Fransanın Azərbaycana qarşı heç bir həqiqətə söykənməyən qərəzli, mənasız iddiaları bitib-tükənmir. Sanki bu ölkənin qanunverici orqanı olan Senat bütün işini bir tərəfə qoyub ölkəsinin problemləri ilə məşğul olmaq əvəzinə, Azərbaycana qarşı yeni iddialar irəli sürməklə məşğuldur. Fransa hər vaxt ermənipərəst mövqeyi ilə başqa ölkələri xeyli qabaqlayıb. Həmişə işğalçının yanında olub, qəsbkarı dəstəkləyib. Rəsmi Paris 44 günlük Vətən müharibəsinə qədər Ermənistana gizli şəkildə yardım edib. Amma Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı böyük zəfərdən sonra Fransa anti-Azərbaycan münasibətini açıq müstəviyə keçirməyə başlayıb.
Açıq-açığına Ermənistana bütün istiqamətlərdə kömək etməyi qarşısına məqsəd qoyub. Özünü ermənilərin yanında ermənipərəst göstərməyə çalışan Makron başqa ölkələrin almadığı, bəyənmədiyi silahları Ermənistana göndərib. Ermənilər də bu silahları həvəslə alıblar, bunu təkrar-təkrar televiziya kanallarında göstəriblər. Düşünüblər ki, bununla da onların bütün problemləri həll olunacaq. Amma bir müddətdən sonra məlum olub ki, bu silahlar nə müdafiəyə, nə də hücuma yarayır. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə Fransanın maskasını yırtıb iç üzünü bütün aləmə göstərdi. Rəsmi Paris getdikcə dünyadakı nüfuzunu itirməyə başladı.
Fransa Senatı yenə də Azərbaycana qarşı mənasız iddialarından əl çəkmir. Yanvarın 29-da Senatda müzakirələr zamanı Azərbaycan əleyhinə uydurma, reallığın həndəvərinə belə gəlməyən fikirlər səsləndirilib. Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro Azərbaycanın Fransanın dənizaşırı ərazilərinə qondarma müdaxiləsi ilə bağlı iddialar yayıb. Özünü qanunvericilik orqanı adlandıran Fransa Senatı bəlkə də dünyanın ən qanunsuz, yalanlar səsləndirilən bir məkanıdır. Bura daim uydurduğu yalanlarla erməniləri müdafiə edən mərkəzə çevrilib. Artıq dünya bilir ki, Fransa Senatı Azərbaycana qarşı qərəzli mövqe tutub. Yalan ayaq tutar, amma yeriməz. Təəssüf ki, Senatda oturanlar bunu anlamırlar.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Azərbaycanın bu ölkənin dənizaşırı ərazilərinə müdaxilə ilə bağlı Senatda səsləndirdiyi iddialarını şərh edib. "Biz təəssüf edirik ki, 29 yanvar 2025-ci il tarixində Senatda müzakirələr zamanı Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro növbəti dəfə Azərbaycanın Fransanın dənizaşırı ərazilərinə qondarma müdaxiləsi ilə bağlı iddialar yaymağa cəhd edib. Fransanın xarici işlər naziri Jan Noel Baronun Azərbaycanı dənizaşırı ərazilərə müdaxilədə ittiham edən şərhi Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdi olduğunu bir daha diqqətə çatdırırıq. Məhz Fransa hər zaman regional məsələlərə qarışaraq Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışıb. Bakı Təşəbbüs Qrupu bir QHT kimi Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir".
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə daha sonra onu da bildirib ki, bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya prosesini sarsıdır. Yalnız keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin həlak olduğu və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər faydasız olduğunu nümayiş etdirir. "Bundan əlavə, Fransanın müxtəlif beynəlxalq təşkilatlardakı rol və resurslarından neomüstəmləkə siyasətinə qarşı təbliğat aparmağı hədəfləyən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərmək üçün sui-istifadə etməsi mənasızdır və heç bir nəticə verməyəcək".
