24 May 2023 20:02
39581
Milli Məclis
A- A+
Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib  

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib  

 

Mayın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Bəxtiyar Əliyev gündəlik barədə məlumat verib.

Bildirib ki, gündəlikdə ikinci oxunuşda müzakirəyə çıxarılan 4 qanun layihəsi - “Təhsil haqqında”, “Elm haqqında”, “Peşə təhsili haqqında” qanunlarda, həmçinin Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri mahiyyətcə bir-biri ilə bağlıdır.

Bəxtiyar Əliyev qeyd edib ki, dəyişikliklər “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanı ilə əlaqədardır. Belə ki, Fərmanda AMEA-nın strukturunda dəyişikliklər edilib, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə olunub. Həm bu fərmandan irəli gələrək, eyni zamanda, ölkəmizdə təhsilin inkişafı üzrə Dövlət Strategiyası və digər sənədlərdə qarşıya qoyulan hədəflərə uyğun olaraq elm və təhsil sahəsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər təklif edilib.

Layihəyə əsasən, sosial müdafiəsi gücləndirilən müəllimlərin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə dövlət məktəbəqədər təhsil müəssisələrində də təhsilverənlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulub və işə ilk dəfə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçmə hüququnun yaranması müddəti 5 ildən 3 ilə endirilib. Həmçinin dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin 65 olduğunu və gələcəkdə məşğulluq imkanlarının məhdudlaşma ehtimalını nəzərə alaraq, yaşı 60 və daha çox olan şəxslərin sertifikatlaşdırmaya könüllü əsaslarla cəlb edilməsi təklif edilir.

Uyğunlaşdırma xarakteri daşıyan digər üç qanun layihəsinə də oxşar dəyişikliklər təklif olunur.

“Elm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) əsasən AMEA-nın bəzi elmi müəssisə və təşkilatlarının, habelə digər qurumların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlıdır.

“Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) peşə təhsili müəssisələrində müasir standartlara uyğun effektiv kadr siyasətinin həyata keçirilməsi və həmin müəssisələr üçün yüksək keyfiyyətli və innovativ təlim metodlarına cavab verən ixtisas dərsliklərinin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar hazırlanıb.

Gündəliyin 4-cü məsələsi olan Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) isə dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu, yerdəyişməsi və sertifikatlaşdırılması qaydalarının təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.

Komitə sədri qanun layihələrinin plenar iclasda birinci oxunuşundakı müzakirəsi zamanı səsləndirilən fikirlərə münasibət bildirib.

Daha sonra qanun layihələrindəki dəyişikliklər ətrafında müzakirələr aparılıb.

Komitə sədrinin müavini Musa Qasımlı, deputatlar İsa Həbibbəyli, Etibar Əliyev, Anar İsgəndərov, Kamilə Əliyeva və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev layihələrdə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildirib, qeydlərini səsləndiriblər.

Komitə sədri Bəxtiyar Əliyev deputatların səsləndirdikləri qeydlərə münasibət bildirəndən sonra gündəlikdəki qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

Təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

13:48
30 Dekabr

Bakı-Aktau təyyarəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb

13:34
30 Dekabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub  

12:22
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:36
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:28
30 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava

11:25
30 Dekabr

Britaniya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb  

11:23
30 Dekabr

2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

11:21
30 Dekabr

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib  

11:19
30 Dekabr

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter vəfat edib

11:17
30 Dekabr

Yeni il dünyada necə qarşılanır?

09:40
30 Dekabr

Bakıda Yeni il sehri

09:35
30 Dekabr

Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

09:30
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!