01 Avqust 2024 02:37
153
CƏMİYYƏT
A- A+

"Məşğulluğa dəstək layihəsi"  Dünya Bankının mükafatına layiq görülüb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Məşğulluğa dəstək layihəsi"nin uğurlu icrası Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidentinin 2024-cü il üzrə mükafatı ilə təltif olunub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin mükafat innovativ inkişafı dəstəkləyən, habelə həssas qrupdan olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində icra olunan fəaliyyətlərə görə təqdim edilir.
Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyət daşıyaraq, işsiz və işaxtaran şəxslərin məşğulluğunun dəstəklənməsi və kiçik biznesə çıxışında xüsusi əhəmiyyət kəsb edir.
Həmin proqramın genişləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankı arasında növbəti əməkdaşlıq nümunəsi olaraq 2020-ci ildən "Məşğulluğa dəstək layihəsi"nin icrasına başlanıb. 2020-2025-ci illəri əhatə edən layihə həssas qruplardan (əlilliyi olan şəxslər, şəhid ailələri üzvləri, keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar və s.) olan şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik bizneslərinin qurulmasına dəstək məqsədi daşıyır. Layihənin 22 min işsiz şəxsi əhatə etməsi hədəfə götürülüb, onun uğurlu icrasının nəticəsi kimi 2025-ci ilin sonunadək bundan daha çox olmaqla, 25 mindən artıq benefisiarın cəlb edilməsi nəzərdə tutulur.
Layihə üzrə ötən dövrdə 23 min işsiz şəxs Beynəlxalq Əmək Təşkilatının "Öz biznesini başlat və təkmilləşdir" proqramı üzrə təşkil olunan, maliyyə savadlılığı, proaktiv sahibkarlıq təfəkkürünün formalaşdırılması və s. üzrə təlimlərə cəlb edilib. Onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar aşılanıb.
Həmin şəxslərdən artıq 16 min benefisiar 26 peşə istiqaməti üzrə avadanlıqlarla təmin edilərək kiçik bizneslərini yaradıb, əldə edilmiş bilik və bacarıqları tətbiq etmək imkanı qazanıb. Layihə çərçivəsində qurduqları kiçik təsərrüfatlarını uğurla inkişaf etdirən benefisiarlara bizneslərinin genişləndirilməsinə əlavə dəstək olaraq həvəsləndirici mükafatlar da verilir.
"Məşğulluğa dəstək layihəsi"nin qeyd edilən nüfuzlu mükafata layiq görülməsi onun uğurlu icra prosesinə və əldə olunan müsbət nəticələrə beynəlxalq səviyyədə yüksək qiymət verildiyinin təzahürüdür. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video