10 İyun 2025 14:08
403
DÜNYA
A- A+
BMT: Sosial və iqtisadi maneələr qlobal əhali artımına mənfi təsir edir  

BMT: Sosial və iqtisadi maneələr qlobal əhali artımına mənfi təsir edir  


BMT-nin yeni hesabatında deyilir ki, qlobal əhali artımının azalması gənclərin valideynlikdən üz döndərmələri ilə bağlı deyil. Bu, onların övlad sahibi olmasına mane olan sosial və iqtisadi təzyiqlərlə əlaqədardır.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, BMT-nin Əhali Fondu (UNFPA) iyunun 10-da “Dünya əhalisinin vəziyyəti” adlı hesabatını açıqlayıb və xəbərdarlıq edib ki, artan yaşayış xərcləri, davamlı gender bərabərsizliyi və gələcəklə bağlı dərinləşən qeyri-müəyyənlik səbəbindən xeyli sayda insan ailə qurmaq imkanından məhrum edilir.

Hesabatda yer alan “Həqiqi əhali artımı böhranı” başlıqlı fəsildə bildirilir ki, dəyişən dünyada reproduktiv kontekstdə həqiqətən də təhlükə altında olan amil insanların nə vaxt uşaq sahibi olub-olmayacağını sərbəst seçmək qabiliyyətidir.

Təşkilatın hesabatı dünya əhalisinin 37 faizini təmsil edən 14 ölkəni əhatə edən son sorğuya əsaslanır. Diqqətə çatdırılır ki, iqtisadi maneələr bu məsələdə əsas amildir; respondentlərin 39 faizi daha az uşaq sahibi olmağın əsas səbəbi kimi maliyyə məhdudiyyətlərini göstərib.

Respondentlərin müvafiq olaraq 19 və 21 faizi gələcək üçün qorxular sırasında iqlim dəyişikliyi, müharibələr və iş yerinin olmaması faktorlarını göstərib. Qadınların 13 faizi və kişilərin 8 faizi ev əməyinin qeyri-bərabər bölgüsünü də əsas amil kimi göstərib. Sorğu, həmçinin müəyyən edib ki, hər üç yetkin qadından biri gözlənilmədən hamiləlik keçirib, hər dörd nəfərdən biri öz istədiyi vaxtda uşaq sahibi ola bilməyib və hər beş nəfərdən biri istəmədiyi halda uşaq sahibi olmaq üçün təzyiqə məruz qalıb.

Hesabat müəllifləri çox vaxt səmərəsiz olan və insan hüquqlarını pozma riski ehtiva edən uşaq bonusları və ya reproduktiv hədəflər kimi doğum nisbətlərinin azalmasına qarşı bəsit və məcburi reaksiyalara qarşı xəbərdarlıq ediblər. Əvəzində, onlar hökumətləri əhali tərəfindən müəyyən edilmiş valideynlik qarşısındakı maneələri aradan qaldırmaqla seçimlərini genişləndirməyə çağırıblar. Tövsiyə edilən tədbirlərə mənzil tikintisinə sərmayə qoyuluşu, layiqli iş, ödənişli valideyn məzuniyyəti və hərtərəfli reproduktiv sağlamlıq xidmətlərinə çıxış yolu ilə valideynlik hüququnu daha əlverişli etmək daxildir.

UNFPA hökumətləri immiqrasiya yolu ilə iş qüvvəsi çatışmazlığını həll etmək və reproduktivliyin azalması fonunda iqtisadi artımı qorumaq üçün əsas strategiya müəyyənləşdirməyə təşviq edir.

Hesabatın gender bərabərsizliyi ilə bağlı hissəsində qadın məşğulluğu ilə bağlı daha təsirli tədbirlər görülməsi, zəif cinsin nümayəndələrinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üzrə strategiyaların hazırlanması tövsiyə edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!