Cümhuriyyət ideyalarını təbliğ edən milli mətbuat
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Bu demokratik respublika ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdı. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik əzmini nümayiş etdirdi, siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi, Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni bir dövlət və cəmiyyətin nümunəsi idi.
Xalqımızın milli istiqlalına doğru gətirən yol hələ XIX əsrin birinci yarısından cəmiyyətdə tədricən geniş vüsət alan maarifçilik hərəkatı ilə başlamışdı. O dövrdən etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırlamışdı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafında mühüm rol oynamışlar. Həmin dövr ziddiyyətlərlə dolu idi, qanla, fəlakətlə yoğrulduğundan ziyalılar ehtiyac içərisində yaşayır, xalqın ən yaxşı övladları çətinliklərə məruz qalırdılar. Cəmiyyətdə xalqın mövqeyində durmaq fədakarlıq tələb edirdi. Xalqın ləyaqəti, istedadı, mədəniyyəti, təhsili boğulur, pərdələnir, onun görkəmli oğullarının fəaliyyətinə kölgə salınırdı. Bütün bunlara baxmayaraq, 1919-cu ildə Azərbaycan parlamenti Bakı Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu. Azərbaycanda ilk muzey olan "İstiqlal" muzeyi təşkil olundu. Eyni zamanda Bakıda etnoqrafiya muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırıldı.
Azərbaycan Xalq Cümhuriyyəti milli mətbuat ənənələrimizin inkişafında da böyük rol oynadı. 1918-1920-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunurdu ki, onlardan biri də Cümhuriyyətimizin yadigarlarından olan "Azərbaycan" qəzeti idi.
1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradıldı. Ümumiyyətlə, istiqlal dövrü teatrın inkişafında əsaslı keyfiyyət dəyişiklikləri, dövlətin teatr sənətinə fəal yardımı və bu sahənin cəmiyyətin həyatında rolunun artması ilə əlamətdardır. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu, gördüyü işlərlə türk-müsəlman maarifçiliyi ilk dəfə dövlət səviyyəsinə qalxdı. Avropanın ən nüfuzlu təhsil ocaqlarının məzunu olan Cümhuriyyət qurucuları təhsilin, maarifin qədrini, xalqın mədəni inkişafındakı rolunu bilirdilər. Azərbaycan Xalq Cümhuriyyətinin ən əhəmiyyətli hökumət təsisatlarından biri Xalq Maarif Nazirliyi idi. Burada Azərbaycanın ictimai fikir tarixində böyük rolu olmuş Nəsib bəy Yusifbəyli, Həmid bəy Şahtaxtinski, Rəşid xan Qaplanov, Nurməmməd bəy Şahsuvarov, Fətulla bəy Rizabəyov, Azad bəy Əmirov, Eynül xanım Yusifbəyli kimi şəxsiyyətlər çalışırdılar. Xarici müdaxiləyə, daşnak Ermənistanla aparılan müharibəyə, ölkədaxili siyasi qüvvələr arasındakı ziddiyyətlərə, eləcə də iqtisadi böhrana, maliyyə çatışmazlığına və başqa amillərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq təhsilinin inkişafı üçün bütün imkanlardan istifadə etmişdi.
Azərbaycan mətbuatı tarixində yeni inkişaf mərhələsi
Azərbaycan mətbuatı tarixində 1918-1920-ci illər bütün əvvəlki dövrlərə nisbətən ən yüksək inkişaf mərhələsidir. Bu dövrün mətbuatı Azərbaycan həyatının canlı salnaməsinə çevrildi. İki il içərisində ölkədə 100-ə yaxın adda qəzet və jurnal çıxdı. Cümhuriyyət dövrü mətbuatının səciyyəvi xüsusiyyəti hər şeydən əvvəl onun ideya-məzmun zənginliyində idi.
Cümhuriyyət hökuməti dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə çıxan mətbuat nümunələri təkcə Azərbaycan-türk dilində deyil, rus, gürcü, polyak, fars, alman və digər dillərdə də nəşr edilirdi. Bu dövrdə "İstiqlal" (1918-1920), "Azərbaycan" (1918-1920), "Övraqi-nəfisə" (1919), "Müsəlmanlıq" (1917-1919), "Qurtuluş" (1920), "Mədəniyyət" (1920), "Gənclər yurdu" (1918), "Şeypur" (1918-1919), "Zənbur" (1919) kimi milli istiqlal ideyalı mətbuat orqanları fəaliyyət göstərirdi.
