06 Dekabr 2023 10:25
317
İQTİSADİYYAT
A- A+
Cəlilabadlı fermerlər bir ildə eyni sahədən iki dəfə məhsul götürürlər

Cəlilabadlı fermerlər bir ildə eyni sahədən iki dəfə məhsul götürürlər

 

Cəlilabadın torpağı səxavətli, adamları zəhmətkeşdir. Onları ilboyu iş başında, sahələrdə görmək olar. Bu işgüzar insanlar bir məhsulu əkib-becərir, yığır, sonra da yerinə digərini əkirlər. 
Təcrübəli fermerlər eyni sahədə bir ildə iki dəfə məhsul yetişdirməyə artıq adət etmişlər. Bu isə bolluq, xoş güzəran deməkdir. Ərsəyə gətirdikləri məhsul hesabına əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəməklə yanaşı, özləri də yaxşı qazanc əldə edib ailələrini dolandırır, ev tikir, avtomobil alır, uşaq oxutdurur, xeyir-şərlərini yola verirlər.
Kəndli öz pay torpağının sahibi olandan sonra bazar iqtisadiyyatı şəraitində nə əkəcəyini, yetişdirəcəyini özü müəyyənləşdirir. Necə deyərlər, o özü özünün sahibidir. Sovetlər zamanı Cəlilabadda tək-tək adamlar öz həyətyanı sahələrində ailənin tələbatını ödəmək üçün kartof əkər, mərci, noxud, lərgə, qarğıdalı və s. bitkilər becərərmiş. Rayonun əkin sahələrinin 95 faizini əsasən taxıl və üzüm bağları təşkil edirmiş. Bu gün isə fermer ona sərf edən, qazanc gətirən bitkini əkir. Məhsuldar Cəlilabad torpağı da hər nə desən, yetişdirir. Hazırda rayonun fermerləri taxıl və üzümlə yanaşı, kartof, çiyələk və digər bitkilər də əkirlər. 
Fermerlər taxılı biçib qurtaran kimi yerinə kartof əkirlər. Uzuntəpə, Sabirabad, Muğan, Kazımabad, Privolnoye, Maşlıq, Əliqasımlı və başqa kəndlərdə 950 hektarda kartof əkilib-becərilib. Hər hektardan 16 ton olmaqla 17 min tona yaxın kartof yığılıb. Həmin məhsullar başlıca olaraq ölkənin daxili bazarlarına göndərilir. 
Rayonun Sabirabad kənd sakini Elnur Həsənov gənc fermerdir. Orta təhsilini başa çatdırıb ordu sıralarında xidmətə yollanıb. Əsgərliyini başa vurduqdan sonra kəndə qayıdıb və ailəsinə məxsus olan torpağı əkib-becərməklə məşğul olmağa başlayıb. Birinci il əkdiyi sahədən yaxşı qazanc əldə etməsi onu əkinçi olmağa daha da həvəsləndirib. O da bir çox fermer kimi, eyni sahədən ildə iki dəfə məhsul götürməyi qarşısına məqsəd qoyub. Atalar yaxşı  deyib: "Niyyətin hara, mənzilin ora". Beləliklə, Elnur üçün il ildən uğurlu gəlir. Halal zəhməti ilə istədiklərini reallaşdırır. Bu il isə o, taxıl əkdiyi sahənin məhsulunu yığıb yerinə payızlıq kartof əkib. Yığdığı 40 tona yaxın kartofu elə sahədən orta hesabla kiloqramını 40 qəpiyə satıb. 
Hazırda rayonda gələn ilin məhsulu üçün kartof sahələri əkinə hazırlanır. Yer qüvvədən düşməsin, məhsuldar olsun deyə şum altına üzvi və mineral gübrələr verilir, əlavə aqrotexniki tədbirlər həyata keçirilir. Bir neçə gündən, dəqiq desək, dekabrın 15-dən sonra yazlıq kartof əkininə başlanılacaq. Fevral ayının ortalarınacan davam edəcək əkinin müəyyən hissəsi sellofan örtük altında, qalan hissəsi isə açıq havada aparılacaq. Örtük altında becərilən kartof daha tez - aprel ayında yığılaraq əsasən Rusiya Federasiyasının bazarlarına yola salınacaq. Amma yerli bazarlar da unudulmur. Nübar məhsul kimi yaxşı qazanc gətirdiyindən fermerlər son illər bu işə daha çox fikir verməyə başlamışlar. Açıq havada yetişdirilən kartofun yığımı isə mayın birinci ongünlüyündən başlayır. 
İlin bütün fəsillərində kəndli üçün boş vaxt yoxdur. O, ilboyu çalışır. İstəyir ki, məhsulu daha çox olsun. Elinə-obasına, ölkəsinə xeyir verməklə bərabər, özü də, ailəsi də firavan yaşasın. 

Seyran CAVADOV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran səfiri İtaliya XİN-ə çağırılıb

22:23
02 Yanvar

Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

20:44
02 Yanvar

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!