05 Sentyabr 2024 19:57
447
COP29
A- A+
COP29 ərəfəsində Afrikada iqlim dəyişmələri ilə mübarizənin maliyyələşdirilməsi məsələsi müzakirə olunur

COP29 ərəfəsində Afrikada iqlim dəyişmələri ilə mübarizənin maliyyələşdirilməsi məsələsi müzakirə olunur

 

Qlobal istiləşmənin təsiri Afrika ölkələrinin iqtisadiyyatına ümumi ÜDM-in 5 faizinə başa gəlir.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil bu gün Afrika ölkələrinin ətraf mühit nazirlərinin Abidcanda (Kot-d'İvuar) keçirilən görüşündə bildirib. O, iqlim dəyişmələrinə uyğunlaşmaq üçün investisiyaları artırmağa çağırıb.

Afrika ölkələrinin hökumətləri və onların iqlim müzakirəçiləri noyabr ayında Azərbaycanda keçiriləcək COP29 ərəfəsində hazırlıq iclasında iqlim dəyişmələri ilə mübarizə və onun nəticələrinin maliyyələşdirilməsi ilə bağlı müxtəlif strategiyaları müzakirə etmək üçün Abidcanda toplaşıblar.

Sənaye cəhətdən inkişaf etmiş dünya ilə müqayisədə daha az çirkləndirici maddələr istehsal etməsinə baxmayaraq, iqlim dəyişikliyinin ən ağır yükünü üzərinə götürən 54 ölkədən ibarət Afrika qitəsi illik qlobal iqlim maliyyəsinin yalnız 1 faizini alır.

"İqlim böhranı iqtisadi artımın sürətini sovuran iqtisadi çuxurdur", - deyə Saymon Stil Afrika ölkələrinin ətraf mühit nazirlərinin görüşündə bildirib.

Qeyd edib ki, qitə son illərdə iqlim dəyişmələrinin nəticələrinin yumşaldılması və ona uyğunlaşma layihələrinə yeni investorlar cəlb etsə də, qlobal miqyasda mövcud olan 100 milyard dollarlıq maliyyə vəsaitinin yalnız bir hissəsini alır. Bu, tələb olunan 1,3 trilyon dollarla müqayisədə dənizdə bir damcı deməkdir.

"Afrikanın iqlim problemləri üzrə həllərin təşviqində nəhəng potensialı maliyyə çatışmazlığı səbəbindən boşa çıxır", - deyə o bildirib.

Onun sözlərinə görə, zəruri investisiyalara istixana qazları emissiyalarına töhfə verən odun kimi ənənəvi yanacağın istifadə edilməsindən qitədə imtina olunması üçün ildə 4 milyard dollar daxildir.

İqlim dəyişmələri Afrikada ərzaq istehsalına təsir edən, əmtəə qiymətlərinin artmasına gətirən və aclıq problemini gücləndirən uzun sürən quraqlıq və fəlakətli daşqınlara səbəb olub.

Stil qeyd edib ki, ölkələrin yeni beynəlxalq maliyyələşdirmə hədəfləri ilə bağlı konsensus axtaracaqları Bakıda keçiriləcək COP29 ərəfəsində Afrikaya daha çox iqlim maliyyəsi cəlb etmək çağırışları artıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!