30 Dekabr 2025 02:53
2123
ELANLAR
A- A+
bp, Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində Əşrəfi-Dan ulduzu-Aypara (ADUA) layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı Podratçı Tərəflər adından hazırlanıb və dərc edilib

bp, Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində Əşrəfi-Dan ulduzu-Aypara (ADUA) layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı Podratçı Tərəflər adından hazırlanıb və dərc edilib

Sənəddə seysmik tədqiqat proqram üzrə təklif edilmiş fəaliyyətlərin xülasəsi verilir, bu fəaliyyətlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri araşdırılır və tövsiyə edilən təsirazaltma və monitorinq tədbirləri təsvir edilir. ƏMTQ prosesi təklif edilmiş işlərin nəticəsində yaranan hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirlərin müəyyənləşdirilməsini, minimuma endirilməsini və mümkün olan hallarda, aradan qaldırılmasını təmin etmək məqsədi daşıyır.

ADUA layihəsi üzrə seysmik tədqiqat proqramına 2D yüksək dəqiqlikli (HR) seysmik tədqiqat daxildir. Qısa müddət üçün nəzərdə tutulmuş bu tədqiqatın 20 günədək davam edəcəyi planlaşdırılır. Tədqiqat  ADUA sahəsinin şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edəcək. Proqramın 2026-cı ilin fevral və aprel ayları arasında suyun 20-40 metr dərinliyində aparılacağı planlaşdırılır. 2D HR seysmik tədqiqatda əsas məqsəd yerin təxminən 1 500 m dərinliyinədək qatları haqqında ətraflı məlumatlar əldə etməklə gələcək kəşfiyyat quyularının planlaşdırılmasına kömək etməkdir. Tədqiqat nəticəsində yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması ƏMTQ prosesinin mühüm hissəsidir. Maraqlı tərəflərin dinlənməsi və fikirlərinin sənədləşdirilməsi, əsas maraqlı tərəflərin ümumi  fikirlərinin layihələndirmə işlərində və ƏMTQ sənədində əksini tapmasını təmin edir. 

ƏMTQ sənədinin və qeyri-texniki xülasənin layihə variantları bütöv olaraq Azərbaycan və ingilis dillərində hazırlanıb və aşağıdakı keçid və ya QR kodu vasitəsilə bp-nin veb-səhifəsindən əldə edilə bilər:



ADUA layihəsi üzrə seysmik tədqiqat proqramı üçün ƏMTQ sənədinin, həmçinin, qeyri-texniki xülasənin QR kodu və keçidi 26 dekabr 2025-ci il tarixindən həmin sənədləri ictimaiyyətin nəzərdən keçirməsi üçün aşağıdakı ünvanlarda yerləşdirilib: • bp-nin Xəzər Mərkəzi Ofisinin qəbul şöbəsi, Neftçilər prospekti 153• M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, Xaqani küçəsi 29• Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elmi Kitabxanası, Hüseyn Cavid küçəsi 31• Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası, Azadlıq prospekti 20• Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bəhram Ağayev küçəsi 100a• Bakı Ali Neft Məktəbinin Kitabxanası, Kampus, yeni Salyan şossesinin 3-cü kilometri.
ƏMTQ sənədinin layihə variantı barədə fikir və rəyləriniz bizim üçün əhəmiyyətlidir. Qeydlərinizi və rəylərinizi:
- doldurulmuş rəy formaları ilə birlikdə elektron məktubla [email protected] ünvanına və ya- doldurulmuş rəy formaları ilə birlikdə poçt ilə AZ1010, Neftçilər prospekti 153, Port Baku, bp Xəzər Mərkəzinə göndərə və yaxud- doldurulmuş rəy formalarını yuxarıda sadalanan ictimai yerlərdən istənilən birinə təqdim edə bilərsiniz.
ƏMTQ sənədinin açıqlanma müddəti 26 yanvar 2026-cı il tarixinədəkdir.
ƏMTQ sənədinin layihə variantı barədə fikir və rəylərinizi gözləyirik.

Azərbaycan dilində: https://www.bp.com/az_az/azerbaijan/home/news/hesabatlar/Etraf-muhit-ve-sosial-tesirlerin-qiymetlendirilmesi-hesabatlari/Asrafi-Dan-ulduzu-Aypara.html




İngilis dilində: https://www.bp.com/en_az/azerbaijan/home/news/reports/environmental-and-social-documentation/Ashrafi-Dan-Ulduzu-Aypara.html



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan yeni dünya nizamına nüfuzlu aktor kimi daxil olur

08:05
17 Fevral

Münxendə Orta dəhlizin gələcək perspektivləri geniş müzakirə mövzusu oldu

08:00
17 Fevral

Azercell abunəçilərinin nəzərinə

02:46
17 Fevral

Azərbaycan səfiri etimadnaməsini İƏT Baş katibinə təqdim edib

22:32
16 Fevral

BƏƏ şirkət rəhbəri: Ümid edirəm ki, Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulları idxal edə biləcəyik

20:39
16 Fevral

Britaniyada kiçik qayıqla ölkəyə gələn miqrantlara 210 min funt kompensasiya ödənilib  

20:01
16 Fevral

Ötən ay ərzində 31 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb  

19:53
16 Fevral

Azərbaycandan polietilen ixracı 1,5 dəfə artıb  

19:46
16 Fevral

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib  

19:33
16 Fevral

İrəvan Qazılığının tarixi ilə bağlı kitab çap olunacaq

19:26
16 Fevral

Ramin Məmmədov: Dövlət Komitəsinin 2026-cı il prioritetləri sırasında rəqəmsal transformasiya və süni intellekt həlləri yer alır  

19:02
16 Fevral

Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib  

18:58
16 Fevral

Rəsədxana: Sabah Günəş tutulması baş verəcək

18:57
16 Fevral

Yanvarda ixrac edilən xam neft və neft məhsullarının həcmi 2 milyon tonu ötüb

18:34
16 Fevral

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib  

18:11
16 Fevral

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb  

18:03
16 Fevral

Ermənişünas-alim: Konstitusiya dəyişikliyi Ermənistan üçün əsas imtahandır  

17:56
16 Fevral

Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər  

17:43
16 Fevral

Mərkəzi Asiya ölkələri Astanada Əfqanıstanla qarşılıqlı fəaliyyəti müzakirə ediblər  

17:33
16 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:23
16 Fevral

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!