10 May 2025 08:50
1097
SİYASƏT
A- A+
Böyük Azərbaycanlı

Böyük Azərbaycanlı


Dahi rəhbər, fenomen şəxsiyyət Heydər Əliyevin zaman keçdikcə böyüklüyünü, Azərbaycanın intibahı, xalqımızın xoş gələcəyi üçün əvəzsiz zəhmətini daha çox hiss edirik. İllər, qərinələr, əsrlər keçəcək Azərbaycan xalqı Ümummilli Liderin bizlərə qoyduğu müqəddəs miras, zəngin irs müstəqil dövlətimizin, xalqımızın haqq yoluna nur saçacaq. Xalqımız dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Lider, Böyük Azərbaycanlı Heydər Əliyevlə qürur duyur. Nə qədər ki Azərbaycan var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq. Dahi şəxsiyyətin özünün də qeyd etdiyi kimi, "Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!"

Milli şüurun oyanışı, müstəqil dövlətimizin ən yeni tarixi məhz XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycan tarixində silinməz iz qoymuş dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər Heydər Əliyevin zəngin siyasi fəaliyyəti ölkəmizin hərtərəfli inkişafı prosesinə təkan verərək, onu daimi yüksəliş yoluna çıxarıb. Şəxsiyyətindəki qətiyyət, uzaqgörənlik, əsl vətənpərvər mövqeyi hər zaman Ulu Öndəri Azərbaycanın, xalqımızın sabahını, dövlətimizin gələcəyini düşündürürdü. Ümummilli Lider Heydər Əliyev müdrik və uzaqgörən idarəçiliyi, bir çox nadir keyfiyyətləri sayəsində tarixi hadisələrin gedişini irəlicədən müəyyən edib. Dahi rəhbərin xalqımızın parlaq sabahı üçün qəbul etdiyi qərarlar, milli ideologiyanın xalqın birliyinə verdiyi təkan Azərbaycanın müstəqil, güclü və modern bir dövlətə çevrilməsində əsas rol oynamışdır. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, liderlik bacarığı və xalqına bağlılığı müasir Azərbaycan dövlətçiliyinin əsasını təşkil edib.

Fəaliyyətinin amalı, qayəsi doğma Azərbaycanın parlaq gələcəyi olan Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründə sovet dövrünün bütün ideoloji-siyasi maneələrinə sinə gərərək, ictimai şüurlardakı qorxunu aradan qaldıraraq müasir tariximizin ən şanlı və parlaq salnaməsini yazıb. Dahi şəxsiyyət müdrik, uzaqgörən fəaliyyəti ilə inqilabi dəyişiklik yaradaraq ölkəmizin çoxəsrlik dövlətçilik tarixində milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrünün bünövrəsini qoyub.

Ulu Öndər Heydər Əliyevin tarixin çətin, mürəkkəb və böhranlı siyasi-iqtisadi dövrlərində milli təəssübkeşlikdən çıxış etməsi, problemlərin həlli üçün əsl vətəndaşlıq nümunəsi göstərməsi dahi şəxsiyyəti xalqın Ümummilli Liderinə çevirib. Heydər Əliyevin 1969-cu ilin yayından Azərbaycana rəhbərlik etməyə başladığı elə ilk günlərdən respublikanın inkişaf prosesləri başlayıb. Ulu Öndər Heydər Əliyevin yenilikçi təşəbbüsləri ilə həyata keçirilən genişmiqyaslı islahatlar yeni iqtisadi potensialın formalaşdırılmasına, o cümlədən sosial-mədəni həyatın canlandırılmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə təkan verib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin müdrik qərarları o dövrdə ölkənin ictimai-siyasi və iqtisadi həyatında dönüş yaratdı. Fenomen şəxsiyyətin dahi idarəçiliyi sayəsində sənaye, kənd təsərrüfatı, təhsil və səhiyyə sahələrində irəliləyiş əldə edildi, Azərbaycan SSR keçmiş ittifaq miqyasında qabaqcıl respublikalardan birinə çevrildi. 

