06 Oktyabr 2026 16:43
948
DÜNYA
A- A+
“ChatGPT” yazdığı mətnlərə görünməz su nişanı əlavə edəcək  

“ChatGPT” yazdığı mətnlərə görünməz su nişanı əlavə edəcək  


“OpenAI” “ChatGPT” və “Codex” tərəfindən yaradılan mətnlərə görünməz su nişanları əlavə etməyə başlayacaq. Şirkətin açıqlamasına görə, funksiya yaxın həftələrdə bütün istifadəçilər üçün aktivləşdiriləcək. 

Su nişanı mətnə görünən simvol əlavə etmir. Bunun əvəzinə, söz seçimləri və mətn strukturu daxilində insan gözünün hiss etməyəcəyi kiçik dəyişikliklər edilir. Bu dəyişikliklər xüsusi aşkarlama sistemi vasitəsilə müəyyən edilə bilir.

“OpenAI” bildirir ki, su nişanı mətn kopyalanıb yapışdırıldıqda da qorunur və istifadəçini müəyyən etmək üçün nəzərdə tutulmayıb. Şirkət bununla bağlı “textGrain” adlı texniki hesabat da yayımlayıb. Sistem gizli açardan istifadə edərək yüzlərlə kiçik söz seçimi dəyişikliklərini birləşdirir və mətnin “OpenAI” modeli tərəfindən yaradıldığını müəyyən etməyə çalışır.

“OpenAI”nin testlərinə görə, mətnin 10%-də sözlərin sinonimlərlə əvəzlənməsi aşkarlanma göstəricisini təxminən 92%-dən 66%-ə endirə bilər. Qısa mətnlər, riyazi cavablar və tərcümələr də daha çətin aşkarlanır. Bu səbəbdən şirkət ilkin mərhələdə aşkarlama alətinə yalnız təsdiqlənmiş tədqiqatçı və ekspert təşkilatlarının çıxışını təmin edəcək.

Şirkət, həmçinin vurğulayır ki, su nişanının olmaması mətnin insan tərəfindən yazıldığını sübut etmir. Sistem yalnız mətnin OpenAI tərəfindən yaradıldığını və ya emal edildiyini göstərə bilər; onun hansı hissəsinin insan tərəfindən yazıldığını və ya redaktə edildiyini müəyyən edə bilməz.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında azərbaycançılıq ənənələri ilə bağlı videoçarx paylaşılıb

09:08
23 Noyabr

Tramp: Demokratların qələbəsindən sonra ABŞ fond bazarı 6 trilyon dollar itirib

07:49
23 Noyabr

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

07:36
23 Noyabr

Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib   

20:21
22 Noyabr

Premyer Liqa: “Kəpəz” Gəncədə “Qarabağ”dan xal alıb

18:57
22 Noyabr

Tramp: Açıq sərhədlər ölkələri məhv edir

18:49
22 Noyabr

Premyer Liqa: “Neftçi” Şamaxıdan üç xalla qayıdır

16:29
22 Noyabr

Hava zərbələri nəticəsində Ukraynanın beş bölgəsi işıqsız qalıb

15:59
22 Noyabr

Kiyev vilayətində bina dronla vurulub, 14 nəfər dağıntılar altında qalıb

14:09
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Xankəndidə “Prezident kuboku” uğrunda yarışda 300-ə yaxın atlet iştirak edib

13:17
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib

12:43
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!