23 Avqust 2024 08:20
2346
SİYASƏT
A- A+
Bu da sonu

Bu da sonu

 

Erməni haxçıxı amerikalı ermənipərəsti "ağ günə" çıxartdı

 

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistan ordusunu məhv etdi, onu fərarilər və qorxaqlar yığnağına çevirdi, işğal etdikləri ərazilərdən iti qovan kimi qovdu!
Özünü "məğlubedilməz xalq", ordusunu "məğlubedilməz ordu" adlandıranları diz üstə çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi!
Əsrlərdir davam edən "Qarabağ münaqişəsinə", "dənizdən-dənizədək böyük Ermənistan" mifinə birdəfəlik son qoydu!
Zəfər müharibəsində təkcə Ermənistan ordusu, onun forpost dövləti, müdafiəçiləri və havadarları biabırçı məğlubiyyətə uğradılmadı.
Vətən müharibəsində dünya erməniliyi də məğlub edildi.

O dünya erməniliyi ki, erməni diasporu şəklində Fransa, ABŞ, Niderland kimi dövlətləri barmağına dolayır.
Necə dolayır?
Çox sadə üsulla:
* Dünyada yaşayan bütün ermənilərdən hər ay yığdıqları "üzvlükhaqqı"ndan formalaşan böyük məbləğdəki vəsaitin bir qismini öz maraqlarını təmin etmək üçün xərcləyərək;
* Təşkilatlandıqları dövlətlərdə ölkənin siyasi həyatına, dövlət siyasətinin formalaşmasına müxtəlif vasitələrlə təsir göstərərək;
* Ölkələrindəki senator və konqresmenləri, siyasi fiqurları rüşvət və korrupsiya yolu ilə ələ alaraq;
* Erməni "haxçıxları"nı vəzifə və söz sahibi olanlara ərə verərək beyinlərini arvadları vasitəsilə öz xeyirlərinə çevirərək.
Bəli, erməni diasporu ən güclü dövlətlərin ən səlahiyyətlilərini belə alət etməyi, öz oyunlarının "piyada" iştirakçısı qismində işlətməyi məharətlə bacarır.
Bəli, erməni diasporu öz kadrlarını müxtəlif KİV-lərdə, o cümlədən telekanallarda, informasiya agentliklərində yerləşdirməklə onları "erməni istəkləri"nin ruporu etməyi də sevir!
Hələ harasıdır...
Erməni diasporları öz pulları və "seçici səsləri" ilə hətta ABŞ, Fransa kimi ölkələrdə belə prezidentliyə namizədləri irəlicədən ələ almağın, özlərindən asılı vəziyyətə salmağın, sonra bu asılılıqdan istifadə edərək onlara öz dövlətlərinin yox, erməni maraqlarını təmin etdirməyin ustasıdırlar.
Baxın, uzun illər mübarizə apardıqdan sonra Amerikadakı erməni diasporu ABŞ Prezidenti Baydeni ənənəvi 24 aprel çıxışında "erməni soyqırımı" ifadəsini işlətməyə vadar etdi.
Bəli, ermənilər bununla öz arzularına çatdılar.
Amma bu ifadə ilə nə dünya dağıldı, nə də bir şey dəyişdi.
Hansısa prezidentin məcburiyyət qarşısında qalaraq "erməni soyqırımı" ifadəsini işlətməsi əsl həqiqəti dəyişmir!
Tarix və tarixdə baş verənlər heç zaman yenidən yazılmır!

Heç bu ifadədən sonra da ermənilər öz arxivlərinin qapısını tarixçilərin və ictimaiyyətin üzünə aça bilmirlər.
Çünki saxtakarlıq sözdə, dildə olur...

Tarixi və tarixi mənbələri saxtalaşdırmaq isə erməni diasporlarının belə gücü çatacağı məsələ deyil!
***
ABŞ Senatının xarici əlaqələr komitəsinin rəhbəri Bob Menendezin üzünə "xoşbəxtlik qapısı" 2 uşaqla birinci arvadını boşayıb ikinci dəfə evlənəndən sonra açıldı.
Livanəsilli erməni haxçıxı Nadine Arslanyan təkcə Bobun məişətini, pula, rüşvətə, korrupsiyaya münasibətini deyil, bütün düşüncələrini, siyasi və fərdi mövqeyini də dəyişdi.
Beləliklə, B.Menendez ABŞ-nin deyil, ABŞ-dəki erməni diasporunun mövqeyinin, əməllərinin müdafiəçisinə çevrildi.
Türk düşməni, türkofob, islamofob birisi oldu.