O dövrdə ermənilərin Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin Ermənistana birləşdirilməsi ilə bağlı niyyətləri məhz türk dünyasının böyük oğlu Heydər Əliyevin qətiyyəti, vətənpərvərliyi nəticəsində həyata keçməyib. Hələ Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Ulu Öndər Ermənistanın bütün iddalarının qarşısına sədd çəkib. Tarixdə adı dövlətçiliyimizlə qoşa çəkilən Ulu Öndər Heydər Əliyevin iti zəkası, fədakar əməyi, böyük zəhməti ermənilərin çirkin iddialarının baş qaldırmasına imkan verməyib.

"Mənim həyatımda çox şey olubdur. Ancaq mühüm olanı odur ki, mən bütün bu sınaqlardan, bütün bu çətinliklərdən keçmişəm və yaşayıram. Yəqin ki, hələ çox illər yaşayacağam. Belə taleyi olan insan indi çətin ki, tapılsın. Çünki mən 14 il burada işləmişəm, respublikaya rəhbərlik etmişəm, sonra 5 il Moskvada Siyasi Büronun üzvü, Sovetlər İttifaqı kimi fövqəldövlətin Nazirlər Soveti sədrinin birinci müavini işləmişəm. Sonra isə təqib dövrü olmuş və o, təxminən üç il davam etmişdir. Sürgün dövrü də olmuşdur - mən məcbur olub Moskvadan Bakıya gələndə mənə burada yaşamağa imkan vermədilər. Mən Vətənimə - doğulduğum, hazırda blokada vəziyyətində olan Naxçıvana getdim. Orada üç il yaşadım. Ondan sonra artıq 8 ildir Bakıda yaşayır və vaxtilə tikdiyim həmin bu binada işləyirəm. İnsanların taleyi müxtəlifdir. Kimsə öz taleyindən razı olur, kimsə narazıdır. Bütün bu çətinliklərə baxmayaraq, mən öz taleyimdən çox razıyam. Çünki qısa ömür, qısa tale o qədər də maraqlı deyildir. Amma insan cürbəcür hadisələrlə qarşılaşanda, hər cür sınaqlardan çıxanda, yəqin ki, həm də daha çox təcrübə toplayır, daha da mətinləşir və bu mənada mən öz taleyimdən çox razıyam. Sabah nə olacağını bilmirəm, amma onu bilirəm ki, bundan sonra daha yaxşı olacaqdır." Dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev 2001-ci il 14 iyulda xarici ölkələrin media rəhbərləri ilə görüşü zamanı söylədiyi bu fikirlər dahi şəxsiyyətin müstəqil Azərbaycan dövlətinin qurulmasında çəkdiyi əvəzsiz zəhmətini göz önünə sərir.

Qədirbilən xalqımız yaxşı bilir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda siyasi böhran ən yüksək həddə çatdığı bir vaxtda ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş cəhdlərin qarşısını almağı bacaran yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyev olub. O illər Heydər Əliyevin Vətən naminə mübarizə yolu xüsusi əhəmiyyətə malikdir. Həmin dövr Azərbaycanın tarixində "olum, ya ölüm" mübarizəsi dövrü idi. Moskvanın idarə etdiyi xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan Azərbaycan Xalq Cəbhəsinin başçıları məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi. Bununla Heydər Əliyevin başçılığı ilə Azərbaycan xalqının qurtuluş mübarizəsi başlandı. Dahi şəxsiyyətin siyasi uzaqgörənliyi, liderlik bacarığı və xalqına bağlılığı ağır sınaqlarla üz-üzə qalan Azərbaycanı çətin anlardan alnıaçıq çıxardı.

Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi isə Azərbaycanın müstəqillik yolunun əsasını yaratdı. 1991-ci il sentyabrın 3-ü Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə, eyni zamanda təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü oldu.

Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev Qanlı 20 Yanvar qətliamından sonra Moskvadan Bakıya qayıtdı. Təəssüflər olsun ki, həmin dövrdə doğma Vətəndə dahi şəxsiyyətə qarşı törədilən ciddi maneələrdən sonra Ümummilli Lider Naxçıvana üz tutdu. Ulu Öndər 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi və 1993-cü ilədək bu vəzifədə çalışdı. Bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Sovetində təmsil olunan xalqın ağsaqqalı və dahi şəxsiyyəti Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, mərkəzi qanunvericilik hakimiyyəti qarşısında milli rəmzlərimizin qəbul edilməsi üçün vəsatət qaldırıldı. 1991-ci ildə SSRİ-də yaranan vəziyyəti düzgün qiymətləndirməyən respublika rəhbərliyi bu məsələlərdə ciddi müqavimət göstərsə də, sonradan reallığı qəbul etməyə məcbur qaldı. Son nəticədə 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası baş tutdu.

Dahi rəhbərin siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan dövlət müstəqilliyinin bütün Azərbaycan üçün aparıcı ideologiyaya çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb oldu. Həmin vaxtlar Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən sessiyalarında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanırdı. Ulu Öndərin təklifi ilə "sovet sosialist" sözlərinin muxtar respublikanın adından çıxarılması, ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul edilməsi, Azərbaycan dövlətinin bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etməsi üçün Ali Sovetin qarşısında vəsatət qaldırılması müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.

Ömrünün hər anı ilə siyasi təqvimimizdə özünəməxsus yeri olan dahi şəxsiyyətin təkidi və iradəsi ilə 1991-ci ildə Naxçıvan Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda iştirak etmədi. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən "31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında" Qərarın qəbul edilməsi dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi.

1992-ci il noyabrın 21-də isə respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə bu günün hakim partiyası - Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Böyük şəxsiyyət Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə olan inam və etimad elə ilk gündən xalqda Yeni Azərbaycan Partiyasına inamı formalaşdırdı. Həmin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə Azərbaycanın bütün şəhər və rayonlarında Ulu Öndərin xeyir-duası ilə yaradılan partiyanın təşkilatlanması prosesi başladı. Dövrün təzyiqlərinə və qadağalarına baxmayaraq, Ulu Öndər Heydər Əliyevin ənənələrinə sadiq soydaşlarımız qadağaları, çətinlikləri göz önünə alaraq partiya sıralarına daxil oldular. Hər kəsi yalnız bir məqsəd düşündürürdü: Azərbaycanın müstəqilliyini qorumaq və xalqı gözləyən təhlükələrdən, fəlakətlərdən xilas etmək. Ulu Öndər Heydər Əliyev partiyanın yarandığı ilk illərdə siyasi təşkilatın uğurlu gələcəyinə, xalqımızın mənafeyini təcəssüm etdirməsinə inamını belə ifadə edirdi: "Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır".

Ölkəmizin milli tərəqqinin yeni mərhələsinə qədəm qoyduğu bir vaxtda Yeni Azərbaycan Partiyası üzərinə düşən vəzifələri, yeni çağırışları layiqincə yerinə yetirdi. Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verən hakim partiya daim siyasi proseslərin önündə oldu, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirdi.

Dahi rəhbərin xeyir-duası ilə yaradılan Yeni Azərbaycan Partiyası fəaliyyəti dövründə ölkəmizi zirvələrə, parlaq gələcəyə daşımağa qadir olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını fəaliyyəti ilə təsdiq etdi, dünənin, bu günün və gələcəyin partiyasına çevrildi.

1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə böyük qayıdışından sonra Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin fəlsəfəsini milli birlik, vətəndaş həmrəyliyi prinsipi təşkil etdi. Dövlətlərarası münasibətlərə xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail oldu. Həmin dövrdə Heydər Əliyev beynəlxalq təşkilatların tribunalarından çox bacarıqla istifadə edərək, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünyaya çatdırmağa nail oldu. Müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyev ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alaraq dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verdi. Ulu Öndər eyni zamanda müstəqilliyin ilk illərində bəzi yaxın və uzaq ölkələrlə pozulmuş əlaqə və münasibətlərin yenidən qurulmasına çox böyük önəm verirdi.

