15 May 2024 20:48
399
SİYASƏT
A- A+

Bolqarıstan mətbuatı: İşğal nəticəsində Azərbaycana 50 milyard dollardan çox ziyan vurulub  

 

Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı qaldırdığı iddiaların hüquqi əsasları Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Ölkəmizin Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məlumatlarda Azərbaycanın BMT-nin irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulduğu ciddi şəkildə əsaslandırılır. Ermənistanın 30 illik hərbi işğalı zamanı bütün mülki binaların, xəstəxanaların, məktəblərin, mədəniyyət və tarixi abidələrin, dini abidə və qəbiristanlıqların tamamilə dağıdıldığı və Azərbaycana 50 milyard ABŞ dollarından artıq ziyan vurulduğu oxucuların diqqətinə çatdırılıb.

Bolqarıstan mətbuatında, həmçinin Ermənistan tərəfindən işğal altında olmuş torpaqlarda Azərbaycan toponim adlarının dəyişdirilməsi yolu ilə onların etnik mənsubiyyətinə dair izlərin məhvi siyasətinin həyata keçirildiyi qeyd olunub.

Eyni zamanda, işğal dövründə Ermənistanın Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni istismar etdiyi və ətraf mühitə ciddi ziyan vurduğu diqqətə çatdırılır. Bundan əlavə Ermənistanın azərbaycanlılara qarşı irqçi təbliğat apararaq etnik ədavəti alovlandırması və təhsil müəssisələrində, habelə ictimai və sosial mediada anti-Azərbaycan nifaq ritorikasını təşviq etdiyi vurğulanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video