16 May 2024 08:30
430
İQTİSADİYYAT
A- A+
COP29-a hazırlıq işləri planauyğun davam edir

COP29-a hazırlıq işləri planauyğun davam edir

 

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) evsahibliyi edəcək ölkə seçilməsi ölkəmizin qlobal miqyasda güclü diplomatiyasının əlaməti və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. 
Bu ilin  noyabr ayında on minlərlə insan iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı Bakıya toplaşacaq. Bu yüksək nailiyyətdir. Bu, həm də Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara sədrlik etdiyi zaman qazandığı təşkilatçılıq təcrübəsinə verilən qiymətdir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. 
COP29 regional təhlükəsizlik, enerji keçidi və "yaşıl artım"la bağlı Azərbaycanın baxışının təqdim olunması, Qarabağda yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması, ölkəmizin külək və günəş enerjisi layihələri, Avropa İttifaqına qədər uzanan "yaşıl enerji" dəhlizlərinin gələcəyi və digər mövzular baxımından yanaşmasını təqdim etməklə qlobal siyasət müzakirələrinə öz töhfəsini verəcək.
Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, budəfəki COP29-un mövzusunun maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a evsahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır.
COP29-un keçirilməsi ölkəmizə həvalə edilməmişdən əvvəl də Azərbaycan dünyada ekoloji problemlərlə ciddi məşğul olan, iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışan ölkə kimi özünü tanıtdıra bilmişdir. Qeyd etmək yerinə düşər ki, bir zamanlar Bakının mərkəzində hamımızın tanıdığı "Qara şəhər" adlanan ərazi vardı. Onilliklər ərzində tamamilə çirklənmiş bu ərazi təmizlənərək Ağ şəhər layihəsi gerçəkləşdirildi. Yaşıllılıqlar, gül-çiçəklə əhatə olunan bu yer indi görənləri heyran edir. Başqa bir misal: bir zamanlar neft tullantıları ilə çirklənmiş Bibiheybət buxtasını indi "yaşıllıqlar vadisi" adlandırsaq, heç də səhv etmərik. Belə nümunələri istənilən qədər göstərmək mümkündür.
Qarabağı işğaldan azad etdikdən sonra ölkəmiz su resusları üzərində təxirəsalınmaz tədbirlər görür. Mənbəyini Azərbaycandan götürən əsas çaylar məhz o ərazilərdə yerləşdiyi, işğal dövründə ermənilərin su anbarlarını bağlayıb, su tələb olunan mövsümdə sudan məhrum etmələri, Şərqi Zəngəzurda və Qarabağda suvarılmalı olan yüz minlərlə hektar ərazini susuz qoymalarını heç cür gizlətmək və ya inkar etmək mümkün deyil.
Azərbaycan torpaqlarını azad etdikdən sonra su ehtiyatlarımız üzərində nəzarəti bərpa etdi. Hazırda həmin ərazilərdə planlaşdırılan böyük su anbarı və su kanalı tikintisi gerçəkləşdirilir. Bu fakt təkcə işğaldan azad edilmiş ərazilərə şamil edilmir. Eyni zamanda Azərbaycanın mərkəzi hissəsində həyata keçiriləcək böyük layihələr nəzərdə tutulub. Bu layihələr su itkisinin qarşısını almaqla hər bir damla suya qənaət etmək imkanı verəcək. 
Qeyd edək ki, Ermənistanın COP29-un Azərbaycanda keçirilməsi ilə razılaşması, münaqişənin həll olunması istiqamətində aparılan sülh danışıqlarına da müsbət təsir göstərdi. Müsbət nəticənin nümunəsi kimi, sərhədin delimitasiya və demarkasiya prosesinin başlanmasını göstərmək olar. 
 COP29-un ölkəmizdə keçirilməsi və dünyaya təqdim olunması çox geniş imkanlar yaradır. Azərbaycan bu dəqiqə dünyanın diqqət mərkəzindədir. Elə bunun nəticəsisdir ki, ölkəmizə gələn turistlərin sayı durmadan artır. Bu ilin ilk üç ayında ölkəyə gələn əcnəbilərin sayında 24 faiz artım olduğunu nəzərə alsaq, ilin sonuna qədər bu rəqəmin üç milyondan çox olacağına şübhə etmək olmaz. Bu da COVID-dən əvvəlki illərlə müqayisədə ölkəyə daha çox turistin gəlməsi deməkdir.
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edərkən bir daha vurğulayıb ki, COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər planauyğun davam etdirilir.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

00:55
01 Noyabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan FMV-nin (geyimlərin) satın alınması məqsədilə müsabiqə elan edir

00:54
01 Noyabr

Bakıda türkiyəli rəssamların “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgisi açılıb  

22:54
31 Oktyabr

Almaniya İranın Hamburq, Frankfurt və Münxendəki baş konsulluqlarını bağlayıb

22:52
31 Oktyabr

Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların Bakı Stadionuna məlumat səfəri təşkil olunub

22:50
31 Oktyabr

Brüsseldə keçirilən seminarda Ermənistanın müharibə cinayətləri barədə məlumat verilib

22:49
31 Oktyabr

Noyabrın 1-dən COP29 zolaqlarına daxil olmaq qadağandır

22:48
31 Oktyabr

Türkiyə COP29-da Uzunmüddətli İqlim Strategiyasını açıqlayacaq

22:46
31 Oktyabr

Azərbaycanda demokratiya və parlamentarizmin inkişafında siyasi partiyaların rolu mövzusunda dəyirmi masa keçirilib  

22:31
31 Oktyabr

Dayanıqlı İnkişaf Məqsədləri və iqlim fəaliyyətinə dair tədbirlər müzakirə olunub

22:28
31 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub

21:42
31 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub

21:09
31 Oktyabr

Milan Sedlaçek: COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək  

20:19
31 Oktyabr

Səfir: Pakistan COP29-da yüksək səviyyədə təmsil olunacaq

20:13
31 Oktyabr

İspaniya Hökumətinin Sədri Zati-aliləri cənab Pedro Sançezə

20:03
31 Oktyabr

Bakının Xətai rayonunda Alim Məmmədov adına körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub

19:57
31 Oktyabr

XİN: Fransa bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirdi  

19:57
31 Oktyabr

“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” - konfrans

19:37
31 Oktyabr

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin səkkizinci iclası keçirilib

19:17
31 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında 5 məsələ müzakirə edilib

19:12
31 Oktyabr

Ankarada keçirilən görüşlərdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

18:59
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!