02 Noyabr 2023 14:21
363
DÜNYA
A- A+
Böyük Partlayışın qalıqları Yerin dərin qatlarında qalıb  

Böyük Partlayışın qalıqları Yerin dərin qatlarında qalıb  

 

Seysmoloqlar 1970-ci illərdə aşkar ediblər ki, iki sirli qitə böyüklüyündə kürələr Yer mantiyasının ən dərin hissəsində - biri Afrikanın, digəri isə Cənubi Sakit okean regionunun altında yerləşib. Tədqiqatçılar çərşənbə günü bildiriblər ki, onları əhatə edən materialdan daha sıx olan bu kürələr planetimizin tarixinin əvvəllərində - ilkin Yer ilə Mars ölçülü iki obyektin toqquşmasının qalıqları ola bilər.

AZƏRTAC “Nature” jurnalına istinadla xəbər verir ki, son araşdırmaların 4,46 milyard ildən çox əvvəl meydana gəldiyini müəyyən edən Böyük Partlayış adlanan bu nəhəng zərbə ərimiş qayaları kosmosa fırladıb. Lakin Teya (Böyük toqquşma nəticəsində məhv olan nəzəri planet) parçaları planetimizin dəmir və nikeldən ibarət dəhşətli dərəcədə isti sferik nüvəsinin bir qədər yuxarısında bir yerlərə bataraq Yerin daxilində qalmış ola bilər.

Tədqiqatçılar təsir hadisəsini ehtimal ki, Teyanın bir parçası olan materialın geofiziki xüsusiyyətlərini və Yer mantiyasının təkamülünü - planetimizin daxili quruluşunu təşkil edən ən geniş təbəqəni - təxminən 2,900 kilometr qalınlığında tədqiq edən kompüter simulyasiyalarını həyata keçiriblər. Onlar bu simulyasiyalara əsaslanaraq təklif ediblər ki, Teyanın böyük hissəsi Yerə hopub, ləpələr əmələ gətirib, onun qalığı isə Ayı formalaşdırıb.

Tədqiqatın müəllifi, geofizik Qian Yuan bununla bağlı deyib: "Bu ləpələrin dibi planetimizin səthindən 2900 kilometr aşağıdadır. İki ləpə Yer kürəsinin kütləsinin təxminən 2 faizini təşkil edir. Onlar seysmoloqlar tərəfindən aşkar edilib, çünki seysmik dalğalar ətrafdakı mantiya ilə müqayisədə bu iki regionda daha yavaş yayılır”.

Tədqiqatın nəticələri təsdiq olunarsa, bu kürələr Yerini təbii peyki olan Ayı əmələ gətirən toqquşmaya dair sübutlar təqdim edəcək. Çin Elmlər Akademiyasının Şanxay Astronomiya Rəsədxanasından planetşünas alim və tədqiqatın həmmüəllifi Honqpinq Denq bildirib: "Bu inanılmaz kəşfdir, çünki Yer mantiyasını kifayət qədər dərin qazsaq, başqa planetin - Teyanın qalıqlarını aşkar edə bilərik. Kürələrin artan sıxlığının onların yüksək səviyyəli dəmirdən qaynaqlandığı güman edilir, onlar Ayda olan qayalar kimi, Teyanın eyni materialından əmələ gəlib. Toqquşmadan sonra bu təsiredici materiallar nüvə-mantiya sərhədinə düşəcək, çünki onlar çox güman ki, daha yüksək sıxlığa malikdirlər”.

Yerin ətrafında təxminən 385.000 kilometr məsafədə fırlanan Ayın diametri təxminən 3.475 kilometrdir və bu, planetimizin diametrinin dörddəbirindən bir qədər çoxdur. Alimlər bildirirlər ki, Yer səthinə çatan bəzi vulkanik süxurlar yoxa çıxmış planetin nümunələrini təqdim edə bilər. Eyni zamanda, onlar Ay mantiyasının süxurlarına bənzəyir və gələcək Ay missiyalarında sınaqdan keçirilə bilər.

Yeni tədqiqat fərz edilən nəhəng toqquşma haqqında daha geniş anlayış əldə etməyə, Yerin, habelə Günəş sistemimizdə və ondan kənarda olan digər qayalı planetlərin təkamülü ilə bağlı bilikləri artırmağa kömək edə bilər.

Geofizik Qian Yuan qeyd edib: "Yer hələ də yaşamaq üçün təsdiqlənmiş yeganə planetdir və biz bunun səbəbini bilmirik. Bu toqquşma, çox güman ki, Yerin təkamülünün ilkin şərtlərini müəyyənləşdirib. Onun nəticələrini öyrənmək bizə Yerin digər qayalı planetlərdən nə ilə fərqli olduğunu anlamağa kömək edə bilər."

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Robot rahib təqdim olunub

18:53
08 May

Cənub-Şərqi Asiya üçün 70 milyard dollarlıq yeni inkişaf planı

18:51
08 May

ABŞ texnologiya sektorunda yeni mərhələ

18:45
08 May

McDonald’s Çində fəaliyyətini genişləndirir

18:34
08 May

 Ekransız “Fitbit Air” cihazı təqdim edilib

18:29
08 May

Trampdan Avropa İttifaqına ticarət ultimatumu

18:19
08 May

2100-cü ilə qədər on minlərlə bitki növü yox ola bilər  

18:15
08 May

Yaponiya milli kəşfiyyatı mərkəzləşdirir

18:07
08 May

Yuxu və yemək arasında gizli əlaqə aşkarlandı

17:59
08 May

İsveçdə uşaq cinayətkarlığına qarşı elektron nəzarət   

17:51
08 May

ABŞ-də alimentlə bağlı yeni qayda

17:46
08 May

 Sahibkarlığın inkişafına dəstək 

17:40
08 May

Rusiya 9 may paradı üçün xarici jurnalistlərin akkreditasiyalarını ləğv edib

17:39
08 May

Türkiyə Prezidenti: “SAHA Expo 2026”-da 8 milyard dollarlıq ticarət həcminə nail olunub  

17:33
08 May

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

17:22
08 May

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob 

17:03
08 May

Myanmada 2,2 kiloqram ağırlığında yaqut tapılıb

16:53
08 May

“Qarabağ”ın futbolçusuna 8, məşqçisinə 6 oyunluq cəza verilib

16:41
08 May

Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələr investorlar üçün əlverişli biznes mühiti formalaşdırır  

16:38
08 May

Şabranda vətəndaşların müraciətləri dinlənilib

16:27
08 May

BƏƏ Müdafiə Nazirliyi: İranın raket və dron hücumları nəticəsində üç nəfər yaralanıb

16:26
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!