02 Oktyabr 2026 09:10
393
CƏMİYYƏT
A- A+
Dağ kəndinin problemləri həllini tapır

Dağ kəndinin problemləri həllini tapır


Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonun ucqar dağ kəndlərindən olan Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bəlbay kəndində səyyar qəbul-görüş keçirib.

İcra başçısı bildirib ki, yerlərdə əhali ilə görüşlərin ümumi işimizə faydası böyükdür. "Ötən dövrdə bizim müşahidələrimiz və verdiyiniz təkliflər əsasında nümayəndəlik ərazisində xeyli iş görülmüşdür. Azaru və Anbuba kəndlərinin avtomobil yolları asfaltlaşdırılıb, Bəlbay kəndinin yolu genişləndirilərək yerli materialdan daş-çınqıl döşənib, yüksəkgərginlikli elektrik xətləri tamamilə yenilənib, sürətli internet şəbəkəsi yaradılıb. Hazırda Şıxımpeştə kəndinə gedən yola çınqıl döşənir. Bu işlərin görülməsində kənd əhalisinin işgüzarlığını xüsusi qeyd edirəm. Çünki müəyyən işlər kənd sakinlərinin birliyi və iştirakı ilə görülüb. Buna görə hər birinizə təşəkkürümü bildirirəm. Ümumilikdə götürəndə son illər nümayəndəliyin ərazisində daha böyük işlər görülüb. Taxtanəkəran-Toradi avtomobil yolunun asfaltlaşdırılması, Asxanakəran, Motalayataq, Anbuba və Azaru kəndlərində yeni məktəb binalarının tikintisi buna misaldır. Hazırda ən vacib problem kəndə qaz xəttinin çəkilməsidir. Bir az vaxt tələb edən bu məsələ də yaxın illərdə həllini tapacaqdır".

İcra başçısı daha sonra bunları əlavə edib: "Bu abadlıq işlərinin görülməsi ilə dağ kəndləri xeyli inkişaf edib. Əsasən yol infrastrukturu yaxşılaşdıqca yeni turizm marşrutları açılır ki, rayonumuza gələn qonaq və turistlər gözəl təbiətə malik bu yerləri rahat şəkildə gəzə bilsinlər. Ən ucqar yaşayış məntəqələrində sosial problemlərin həlli böyük inkişaf yolunda olan ölkəmizin gücünü göstərir.

Prezident İlham Əliyevin sədrliyi ilə may ayında keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədən, təsdiq edilmiş dövlət proqramının mahiyyətindən bəhs olunub: "Bütün əkinəyararlı torpaq sahələri əkin dövriyyəsinə qaytarılmalı, ölkədə məhsul bolluğunun yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi üçün əlimizdən gələni etməliyik. Dağ kəndlərimizin torpaqları dəmyə torpaqlar olduğundan buna uyğun kənd təsərrüfatı bitkilərinin yetişdirilməsinə, eyni zamanda heyvandarlıq və arıçılığın inkişafına diqqəti artırmalıyıq".

Kənd sakinləri çıxış edərək ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən qlobal layihələrin icrası ilə müstəqil Azərbaycanımızın daha da çiçəkləndiyini, əhalinin rifahının gündən-günə yaxşılaşdığını qeyd edib, bu diqqət və qayğıya görə ölkə rəhbərinə hədsiz minnətdarlıqlarını ifadə ediblər. Qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirən sakinlər Asxanakəran kənd tam orta məktəbinin dam örtüyünün təmiri, içməli suyun çəkilməsi, məktəb yolunun asfaltlaşdırılması, yolda piyada zolağının çəkilməsi, Bəlbay kəndində qəzalı vəziyyətdə olan elektrik dirəkləri və naqillərin dəyişdirilməsi, kəndə gedən yolun asfaltlaşdırılması, Bəlbay və Şümrüd kəndlərini birləşdirəcək 800 metrlik yolun çəkilməsi, məşğulluğun artırılması üçün fermer assosiasiyalarının yaradılması və aqrar sahənin inkişafına köməklik göstərilməsini xahiş ediblər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təklif və qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlərin görüləcəyini bildirib. 


Seyran CAVADOV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir diş insan şəxsiyyətini müəyyən edə bilər  

18:51
30 Oktyabr

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB  

18:23
30 Oktyabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?  

18:22
30 Oktyabr

Dəri problemlərinin gözlənilməz səbəbi 

17:57
30 Oktyabr

Avropa Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

17:45
30 Oktyabr

Diş əti sağlamlığını qoruyan məhsulların adları açıqlanıb

17:31
30 Oktyabr

Plutonun orbitindən kənarda nəhəng buzlu obyekt aşkar edilib

17:22
30 Oktyabr

Green Card gözləyənlərə növbəti zərbə

16:56
30 Oktyabr

Azərbaycan brendi Avropada genişlənir

16:55
30 Oktyabr

Beynimiz şüuru necə yaradır?  

16:47
30 Oktyabr

Bakıətrafı qəsəbələrə qatar gəlir

16:47
30 Oktyabr

“The Guardian”: süni intellektin uşaqlarla “dostluq etməsi” qadağan olundu  

16:44
30 Oktyabr

Dünya bazarında neftin qiymətində bahalaşma müşahidə olunur  

16:42
30 Oktyabr

Bakıda texnologiya həftəsi keçiriləcək

16:41
30 Oktyabr

Ticarətdən tərəfdaşlığa: Bakıda Qırğız Ticarət Evinin açılışı nə vəd edir?

16:39
30 Oktyabr

Bakı İrəvandan əməli addımlar və konkret nəticələr gözləyir  

16:33
30 Oktyabr

Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib  

16:28
30 Oktyabr

Şuşa və Xocavənd sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib  

16:25
30 Oktyabr

DSX-nin ən yaxşı kinoloqları və xidməti itləri müəyyən olunub  

15:58
30 Oktyabr

Noyabr ayına olan hava proqnozu açıqlanıb  

15:43
30 Oktyabr

Bu ilin 9 ayında 246 milyon 273 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb  

15:37
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!