Fransa Senatı müzakirə etməyə bir şey tapmayanda isə Qarabağ ermənilərinin geriyə qayıdışından danışır. Amma senatorlar zaman-zaman Ermənistandan qovulmuş azərbaycanlıların heç adını da çəkmirlər. Bu da Senatın birtərəfli mövqe sərgilədiyini aydın şəkildə göstərir. Senatdakılar bu məsələ ətrafında oturub yaxşı-yaxşı fikirləşməlidirlər.
Fransa belə yaramaz əməlləri ilə dünyada nüfuzdan düşür. Artıq rəsmi Parisin qara günləri başlayıb. Fransa son illərdə təkcə Afrikada deyil, 2020-2023-cü illərdə Cənubi Qafqazda da məğlub oldu.
Verilən məlumatlara görə, Fransa Çadda da məğlubiyyətlə üzləşib. Sonuncu hərbi bazasını Çad ordusuna təhvil verərək, bu ölkədədə hərbi mövcudluğunu tamamilə dayandırmaq məcburiyyətində qalıb. Çad Baş Qərargahından verilən məlumatda vurğulanır ki, Fransanın paytaxt Ensemine şəhərində yerləşən Adji Kossey bazasına nəzarət Çad ordusuna keçib. Bu bazanın ələ keçirilməsi Fransa qoşunlarının Çadda mövcudluğunun tamamilə dayandırılmasını təmin edib. Bu tapşırıq Prezident Mohamed İdriss Deby Itnonun iradəsinə və Çad xalqının tələblərinə uyğun olaraq həyata keçirilib.
Son illər özünü dünyada gözdən salan rəsmi Paris çirkin niyyətindən və bulanıq siyasətindən əl çəkməlidir. Yoxsa bu gedişlə Fransa gələcəkdə daha böyük məğlubiyyətlərlə üzləşəcək.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Müdafiə Nazirliyi: Mövqelərimiz atəşə tutulub
Fərid Qayıbov: Azərbaycanda idmana dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı var
ÜST: Qəzzada 12-14 min insanın tibbi təxliyəyə ehtiyacı var
Politico: Brüssel Ukrayna sammitinin pozulacağından ehtiyatlanır
Azərbaycan-Türkiyə qardaşlığı: Tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol TƏHLİL
Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları azalıb
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Sabahın hava proqnozu açıqlanıb
Dövlət Xidməti: Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub
Tramp Konqres qarşısında ən uzun çıxış rekordunu yeniləyib
Britaniya parlamentində Azərbaycana həsr olunmuş tədbir təşkil edilib
Tramp Konqresdəki çıxışında Zelenskidən məktub aldığını təsdiqləyib
Hazırda 75 min ailə ünvanlı yardımla təmin olunur
Bakı-Qroznı reysinin həlak olmuş ekipaj heyətinə Mülki Aviasiya Muzeyində şəxsi fond yaradılıb
İstifadəyə yararsız döyüş sursatları Goran Təlim Mərkəzində məhv ediləcək
Azərbaycan diaspor təşkilatları kanadalı parlamentarilərə Xocalı soyqırımı ilə bağlı məktub ünvanlayıblar
Bakıda keçirilən əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 450 vakansiya təqdim edilib
NASA Ayda GPS sinqallarını qəbul edib
Tramp: ABŞ Qrenlandiyanı öz tərkibinə qatmağa hazırdır
Bu il ərzində 150 əmək yarmarkasının təşkil olunması planlaşdırılır
Xocalı soyqırımı ilə əlaqədar Britaniya parlamentinin üzvlərinə və XİN-ə məktub ünvanlanıb
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 24 Fevral 2025
Suverenliyimiz tam, ərazimiz bütöv, inkişafımız dinamikdir23 Fevral 2025
DƏYİŞƏN REALLIQLAR, DƏYİŞMƏZ MARAQLAR22 Fevral 2025
Şərəfli missiya21 Fevral 2025
Prezidentin növbəti Qarabağ səfəri20 Fevral 2025
Təxribatların himayədarı - USAID20 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!