03 Mart 2022 00:30
1784
SİYASƏT
A- A+
BMT-nin nüfuzlu üzvü

BMT-nin nüfuzlu üzvü

 

30 il əvvəl bu təşkilatın sıralarına qoşulan Azərbaycan artıq qlobal proseslərdə söz sahibi olan dövlətlərdəndir

 

1992-ci ilin mart ayında dünyanın ən mötəbər təşkilatına tamhüquqlu üzv qəbul olunmaqla Azərbaycan, ilk növbədə beynəlxalq səviyyədə özünün maraq və mənafelərini təmin etmək üçün əlverişli tribuna qazandı. Eyni zamanda BMT üzvlüyü Azərbaycana bərabərhüquqlu beynəlxalq ictimaiyyətə qovuşmaq və qlobal sülh və inkişafa töhfə vermək imkanları açdı.

Heydər Əliyev BMT vasitəsilə Azərbaycanın haqq səsini dünyaya bəyan etdi

 

Respublikamızla BMT arasında əlaqələrin inkişafı, xüsusən təşkilatın tribunasından daha səmərəli yararlanması Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrə təsadüf edir. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan BMT platformasından Ermənistan-Azərbaycan münaqişəsinə beynəlxalq ictimaiyyətin diqqətini daha çox cəlb etməyə başladı. Ulu Öndərin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycanla BMT arasında tərəfdaşlığın əsası qoyuldu.  Həmin vaxt Heydər Əliyev bu tribunadan Azərbaycanın haqq səsini dünyaya çatdırdı, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və onun ağır nəticələrini beynəlxalq aləmə bəyan etdi.

1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Assambleyasının xüsusi təntənəli iclasında iştirak edən Ulu Öndər bu qurumun yüksək kürsüsündən mövcud qlobal problemlərə dair Azərbaycanın prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırdı. Heydər Əliyev 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında da çıxış edərək qlobalizasiya mövzusuna toxunmuş, Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusilə qeyd etmişdi.

 

Müstəqil və qətiyyətli siyasətin təntənəsi

 

Prezident İlham Əliyev xarici siyasətdə BMT ilə əlaqələrə hər zaman xüsusi önəm verib. Azərbaycan-BMT əməkdaşlığının ən mühüm nümunələrindən biri respublikamızın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi idi. Bu hadisə Prezident İlham Əliyevin müstəqil və qətiyyətli siyasətinin təntənəsi oldu və respublikamızın beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsi üzrə siyasi proseslərdə çəkisini daha da artırdı. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə bəyanatında deyib: “Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.

BMT TŞ-yə üzvlüyü zamanı Azərbaycan həmişə beynəlxalq hüququ və ədaləti müdafiə edib. 2012-2013-cü illərdə rotasiya qaydasına əsasən, Azərbaycan TŞ-yə iki dəfə sədrlik edib. Birinci sədrlik dövründə 2012-ci ilin 4 may tarixində Prezident İlham Əliyevin sədrliyi ilə TŞ-yə Beynəlxalq sülh və təhlükəsizliyə terrorizmin açdığı hədələr mövzusu çərçivəsində “Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi” adlı yüksəksəviyyəli görüş keçirilib. İkinci sədrlik dövründə isə Azərbaycan ənənəvi olaraq sədr ölkə tərəfindən təşkil edilən yüksəksəviyyəli iclası “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusuna həsr edib. 28 oktyabr 2013-cü il tarixində təşkil edilən bu iclas ilk dəfə idi ki, belə bir mövzunu müzakirəyə çıxarmışdır.

Azərbaycan BMT TŞ-yə üzvlüyü və sədrliyi dövründə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, iki il ərzində dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirmişdi.

