23 Fevral 2024 08:55
1401
Mədəniyyət
A- A+
Bu il Şuşa daha çox tanınacaq və seviləcək

Bu il Şuşa daha çox tanınacaq və seviləcək

 

Azərbaycanın incisi, Qarabağın baş tacı, gözəlliyinə neçə-neçə şeirlər yazılan, mahnılar bəstələnən, dastanlar qoşulan, filmlər çəkilən Şuşa hər birimizin fəxr etdiyi, qürur duyduğu möcüzələr məkanıdır. Şuşa təkcə qəhrəmanlıq, mərdlik, igidlik meydanı kimi deyil, həm də Azərbaycan mədəniyyətinin beşiyi kimi hər zaman fərqlənib, sevilib və tanınıb.
Bu qədim şəhərdə musiqi, teatr, xalq sənəti, sənətkarlıq hər zaman inkişafda olub. Şuşa Azərbaycan mədəniyyətinə, ədəbiyyatına böyük şəxsiyyətlər və sənətkarlar bəxş edib. Əbəs yerə bu şəhəri Zaqafqaziyanın konservatoriyası adlandırmayıblar. Ümummilli Lider Heydər Əliyevin də ən çox sevdiyi məkanlardan biri Şuşa şəhəri idi. Ulu Öndər öz sevgisini bu sözlərlə ifadə edərək demişdir: "Şuşa Azərbaycanın gözüdür!"
Təəssüflər olsun ki, bu möcüzələr məkanı 28 ildən çox idi ki, erməni işğalında qalmışdı. Şuşanın işğalda qalması hamımızın ürəyini yandırır, qəlbini göynədirdi. Qarabağın tacı olan Şuşanın erməni işğalından azad olunacağı günü intizarla, həsrətlə gözləyirdik. İnanırdıq ki, o gün mütləq gələcək, xalqımız gec-tez həmin günün sevincini yaşayacaq. 
Şükürlər olsun ki, həmin gün illərdən sonra həyatımıza qədəm qoydu. 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində 44 günlük Vətən müharibəsi başladı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan 
İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın işğalda qalmış torpaqlarımızı azad etdi. Xalqımız İkinci Qarabağ müharibəsinin 42-ci günü - 8 noyabr 2020-ci ildə cəbhədən  xoş xəbər aldı. İllərdən bəri həsrətini çəkdiyimiz Şuşa erməni işğalçılarından azad olunmuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu müjdəni elə həmin gün Şəhidlər xiyabanından xalqa xəbər verdi. "Əziz Şuşa, sən azadsan!"- dedi.
Şuşanın azad olunması xəbəri Azərbaycanın hər guşəsinə nur çilədi, xalqa böyük sevinc bəxş etdi. Azərbaycan Ordusu musiqi beşiyimiz olan Şuşanı azad etməklə bərabər, mədəniyyətin, ədəbiyyatın zəngin ənənələrini də özünə qaytardı. Azərbaycan əsgərinin Şuşa uğrunda apardığı döyüşlər dünya hərb tarixinə yeni səhifə kimi yazıldı.
2021-ci il may ayının 7-də Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı. Dövlət başçısı böyük qürur hissi ilə bəyan etdi ki, Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
2021-ci ildə Heydər Əliyev Fondu tərəfindən Şuşada "Xarıbülbül" Musiqi Festivalı təşkil olundu, Vaqif Poeziya Günləri keçirildi. 2022-ci il Azərbaycanda "Şuşa ili" elan edildi. Həmin il şəhərin yaddaşında olduqca əlamətdar il kimi qaldı.  1752-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulan Şuşanın həm də 270 illiyi tamam olurdu. 
2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv olan ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə qədim muğam-sənət beşiyimiz olan Şuşa 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olundu. Bu barədə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov məlumat verdi. Bildirdi ki, Azərbaycan xalqının tarixinə dahi sənətkarlar, mədəniyyət xadimləri bəxş etmiş Şuşa şəhərini dirçəltmək olduqca zəruridir: "Azərbaycana bu qədər dahi sənətkar bəxş etmiş şəhəri dünyaya tanıtmaq istəyirik. Bu mübarək yurda yeni nəfəs gətirməliyik. Biz təşkilat olaraq bunun üçün əlimizdən gələni edəcəyik". Ürəyimizdən xəbər verən bu xoş sözlər türk-islam dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqət və qayğısının daha bir təzahürü idi.
Şuşanın gözəlliynin səsi-sorağı gündən-günə bütün dünyaya yayılır. Bu qədim şəhərin tarixini vərəqləyəndə görürük ki, Şuşa Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən islam sivilizasiyasının simvollarından biri olub. 2023-cü il sentyabr ayının 25-26-da Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransının iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri 2024-cü il üzrə islam dünyasının mədəniyyət paytaxtı elan olundu. 
Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşanın mədəni irsinin, tarixi və dini abidələrinin bərpa etdirilməsini nəzərə alan islam dövlətlərinin yekdil qərarla Şuşa şəhərini islam dünyasının mədəniyyət paytaxtı elan etməsi çox tədqirəlayiq hadisədir. Azərbaycana göstərilən böyük diqqət və hörmətdir. Deməli, Şuşa beynəlxalq tədbirlərə evsahibliyi etməklə yanaşı, həm də islam dünyasının mədəniyyətini də özündə əks etdirəcək. Gözəlliyi və qədimliyi ilə dünyaya meydan oxuyacaq. 
Göründüyü kimi, bu il ICESCO ilə əməkdaşlıq baxımından Azərbaycan üçün önəmli il olacaq. 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində "paytaxt ili"nin açılış mərasimi keçiriləcək və il ərzində silsilə tədbirlər keçiriləcək. Şuşanın islam dünyasının mədəniyyət paytaxtı elan edilməsi hamımız üçün qürurvericidir. Çünki Şuşa bu il daha çox tanınacaq, daha çox təbliğ olunacaq və daha çox seviləcək.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!