01 Avqust 2024 01:45
85
CƏMİYYƏT
A- A+

Azərbaycanla Belarus arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənəcək

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti iyulun 29-dan iyulun 31-dək Belarus Respublikasında işgüzar səfərdə olub. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, o cümlədən ölkəmizdə baytarlıq preparatlarının istehsalı sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üzrə müzakirələrin aparılması məqsədi daşıyıb.

Səfər çərçivəsində agentliyin sədr müavini Balarəhim Quliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Belarus Respublikasının Kənd təsərrüfatı və ərzaq naziri Anatoliy Lineviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. Görüş zamanı yeni təyin olunan Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinə təbriklər çatdırılıb. Azərbaycan və Belarus respublikalarının müvafiq qurumları arasında davam etdirilən əlaqələrin daha da genişləndirilməsi sahəsində potensialın artırılmasının əhəmiyyətindən bəhs olunub.

Müzakirələr zamanı Azərbaycanda baytarlıq preparatları istehsalının yaradılmasına dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələlərinə toxunulub. İki ölkə arasında baytarlıq preparatlarının istehsalının yaradılması üzrə konkret tədbirləri əks etdirən yol xəritəsinin hazırlanması barədə razılıq əldə edilib. Həmçinin heyvanların identifikasiyası, qeydiyyatı və izlənılməsi sisteminin yaradılması və tətbiqi sahəsində cari əməkdaşlığın perspektivlərinə baxılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video