 

Azərbaycan BMT TŞ qətnamələrinin icrasını güc yolu ilə özü təmin etdi

 

Prezident İlham Əliyevin BMT tribunasından diqqət yetirdiyi əsas məsələ torpaqlarımızın işğaldan azad olunması idi. Hələ 2003-cü ilin sentyabrında cənab İlham Əliyev Baş nazir statusunda BMT Baş Assambleyasının sessiyasında iştirak etmiş, milli sosial-iqtisadi inkişaf, regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı fikirlərini açıqlamışdı. BMT Baş Assambleyasının 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdü.

2017-ci ildə Prezident İlham Əliyevin sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında etdiyi çıxış Azərbaycanın Ermənistana növbəti siyasi-diplomatik zərbəsi kimi tarixə düşdü. Bununla Ermənistanın beynəlxalq səviyyədə ifşası istiqamətində növbəti uğurlu addım atıldı.

2020-ci il sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş yüksəksəviyyəli iclasda Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını və  buna görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirmişdi: “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycan torpaqlarının işğaldan azad olunmasını nəzərdə tutan, Ermənistan qoşunlarının ərazilərimizdən çıxmasını tələb edən 4 qətnamə qəbul etmişdi. 1992-1995-ci illər ərzində BMT TŞ-nin sədrləri Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyən bəyanatlarla çıxış etmişlər.

Təəssüf ki, 27 il müddətində həmin qətnamələrin tələbləri yerinə yetirilmədi. Azərbaycanın ərazi bütövlüyü başda BMT olmaqla, üzvü olduğumuz bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən tanınsa da, bu illər ərzində onların böyük əksəriyyəti həqiqətləri deməkdən çəkindilər, Ermənistanın işğalçı siyasətinə son qoyulması üçün qətiyyət, dirəniş göstərmədilər. Baxmayaraq ki, beynəlxalq praktikada qətnamələrin tələblərini güc və təzyiq yolu ilə yerinə yetirməyə məcbur etməklə bağlı nümunələr mövcuddur.

İşğal siyasətindən əl çəkmək istəməyən, BMT qətnamələrinin tələblərinə əməl etməyən Ermənistan, nəhayət, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan tərəfindən layiqli şəkildə cəzalandırıldı. Bu müharibədə Azərbaycan güc yolu ilə qətnamələrin icrasını təmin etdi. 44 günlük müharibədə respublikamız həm də BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun davrandı.

 

Azərbaycan qlobal mübarizəyə layiqli töhfələr verir

 

Pandemiya ilə mübarizədə beynəlxalq həmrəyliyə böyük töhfələr verən respublikamız bu istiqamətdə BMT-nin də imkanlarının səfərbər edilməsinə nail olub.  COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi nəzərə alınaraq, Qoşulmama Hərəkatının Sədri qismində Prezident İlham Əliyevin təklifi əsasında BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə 3-4 dekabr 2020-ci ildə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19-a qarşı mübarizə mövzusuna həsr olunan 31-ci xüsusi sessiyası çağırılıb. Sessiyanın yüksəksəviyyəli seqmentində 70-dən çoxu dövlət və hökumət başçısı, 48-i isə nazir səviyyəsində olmaqla, ümumilikdə, 147 üzv dövlət  çıxış edib.

2021-ci ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının Sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinin insan hüquqlarından istifadəyə mənfi təsir göstərdiyinə diqqət çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır. Qətnaməyə ümumilikdə 137 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir.

2021-ci il dekabrın 16-da BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın plenar iclasında Qoşulmama Hərəkatının Sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin (179 dövlət) dəstəyi ilə qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti həmmüəllif qismində qoşulub. Qətnamənin qəbulu Azərbaycan Prezidentinin Sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal təşəbbüslərin mərkəzində olmağa davam etdiyinin daha bir göstəricisi oldu.

Azərbaycan bir sıra təşkilatların üzvü olmaqla onların işində yaxından iştirak edir. Belə təşkilatlardan biri olan BMT ilə səmərəli əməkdaşlıq respublikamızın beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynamaqla yanaşı, dünya miyqasında nüfuzunun möhkəmlənməsinə, imicinin yüksəlməsinə xidmət edir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!