01 Avqust 2024 01:47
100
CƏMİYYƏT
A- A+

Volqa-Xəzər dəhlizi obyektlərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı müzakirələr aparılıb

 

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev İpək yolunun Serial Nominasiyası üzrə Volqa-Xəzər dəhlizi obyektlərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün nominasiyasının hazırlanmasına dair onlayn iclasda iştirak edib. Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, iclasda UNESCO-nun Ümumdünya İrs Mərkəzinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun nümayəndələri, həmçinin Qazaxıstan, Özbəkistan, Azərbaycan və Yaponiyadan olan ekspertlər iştirak ediblər.

Tədbirdə UNESCO/Yaponiya İnamlı Fondlar layihəsinin "İpək Yollarının Ümumdünya İrsi Namizədliyi Prosesinə Dəstək" layihəsinin III fazasının gedişatı müzakirə edilib.

Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin bu ilin sonunda Bakıda "İpək Yolu: Volqa-Xəzər dəhlizi" ikinci subregional konfransının keçirilməsi təklifi bəyənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video