Cümhuriyyətə gələn yolda Azərbaycan mətbuatının inkişafında "Molla Nəsrəddin"in təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları imperializmin müstəmləkəçilik siyasətinə, geriliyə, mövhumata, cəhalətə, xurafata qarşı mübarizədə, maarif və mədəniyyətin tərəqqisində mühüm rol oynadı. Beləliklə, XIX əsrin sonları -XX əsrin əvvəllərinin bütün bu dövri mətbuat nümunələri Azərbaycanda milli-ictimai fikrin, azadlıq ideyalarının oyanışında müstəsna əhəmiyyət kəsb etdi. Azərbaycan və ümumtürk milli məfkurəsinin formalaşmasında və inkişafında mühüm rol oynayan Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspıralı və digərləri milli mətbuatın tərəqqisinə də güclü təsir göstərdilər.
"Açıq söz"ün səhifələrində XX əsr Azərbaycan milli fikrinin ən görkəmli xadimləri - Seyid Hüseyn, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyli, Ömər Faiq Nemanzadə, Həsən bəy Ağayev, Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq, Əliabbas Müznib, gənc şair və dramaturqlar - Cəfər Cabbarlı və Mirzəbala Məmmədzadə çıxış edirdilər. "Açıq söz" Cümhuriyyət dövrü ərəfəsində Azərbaycan həyatının mühüm ictimai-siyasi hadisələrinin canlı salnaməsi idi. Milli-siyasi birliyə çağırış Cümhuriyyətin yaranması ərəfəsində bütün Azərbaycan milli mətbuatının başlıca şüarına çevrildi. 1918-ci il martın 31-də Bakıda, habelə Azərbaycanın müxtəlif bölgələrində erməni-daşnak və rus-bolşevik qaragüruhçuları tərəfindən türk-müsəlman əhaliyə qarşı törədilən kütləvi soyqırımları bu dövr milli mətbuatın başlıca mövzusu idi. Milli mətbuatın şüurları oyatmaq fəaliyyəti, apardığı maarifçilik təbliğatı böyük gücə malik idi.
Ədəbi mühit
Cümhuriyyət dövrünün öz böyük poeziyası, nəsri, dramaturgiyası və publisistikası olmuşdur. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Əhməd Cavad, Abdulla Şaiq, Salman Mümtaz, Əliabbas Müznib ədəbi mühitdə yazdıqları əsərləri ilə mühüm rol oynamışlar. "Cümhuriyyət şairi" Əhməd Cavadın, Əli Yusif, Ümmügülsüm, Əmin Abid Mütəllibzadə, Cəfər Cabbarlı, Bədri Seyidzadə, Davud Ağamirzadə, Əli Şövqi Şeyxzamanov kimi gənclərin şeirləri el arasında sürətlə yayılır, marşa, himnə çevrilirdi. Bir sözlə, yazarlar Cümhuriyyətin verdiyi söz azadlığından bəhrələnirdilər. Nəcəf bəy Vəzirov, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Seyid Hüseyn, Abdulla bəy Divanbəyoğlu və başqaları pedaqoji işdə, publisistika sahəsində, dövlət işlərində çalışır, siyasi həyata qoşulurdular. Firidun bəy Köçərlini, Yusif Vəzir Çəmənzəminlini, Seyid Hüseyni və Salman Mümtazı daha çox ədəbiyyat tarixi məsələləri düşündürürdü. Belə ki, 1918-1920-ci illərdə Azərbaycanda ideoloji mübarizənin bütün ağırlığı dövri mətbuatın kəsərli silahı olan publisistikanın üzərinə düşürdü. Azərbaycan publisistikası ideya-mövzu cəhətdən çox rəngarəng və zəngin idi. Milli publisistikanın əsasında xalqın gələcəyi ilə bağlı böyük siyasi-ictimai konsepsiya, inkişafa yönələn işıqlı bir yol dayanırdı. Bu, XX əsrin əvvəllərində Azərbaycanda intişar tapmış "türkləşmək, islamlaşmaq, müasirləşmək" ideyalarında təcəssüm olunurdu.
İradə ƏLİYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İsrail Prezidenti və birinci xanımı İçərişəhərlə tanış olublar
31 May
Saqqız çeynəməyin yaratdığı problemlər
31 May
Bayram tətili günlərində paytaxt yollarında təmir işləri aparılıb
31 May
Prezident İlham Əliyev: Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara t...
31 May
Orxan Məmmədov: İşğaldan azad edilmiş bölgələrdə alternativ və bərpa olunan enerji təchizatı istiqam...
31 May
Prezident: Əminəm ki, “Bakı Enerji Həftəsi” enerji təhlükəsizliyi üzrə qlobal əməkdaşlığa dair dialo...
31 May
Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Azərbaycan Prezidenti İlham Əliyevə məktubu
31 May
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünv...
31 May
“Bakı Enerji Həftəsi”nin iştirakçılarına
31 May
“Bakı-2023”: Əliəskər Əliyev dünya çempionatına qələbə ilə başlayıb
31 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!