Amma bu dəyişikliklər təkcə erməni haxçıxına olan sonsuz məhəbbətdən doğmurdu...
Bu "məhəbbət"i şiddətləndirən arvadının vasitəçiliyi ilə müxtəlif formada, müxtəlif mənbələrdən aldığı rüşvətlər, korrupsiya və xəyanət əməlləri idi.
Bob Menendez Senatda olduğu müddətdə var qüvvəsi ilə Türkiyəyə, Azərbaycana qarşı fəaliyyət göstərdi.
Erməni yalanlarının müdafiəsini Azərbaycan həqiqətlərindən, beynəlxalq hüquqdan üstün tutdu.
Bacardığı qədər ədalətsizliklər etdi.
***
Menendez bir "ilk"ə də imza atıb.
O, ilk senatordur ki, Konqresdə fəaliyyət göstərdiyi vaxtda federal agent kimi ittiham və məhkum olunur!
Fərdi qaydada isə bu, onun ikinci "işi"dir.
Çünki Senat üzvü olduğu dövrdə ikinci dəfədir ki, federal cinayət əməli törədir.
Birinci işində birtəhər yaxasını qurtarsa da, bu dəfə möhkəm və sübutlarla ilişdi.
ABŞ-nin maraqlarını erməni maraqlarına qurban verənin aqibəti belə də olmalıydı!
İlk baxışdan hüquqauyğun görünsə də, dərindən diqqət yetirdikdə maraqlı bir fakt da görürük:
* Yenə də erməni bicliyi işləyib...
* Yenə də erməni kələyi baş tutub.
Fağır Bobu bu yola çəkən, "ləzzətli" korrupsiya və rüşvət ağuşuna atan arvadı Nadine erməni xislətinə sadiq qalaraq sudan quru çıxıb.
Həyat və əməl yoldaşı ilə eyni maddələr üzrə ittiham olunsa da, Nadinenin məhkəmə prosesi qeyri-müəyyən müddətə təxirə salınıb.
"Qeyri-müəyyən müddət" isə o deməkdir ki, aldıqları rüşvətin gizlətdikləri hissəsindən digərlərinə rüşvət verməklə ola bilsin ki, "erməni haxçıx" cəzadan və həbsdən birdəfəlik qurtulacaqdır.
Hadisələrdən göründüyü kimi, bu, ABŞ-də bir o qədər də çətin iş deyil.
Bəli, Amerikanın əli ilə erməni maraqlarını təmin edən erməni haxçıxı öz millətinin işini də görür, cəzadan da yaxa qurtarır!

B.Menendezin isə baş verənləri təhlil edərək düzgün nəticələr çıxarması üçün kifayət qədər vaxtı vardır.
***
Bəli, Bob Menendez də belə getdi!
Ən pisi budur ki, həbsxanada tək yatacaq, Arslanyandan gen düşəcək...
Həm də bu dəfə ABŞ-nin erməni diasporunun uzun əli ona çatmayacaq, nə həbsxanadan çıxara biləcək, nə də cəzasını yüngülləşdirəcək...

Menendez isə öz növbəsində həbsxanada "yatacağı" 200 ildən çox bir müddətdə nə erməni diasporuna, nə də Ermənistana kömək göstərə biləcək.
Onun da əli heç yana çatmayacaq...

Dünyanın işinə bax:
* Oğurluqla da olsa, milyon dollardan çox dəyəri olan evin;
* Evində milyonlarla dollar pulun;
* Külçələrlə qızılın ola;
* Senatda isə babat vəzifə tutasan...
Amma bütün bunları buraxıb hörmətsiz, izzətsiz cinayətkar kimi türmədə yatasan!
Bunu ancaq erməni Ruben Vardanyan və amerikalı Bob Menendez bacararlar...

***
Keçmiş senator ömrünün sonunadək antitürk və anti-Azərbaycan fəaliyyətini davam etdirə bilməyəcəkdir!
Dözülməz dərd budur ki, korrupsiya yolu ilə yığdığı pulları, rüşvət aldığı qızıl külçələrini də satıb xərcləyə, keyfə qoya bilməyəcəkdir!
Heç o haram vəsaitdən "sevimli arvadı" da bəhrələnməyəcək!

Nəhayət, ilahi ədalət qələbə çalaraq onu layiq olduğu yerə göndərdi!
Əgər bundan sonra daha 200 il də yaşasa, necə deyərlər, qalmağa yeri, yeməyə çörəyi vardır.

Gec olar, güc olar demişlər.
Azərbaycan isə öz gücü və imkanları hesabına bütün istəklərinə çata bilir!
Bobkimiləri onun üçün maneə və əngəl deyil!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!