Ulu Öndərin ömür yolunun hər qarışı, hər çığırı Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazıldı. Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, bu gün müstəqil, qüdrətli, sürətlə və davamlı inkişaf edən, tərəqqi yolunda inamla irəliləyən, şanlı zəfərlər qazanan Azərbaycan dövləti bəlkə də olmazdı. 

Praqmatik siyasəti, misilsiz xidmətləri sayəsində tarixin müxtəlif dövrlərində Azərbaycanı çox çətin sınaqlardan üzüağ çıxarmağı bacaran, beynəlxalq aləmdə, dövlətlərarası münasibətlərdə mövqeyini qoruyub möhkəmləndirən Ulu Öndər Heydər Əliyevin ölkəmizin parlaq gələcəyinə hesablanmış siyasəti dahi şəxsiyyətin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir dövrünü yaşayır. Məhz Ümummilli Lider Heydər Əliyevin arzularını həyata keçirən, ideyalarının gerçəkləşməsini layiqincə təmin edən Prezident cənab İlham Əliyevin düşünülmüş siyasəti sayəsində üçrəngli bayrağımız 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda, işğaldan azad edilmiş torpaqlarda qürurla dalğalandırıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Tarixi Qələbə regionda yeni reallıqlar yaratdı. Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasəti Azərbaycanı əməkdaşlıq və dialoq məkanına, dünyaya sülh çağırışı edən bir ölkəyə çevirdi. Ulu Öndərimizin siyasi varisi Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin qalibi Azərbaycan bundan sonra da böyük inkişaf yolu keçəcək, ölkəmizin daha da qüdrətlənməsini təmin edəcək. 

Bəli, bu gün Ulu Öndərin ruhu şaddır. Dahi rəhbərin çanından artıq sevdiyi Azərbaycan layiqli varisinin yürütdüyü siyasət sayəsində hər gün böyük zirvələrə doğru irəliləyəyir, qüdrətini durmadan daha da artırır. Ulu Öndərin şah əsəri - Azərbaycan dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət, sabitlik adası kimi tanınır. Hər keçən gün, Azərbaycan dövlətinin yüksəlişi, inkişafı bunu tam təsdiq edir.


Bayram ASLANOV,

YAP İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında

01:11
23 May

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

01:10
23 May

T.T.Məcidovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

01:09
23 May

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:09
23 May

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:07
23 May

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş "ASAN ödəniş" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:07
23 May

"Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:06
23 May

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:05
23 May

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Dərman vasitələri haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:04
23 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edilməsi haqqında

01:03
23 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə və 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

01:02
23 May

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 18 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı 

01:01
23 May

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:00
23 May

Psixologiya Elmi-Tədqiqat İnstitutu Elm və Təhsil Nazirliyinin rəsmi icazəsi ilə 2025-2026-cı tədris ili üçün Psixologiya ixtisası üzrə yenidənhazırlanma təhsilinə sənəd qəbulunu elan edir

00:59
23 May

PUA Akademiyasının buraxılış mərasimi keçirilib

23:31
22 May

Keçmiş münaqişə dövründə Ermənistanın Azərbaycanın suveren ərazilərinə hərbi müdaxilə etmə öhdəliyi götürmək barədə imzaladığı məxfi sənədlə bağlı material məhkəmədə tədqiq olunub  

21:28
22 May

Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanır

21:00
22 May

Məşğulluq Strategiyasının icrası ilə bağlı monitorinqin nəticələri müzakirə edilib  

19:57
22 May

Məhkəmədə Şuşanın Ermənistan tərəfindən işğalı zamanı Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub

19:36
22 May

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

18:55
22 May

Azərbaycan İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi edəcək  

18:54
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!