26 Avqust 2024 16:11
205
DÜNYA
A- A+

Burkina Fasoda faciə: 200 ölü, 300 yaralı

 

Burkina-Fasonun şimal-mərkəzindəki Barsaloqo kəndində silahlı şəxslərin həftə sonu silahlı hücumu nəticəsində azı 200 nəfər ölüb, 300-dən çox adam yaralanıb. Şahidlərin sözlərinə görə, silahlı qrupların hücumu səhər saat 9-dan axşam 4-ə qədər bir neçə saat davam edib. Bildirilir ki, hər ailədə ən azı bir nəfər həlak olub. Qurbanlar arasında icma liderləri, çoxsaylı mülki şəxslər və hücumu dəf etmək istəyən təhlükəsizlik qüvvələri də var.

Rfi agentliyi xəbər verir ki, yaralıların çoxu hücum yerindən təxminən 45 kilometr aralıda, bölgə mərkəzi Kayadakı xəstəxanaya aparılıb. Kaya Xəstəxanasını ziyarət edən hökumət nümayəndə heyətinin üzvləri arasında səhiyyə naziri Robert Karqulu, təhlükəsizlik naziri Məhəmməd Sana və hökumət sözçüsü Jan-Emmanuel Uedraogo da var. “Qorxaq və barbar hücumu” pisləyən Uedraoqo həftə sonu milli televiziyada bunun “qadınlara, uşaqlara, qocalara və kişilərə heç bir fərq qoymadan” hücum edən cinayətkar dəstələri tərəfindən həyata keçirildiyini bildirib. Təhlükəsizlik naziri Sana əmin edib ki, Burkina Fasonun silahlı qüvvələri düşmənə layiq olduqları tərzdə cavab verəcək.

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video