03 Fevral 2024 10:20
621
CƏMİYYƏT
A- A+
"Bu xalq, bu vətən  üçün can verməyə dəyər"

"Bu xalq, bu vətən  üçün can verməyə dəyər"

O, İkinci Qarabağ müharibəsində iştirak edib. Torpaqlarımızın azadlığı uğrunda döyüşən, düşmənin canına qorxu salan əsl qəhrəmanlardandır. Kəlbəcərdə, Cəbrayılda, Füzulidə, Hadrutda, Horadizdə gedən qanlı döyüş əməliyyatlarında iştirak edib. Pərvin deyir ki, ən böyük arzum Şuşanın işğaldan azad olunmasında iştirak etmək idi. Təəssüf ki, oktyabrın 24-də Füzuli rayonunun Zərgər kəndində karyer adlanan ərazi yaxınlığında yanıma minaatan mərmisi düşdü, təzyiqi məni vurdu. Baş-beyin travması, eyni zamanda dörd yerdən də qəlpə yarası aldım. Təxliyə olunana kimi özümü hiss edirdim. Sonra huşumu itirdim, nə baş verdiyini bilmədim. Gözümü açanda Füzuli Rayon Mərkəzi Xəstəxanasında idim...
Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Pərvin İmanov "Azərbaycan Bayrağı" ordeni, "Şücaətə görə" medalı "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.
Pərvin Amin oğlu İmanov 1991-ci il iyunun 16-da Tərtər rayonunun Seydimli kəndində dünyaya gəlib. Seydimli kənd 1 saylı orta məktəbdə birinci sinfə gedən Pərvin  ailəsi Sumqayıta köçdüyü üçün orta məktəbi 2008-ci ildə Sumqayıt şəhər Zülfü Hacıyev adına 17 saylı tam orta məktəbdə başa vurub. 2010-cu ildə Füzuli rayonunda "N" saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayan Pərvin İmanov 2012-ci ilin yanvarında xidmətini başa vursa da, MAXE kimi ordu sıralarında qulluq etmək niyyətinə düşüb. Elə həmin ili Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində bir müddət kurs keçdikdən sonra Perekeşkül qəsəbəsində yerləşən hərbi hissədə kəşfiyyat bölüyündə  manqa komandiri vəzifəsində xidmətə başlayıb.
Pərvin İmanov deyir ki, bir hərbçi kimi arzum torpaqlarımızın azad olunmasında iştirak etmək idi. Bilirdim ki, torpaqlarımızı azad etmək üçün müharibə olarsa, öndə XTQ olacaq. Orduya yazılanda da xidmət etdiyim yerə sadəcə iş, dolanışıq yeri kimi baxmırdım. Məqsədim torpaqlarımızın işğaldan azad olunması uğrunda ön cəbhədə döyüşmək olub. Ona görə də 2013-cü ilin dekabrında XTQ-də qulluq etmək üçün kursa yazıldım. Kursu uğurla bitirdikdən sonra 2014-cü ilin iyun ayından XTQ-də xüsusi əməliyyat taborunun əməliyyat qrupunun kəşfiyyatçısı olaraq xidmətə başladım. 
Pərvin İmanov 2013-cü ildə Bolqarıstanda Amerika dəniz piyadaları ilə kəşfiyyat təlimlərində olub, 2015-ci ildə isə Xüsusi Təyinatlı Qrup kursunu, 2018-ci ildə Türkiyə Özəl Qüvvələrinin antiterror kursunu bitirib.
Pərvin keçdiyi döyüş yolundan danışır. Deyir ki, o günləri xatırlamaq mənim üçün heç də asan deyil. Qazandığımız qələbə, azad olunmuş torpaqlar qanla, canla alınıb. Saatlarla çəkən ağır döyüşlərdə qardaşlarımızı, döyüş yoldaşlarımızı itirmişik. Bir də görürdün ki, səni sinəsi ilə qoruyan can dostun düşmənin namərd gülləsinin qurbanı olub, yanında cansız yerdə uzanıqlı qalıb. Gəl indi buna döz. 
Hadrut uğrunda 8 gün ərzində 3 böyük döyüş əməliyyatı keçirdik. Hadrut Şuşaya gedən yolun açarıdır. Relyef baxımından çox strateji bir yerdir. Hər tərəfə çıxışı var. Hadrutu götürməyimiz düşmənə sarsıdıcı zərbə oldu. Hadrutda 1400 yüksəklik var idi. Kəşfiyyat məlumatı aldıq ki, düşmən orada yerləşən "1400" yüksəkliyini ələ keçirmək istəyir. Əmr olundu ki, həmin yüksəkliyə düşmən yerləşməmiş biz sahiblənməliyik. O yüksəklikdən Hadrut ovuc içi kimi görünürdü. 6-7 saata keçilməz kolluqlardan sızıb yüksəkliyi götürdük. Biz oranı götürəndən 3-4 saat sonra düşmən xəbər tutdu ki, yüksəklik bizdədir. Aramsız artilleriya ilə əks-hucuma keçdik. Layiqli cavab alan düşmən  geriyə çəkilməyə məcbur oldu. 5 gün orada dayanıb ərazini mühafizə etdik. 
Pərvin deyir ki, biz təşəkkür, ad-san, mükafat, orden medal üçün  döyüşməmişik. Biz Azərbaycanımız, Vətən üçün vuruşmuşuq. 
Pərvin İmanov Sosial Müdafiə Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində kordinator vəzifəsində çalışır.
Deyir ki, insanlarımızın, dövlətimizin mənə və Qarabağın azaldığı uğrunda göstərdiyi diqqəti görəndə düşünürəm ki, bu xalq, bu vətən üçün can verməyə dəyərmiş.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!