏMİYYƏT
A- A+
Daha 44 ailə doğma yurduna qovuşdu

Daha 44 ailə doğma yurduna qovuşdu


İllərlə həsrəti çəkilən yurd yerlərində həyat yenidən canlanır. Bir zamanlar sakinlərinin məcburən tərk etdiyi şəhər və kəndlərdə indi evlərin işıqları yanır, məktəblərdə uşaqların səsi eşidilir, yollar insanları doğma ünvanlarına aparır. 

Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə paralel olaraq keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı davam edir.

Dünən Böyük qayıdış çərçivəsində növbəti ailələr Cəbrayıl rayonunun Şükürbəyli kəndinə, Ağdərə rayonunun Vəngli kəndinə, Xocalının Xanyurdu kəndinə, Xocalı və Xocavənd şəhərlərinə yola salınıblar. Bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə - 60 nəfər, Xanyurdu kəndinə 1 ailə - 5 nəfər, Vəngli kəndinə 1 ailə - 4 nəfər, Xocalı şəhərinə 17 ailə - 78 nəfər, Xocavənd şəhərinə isə 16 ailə - 55 nəfər köçürülüb. Beləliklə, bir gündə 44 ailədən ibarət 202 nəfər uzun illərdən sonra doğma torpağında yeni həyatına başlayıb. Köçürülənlərin əksəriyyəti ötən onilliklər ərzində respublikanın müxtəlif bölgələrində yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu rəqəmlərin hər birinin arxasında uzun illərin həsrəti, doğma evə qayıtmaq ümidi dayanır. Vaxtilə ailə üzvləri, yaxınları ilə yurdunu tərk etməyə məcbur olan insanların bir qismi indi nəvələri ilə geri dönür. Məcburi köçkünlük dövründə dünyaya gəlmiş yeni nəsil isə valideynlərinin və baba-nənələrinin xatirələrindən tanıdığı torpaqlarda öz gələcəyini qurmaq imkanı əldə edir. Bu baxımdan Böyük qayıdış həm də nəsillər arasında qırılmış əlaqənin bərpası, insanların doğulduqları və mənsub olduqları coğrafiya ilə yenidən qovuşmasıdır.

Otuz ilə yaxın müddətdə işğal altında qalmış ərazilərdə dayanıqlı yaşayışın bərpası üçün şəhər və kəndlərin bütün infrastrukturu yenidən qurulur. Yaşayış evləri ilə yanaşı, yollar, elektrik, su və rabitə xətləri çəkilir, məktəblər, tibb və sosial xidmət obyektləri yaradılır. İnsanların doğma yurda qayıtdıqdan sonra daimi yaşamaları üçün məşğulluq imkanlarının formalaşdırılması da əsas istiqamətlərdən biridir. Məqsəd, sadəcə, əhalini geri qaytarmaq deyil, həmin ərazilərdə normal sosial-iqtisadi həyatın uzunmüddətli əsaslarını yaratmaqdır.

Qayıdışın davamlı olması üçün yaşayış məntəqələrinin təhlükəsizliyi də xüsusi əhəmiyyət daşıyır. Uzunmüddətli işğalın ən ağır nəticələrindən biri ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsidir. Buna görə də bərpa və tikinti işlərindən əvvəl ərazilərin təmizlənməsi, yolların və yaşayış sahələrinin təhlükəsizliyinin təmin olunması həyata keçirilir. Yeni məskunlaşan ailələrə mina təhlükəsi ilə bağlı məlumatların verilməsi də bu prosesin tərkib hissəsidir. Köçürülən sakinlərə ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, şübhəli əşyalardan uzaq durmaq və belə hallarda aidiyyəti qurumlara müraciət etmək barədə məlumat verilir.

