Bakıda BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair yeni Çərçivə Sənədinin (2026-2030-cu illər) hazırlanması ilə bağlı Strateji Prioritetləşdirmə Seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək ölkəmizin BMT ilə sıx əməkdaşlıq etdiyini, qlobal təşəbbüslərə fəal dəstək verdiyini vurğulayıb. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bu münasibətlərin yeni səviyyəyə yüksəldiyi qeyd edilib. Ölkəmiz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) qəbul edərək, 50-dən çox dövlət proqramı və strategiyanı DİM-lərə uyğunlaşdırıb, Azərbaycan BMT-nin Yüksək Səviyyəli Forumuna artıq 4-cü Könüllü Milli Hesabatını təqdim edib.
Bu il icrası başa çatacaq 2021-2025-ci illər üçün Çərçivə Sənədi inklüziv artım, güclü institutlar, ətraf mühitin qorunması və gender bərabərliyi kimi 4 əsas prioriteti əhatə edir. Bu istiqamətlərdə BMT ilə birlikdə çoxsaylı layihələr icra olunub. Yeni Çərçivə Sənədinin COP29 zamanı elan edilən iqlim təşəbbüslərinin həyata keçirilməsi, işğaldan azad olunmuş ərazilərin reinteqrasiyası üçün dayanıqlı inkişaf layihələri, 18-ci DİM-in sənədə daxil edilməsi və mina təhlükəsizliyi, iqtisadi diversifikasiya, ixracın artırılması, innovasiya təşəbbüsləri, dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətlərini əhatə etməsi təklif olunub.
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edərək Azərbaycanın BMT ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Ölkəmizin yeni Çərçivə Sənədinin uğurla həyata keçirilməsi üçün əməkdaşlığa hazır olduğu qeyd edilib. Azərbaycanın dünyada mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdən olduğu nəzərə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz həyat üçün 18-ci Dayanıqlı İnkişaf Məqsədinin təşəbbüs kimi irəli sürülməsinin əhəmiyyəti vurğulanıb.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva bildirib ki, BMT Azərbaycanın dayanıqlı inkişaf üçün həyata keçirdiyi layihələri dəstəkləyir. Yeni Çərçivə Sənədinin strateji istiqamətləri BMT-nin prioritetləri, o cümlədən Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə töhfələri, həmçinin minatəmizləmə ilə bağlı 18-ci DİM-ə nail olunması pioritetləri ilə uzlaşır.
Seminar çərçivəsində 2030-cu ilə doğru: Növbəti 5 il üçün Azərbaycanın Dayanıqlı İnkişaf Prioritetləri, COP29 Prezidentliyi tərəfindən irəli sürülmüş təşəbbüslərə və BMT-nin Ümumi Ölkə Təhlilindən irəli gələn əsas çağırışlara dair təqdimatlar edilib.
Seminar öz işini qrup təqdimatlar və plenar müzakirələrlə davam etdirib.
Kir Starmer: Trampın Ukraynada sülhə sadiqliyi səmimidir
Ərdoğan: Türkiyə olmasa, Avropa qlobal oyunçu rolunu oynamaqda çətinlik çəkəcək
Azərbaycan dinlərarası münasibətlərə töhfə verən bir sıra təşəbbüslərlə çıxış edir
Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb
Milli Məclisdə enerji səmərəliliyinə həsr olunmuş ictimai müzakirə keçirilib
Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir
Azərbaycan nümayəndə heyəti Buxarestdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
Nazir Emin Əmrullayev Türkiyənin bir neçə ali təhsil müəssisəsində olub
Daha yeddi qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub
Ankarada sərnişin avtobusu beton səddə çırpılıb, 16 nəfər xəsarət alıb
Yol polisindən xəbərdarlıq: Dumanlı hava yolda təhlükə yarada bilər
İxrac boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı iclas keçirilib
Azərbaycan Premyer Liqasında XXV tura start verilib
GUAM-a sədrlik Gürcüstana keçib
Avstriyada yeni hökumətin andiçmə mərasimi keçirilib
Parlamentin İnsan hüquqları komitəsində ombudsmanın illik məruzəsi dinlənilib
Yeni marşrut Qazaxıstan vasitəsilə Çinlə Avropanı birləşdirib
Trans-Xəzər marşrutu üzrə Beynəlxalq Assosiasiyanın Hüquqi Şəxslər Birliyinin işçi qrupunun iclası keçirilib
AHİK-də “Caspian Energy Club”un nümayəndələri ilə görüş olub
Rəsədxana: Növbəti günlərdə zəif geomaqnit qasırğası gözlənilir
Komitə sədri: Azərbaycan enerji effektivliyi sahəsində irəliləyiş qazanmaq üçün böyük potensiala malikdir
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 24 Fevral 2025
Suverenliyimiz tam, ərazimiz bütöv, inkişafımız dinamikdir23 Fevral 2025
DƏYİŞƏN REALLIQLAR, DƏYİŞMƏZ MARAQLAR22 Fevral 2025
Şərəfli missiya21 Fevral 2025
Prezidentin növbəti Qarabağ səfəri20 Fevral 2025
Təxribatların himayədarı - USAID20 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!