29 Iyul 2024 16:14
195
DÜNYA
A- A+

Bu peykdə okean mövcud ola bilər

 

Mütəxəssislər Günəş sisteminin bir sıra planetinin peyklərində səthaltı okeanın mövcud olmasına dair izlər aşkarlayıblar. Söhbət Yupiter və Saturn planetlərinin Avropa və Enselad peyklərindən gedir. Lakin digər tərəfdən su, həmçinin Neptun və Uran kimi uzaq planetlərin peyklərində də mövcud ola bilər.

Con Hopkins adına Tətbiqi Fizika Laboratoriyasının alimləri James Webb teleskopunun sahib olduğu NIRSpec adlı infraqırmızı spektrometri vasitəsilə Uran planetinin peyklərindən biri olan Arielin səthinin kimyəvi tərkibini analiz ediblər. Uranın ən parlaq peyki olan Arielin səthi buzla əhatə olunub. Alimlər isə sözügedən peykin səthindəki buzun nədən təşkil olunduğu və onun necə formalaşdığı barəsində çoxdan maraqlanırlar.

Arielin yeganə fotosu NASA-nın Voyager-2 kosmik aparatı tərəfindən 24 yanvar 1986-cı ildə çəkilib. Arielin səthində buz örtüyü qeyri-bərabər şəkildə yerləşir. Bu peykin Urana tərəf yalnız bir tərəfi ilə istiqamətləndiyi səbəbilə onun ən uzaq hissəsindəki buz örtüyünün qalınlığı 10 mm-ə kimi, ən yaxın hissəsindəki buz örtüyünün qalınlığı isə 0.3 mm təşkil edir. Aparılmış analizə əsasən peykin səthindəki buz örtüyü donmuş karbon qazıdır.

James Webb vasitəsilə Arieldə, həmçinin dəm qazı və digər kimyəvi birləşmələrin izləri aşkar edilib. Peykdəki mövsümi dəyişikliklər onun səthindəki donmuş karbon qazının böyük hissəsini aradan qaldırmalı idilər. Lakin hansısa səbəbə görə bu, baş vermir. Donmuş CO2-nin həcmi hansısa mənbə və ya mənbələr vasitəsilə təmin edilir. Karbon ehtiyatı Uranın maqnit sahəsindəki yüklənmiş zərrəcikləri hesabına genişlənə bilər. Lakin digər tərəfdən bu proses səthaltı okean vasitəsilə də reallaşa bilər. Arielin arxa tərəfi kiçik və böyük çatlardan təşkil edilib.

Peykin səthində karbonatların olması Arielin səthaltı okeana sahib olmasına işarə edir. Belə ki, bu duzlar dağ süxurlarının su ilə qarşılıqlı əlaqələri nəticəsində əmələ gəlirlər. Aparılmış analizlər nəticəsində aşkar edilmiş dəm qazını da onun bu peykin dərinliklərindən gəlməsindən başqa bir şey ilə izah etmək olmur. Bu qazın soyuyaraq peyk səthinə çökməsi üçün Ariel lazımi səviyyədə soyuqluğa sahib deyil. Bunun üçün ona minimum mənfi 18 dərəcə çatışmır. Bütün bunlar Arielin səthaltı okeana sahib olmasına işarə edir.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video