31 Iyul 2024 23:05
99
İDMAN
A- A+

Çingiz Hüseynzadə: “Cüdoçumuzun Parisdə yerli idmançıya qalib gəlməsi Azərbaycan idmanının böyük qələbəsidir”

 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Parisdəki "Azərbaycan Olimpiya Evi”ndəölkəmizin media nümayəndələrinə müsahibə verib. Vitse-prezident Paris-2024-də cüdoçumuz Hidayət Heydərovun uğurundan danışıb və Olimpiya Oyunları ilə bağlı sualları cavablandırıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik.

- Çingiz müəllim, Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan komandası qızıl medalı cüdo idman növündə qazandı. İdmançımız Hidayət Heydərov finalda fransalı rəqibini üstələyərək, bu uğura nail oldu. Finalda əldə edilən qələbə daha çox hansı əhəmiyyət kəsb edirdi?

- Təbii ki, finalda yerli azarkeşlər qarşısında fransalı idmançı ilə qarşılaşma xüsusi əhəmiyyət kəsb edirdi. Dövlətlərarası münasibətlərə baxmayaraq, fransalı tamaşaçılar Azərbaycan himni səslənəndə ayağa qalxdılar və qələbə qazanan idmançımızı alqışladılar. Bu, həqiqətən də böyük qələbədir. Hidayət Olimpiya Oyunlarında əsl idmançı xarakteri göstərdi. Sübut etdi ki, istənilən halda, istənilən rəqibə qalib gəlmək olar. Hesab edirəm ki, bu qalibiyyətin və əldə olunan qızıl medalın rəmzi mənası da var. Cüdoçumuzun Parisdə yerli idmançıya qalib gəlməsi Azərbaycan idmanının növbəti böyük qələbəsidir.

- İndi Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlini Parisdəki "Azərbaycan Olimpiya Evi”nin bağçasında görürük. Halbuki həmin heykəl bir müddət əvvəl vandallar tərəfindən zorakılığa məruz qalmışdı. Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Bu, həqiqətən çox vacib bir məqamdır. Hər birimiz Bakıda olanda bu kadrları görmüşdük. Bu, doğrudan da çox ciddi məsələ idi. Fransadakı səfirimiz Leyla xanımla görüş zamanı bildirdim ki, nə yaxşı ki, siz bu heykəli bərpa edib, qoruya bildiniz. Bildiyiniz kimi, neçə gündür ki, burada müxtəlif tədbirlər keçirilir. Burada həmçinin başqa ölkələrin Milli Olimpiya Komitələrinin nümayəndələrinin iştirakı ilə tədbir keçirildi. Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitələrinin rəhbər işçiləri də burada qonaq qismində iştirak etdilər. Tədbirdə iştirak edən bütün qonaqlara heykəl haqqında məlumat verirdim. Əlbəttə onlar da baş vermiş bu hadisə ilə bağlı təəssüf etdiklərini bildirirdilər. Düşünürəm ki, buraya gələn hər bir insan Xurşidbanu Natəvan haqqında məlumat almalıdır.

- Çingiz müəllim, Atlanta-1996-dan etibarən Olimpiya Oyunlarında iştirak edirsiniz. Parisə gələn qonaqların əksəriyyəti açılış mərasimindən, Olimpiya Kəndindəki vəziyyətdən, yarışların keçirilməsi və müxtəlif protokol qaydalarının pozulmasından şikayətlənirlər. Sizcə, bu problemlər nə ilə bağlıdır? Paris-2024-ü əvvəlki olimpiadalarla necə müqayisə edərdiniz?

- Paris Olimpiya Oyunlarının açılış mərasimi teleşou kimi təqdim edildi. Həmin şounu bütün qonaq ölkələrin nümayəndələri yağış altında seyr etdilər. Hər kəs islanmışdı, narazılıqlarını gizlətmirdilər. Hazırlıq çox aşağı səviyyədə idi. Bundan başqa cüdo zalı sonuncu günə kimi hazır deyildi. Nəqliyyat sistemi bərbad vəziyyətdədir. Məhz buna görə də ciddi problemlər yaşanır. Oyunlara cəlb olunan könüllülər təlim keçməyiblər. Onlar müraciətləri yerinə yetirə bilmirlər və həmçin sürücülər də yarış obyektlərinin ünvanları ilə bağlı xəbərsizdirlər. Bu da öz növbəsində bir sıra problemlərə yol açır. Ümid edirəm ki, olimpiada dövründə bu problemləri aradan qaldırmağa çalışacaqlar.

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video