29 Iyul 2024 21:06
152
SİYASƏT
A- A+

Ceyhun Bayramov BMT-nin regional direktoru ilə COP29-a hazırlıq işlərini müzakirə edib

 

İyulun 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişaf üzrə Əlaqələndirici Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yeop Son ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Azərbaycan" qəzetinə bildirilib ki, görüş zamanı Azərbaycan və BMT-nin müxtəlif ixtisaslaşmış qurumları arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın uzun illər BMT, xüsusilə onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əməkdaşlıq gündəliyində xüsusi yer tutduğu, Azərbaycanın az sayda ölkələrdən biri kimi dayanıqlı inkişaf gündəliyinin icrası istiqamətində könüllü şəkildə mütəmadi hesabatlar təqdim etməsinin bu istiqamətə verdiyimiz əhəmiyyətin göstəricisi olduğu qeyd olunub. Postmünaqişə dövründə üzləşdiyimiz ən mühüm təhlükəsizlik çağırışlarından biri olan mina təhdidi ilə mübarizədə humanitar minatəmizləmənin 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan olunduğu, eyni problemin bir çox ölkə üçün aktuallığını nəzərə alaraq, bu təşəbbüsün BMT çərçivəsində davamlı olaraq təşviq edildiyi bildirilib.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə, habelə ətraf mühitin qorunması istiqamətini uzun illərdir təşviq etdiyi, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işlərində yaşıl texnologiyaların, o cümlədən “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyalarının tətbiqinin bunun göstəricisi olduğu qeyd edilib.

Cari ilin ölkəmizin COP29 sədrliyi ilə əlamətdar olduğunu bildirən nazir Ceyhun Bayramov, bu istiqamətdə BMT ilə əməkdaşlığımızın daha da genişlənməsinin sevindirici hal olduğunu qeyd edib. Qlobal təhdidlərlə mübarizədə göstərdiyimiz bütün səylər kimi COP29 sədrliyimizin də inklüziv və nəticəyönümlü proses olmasına əhəmiyyət verdiyimiz diqqətə çatdırılıb.

Ölkəmizin, həmçinin 2026-cı ildə Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyi qeyd olunub.

Qarşı tərəf Azərbaycanın COP29 sədrliyinə hazırlıq üçün məhdud vaxtının olmasına baxmayaraq, indiyədək əldə olunan nəticələrin təqdirəlayiq olduğunu vurğulayıb.

BMT-nin Azərbaycanın möhkəm çoxtərəfliliyin təşviqində aktiv iştirakını, habelə innovativ və yaradıcı yanaşma sərgiləməsini alqışladığı diqqətə çatdırılıb. Proses çərçivəsində iqlim dəyişikliyinin regional nəticələri, xüsusilə su ehtiyatları ilə bağlı risklərin diqqət mərkəzində saxlanılmasının vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video