Qarabağ və Şərqi Zəngəzurda həyatın bərpasının başqa bir mühüm göstəricisi isə bu ərazilərdə yaşayan insanların sayının təkcə keçmiş məcburi köçkünlərlə məhdudlaşmamasıdır. Bölgədə tikinti və quruculuq işlərində çalışanlar, dövlət qurumlarının əməkdaşları, müəllimlər, həkimlər, sahibkarlar, müxtəlif xidmət sahələrinin nümayəndələri və tələbələr də yaşayırlar. Bu mənzərə göstərir ki, Qarabağ və Şərqi Zəngəzur tədricən yalnız bərpa olunan ərazilər deyil, həm də daimi yaşayışın, təhsilin, əmək fəaliyyətinin və iqtisadi fəallığın formalaşdığı bölgəyə çevrilir. Yeni məktəblərin fəaliyyətə başlaması, səhiyyə və xidmət obyektlərinin açılması, kənd təsərrüfatı, sənaye və sahibkarlıq imkanlarının genişləndirilməsi məskunlaşmanın davamlılığını təmin edən əsas amillərdəndir. İnsanların öz evinə qayıtması prosesin başlanğıcıdır, əsas hədəf isə onların həmin torpaqlarda təhlükəsiz və təminatlı gələcək qura bilməsidir.

Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında diqqət çəkən istiqamətlərdən biri də müasir və ekoloji yanaşmaların tətbiqidir. Bölgənin zəngin bərpaolunan enerji potensialından istifadə olunması, günəş və külək enerjisinin inkişaf etdirilməsi, su ehtiyatlarının enerji istehsalına cəlb edilməsi yeni yaşayış məntəqələrinin formalaşdırılmasına fərqli yanaşma ortaya qoyur. "Yaşıl enerji zonası" konsepsiyası çərçivəsində enerji səmərəliliyinin artırılması və ekoloji cəhətdən daha dayanıqlı infrastrukturun qurulması qarşıya qoyulan əsas məqsədlərdəndir. İşğaldan azad edilmiş ərazilər yalnız əvvəlki yaşayış mühitinin bərpa edildiyi deyil, eyni zamanda müasir texnologiyaların və yeni enerji həllərinin tətbiq olunduğu məkan kimi formalaşdırılır.

Bölgənin dirçəlişində nəqliyyat infrastrukturu da xüsusi rol oynayır. Yeni avtomobil yollarının çəkilməsi, mövcud yol şəbəkəsinin yenidən qurulması, dəmir yolu və hava nəqliyyatı imkanlarının genişləndirilməsi şəhər və kəndlər arasında əlaqələrin bərpasına xidmət edir. Müasir nəqliyyat infrastrukturu insanların doğma yurdlarına rahat gediş-gəlişini təmin etməklə yanaşı, iqtisadi fəallığın artması üçün də mühüm zəmin yaradır. Yolların açılması kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılmasını, sahibkarlığın inkişafını, turizm imkanlarından istifadəni və bölgənin ölkənin ümumi iqtisadi sisteminə daha sıx inteqrasiyasını sürətləndirir.

Böyük qayıdışın uzunmüddətli uğuru isə insanların doğma torpaqlarında yalnız yaşaması deyil, həm də işləməsi və öz gələcəyini burada qurması ilə bağlıdır. Bu səbəbdən yeni yaşayış məntəqələrinin salınması ilə yanaşı, istehsal, kənd təsərrüfatı, xidmət, turizm və digər sahələrdə məşğulluq imkanlarının yaradılması xüsusi əhəmiyyət daşıyır. Yeni müəssisələrin fəaliyyətə başlaması və sahibkarlıq təşəbbüslərinin genişlənməsi bölgədə iqtisadi həyatın canlanmasına şərait yaradır.                       

Doğma yurdlarına qayıdan sakinlər torpaqların azad olunması uğrunda döyüşən Azərbaycan Ordusunun əsgər və zabitlərinə dönə-dönə minnətdarlıqlarını bildirir, şəhidlərin xatirəsini yad edirlər. Bu münasibət təsadüfi deyil. Bu gün Şükürbəylidə bir evin qapısının açılması, Xocalıda bir ailənin ocağını yenidən yandırması, Xocavənddə uşaqların öz doğma şəhərlərində böyümələri uzun illər davam edən münaqişənin və onun ağır nəticələrinin aradan qaldırılmasının insan talelərində görünən ifadəsidir. İllər əvvəl doğma torpaqlarından məcburi şəkildə ayrılan insanların ən böyük arzusu geri dönəcəkləri günün yetişməsi idi. İndi isə bu arzu artıq gerçəyə çevrilib. 


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!