27 Oktyabr 2026 15:52
180
DÜNYA
A- A+
BMT-dən iqlim xəbərdarlığı: 1,5 dərəcə hədəfi əlçatmaz ola bilər  

BMT-dən iqlim xəbərdarlığı: 1,5 dərəcə hədəfi əlçatmaz ola bilər  


BMT-nin iqlim hesabatına əsasən, dünya yaxın bir neçə il ərzində Paris İqlim Sazişində müəyyən edilmiş 1,5 dərəcə istiləşmə hədəfini aşacaq. Hesabatda qeyd olunur ki, hazırkı əsas vəzifə istiləşmənin bu “həddi aşma” dövrünü mümkün qədər məhdudlaşdırmaq, nəticə etibarilə qlobal orta temperaturu yenidən aşağı salmaqdır.

Əvvəlki hesabatlarda 1,5 dərəcə hədəfinə çatmaqla bağlı şübhələr ifadə olunsa da, bu dəfə müəlliflər ilk dəfə olaraq həmin hədəfin əldə edilməməsinin "qaçılmaz və labüd" olacağını bəyan ediblər.

Keçmiş hesabatlarda ölkələrin emissiyaların azaldılması ilə bağlı öhdəlikləri ilə qlobal istiləşməni sənayeləşmədən əvvəlki səviyyədən 1,5°C yuxarı hədlə məhdudlaşdırmaq üçün nələrin tələb olunduğu araşdırılmışdı. Builki hesabatda emissiyaların hədəf səviyyəsini aşdığı yeni ssenarilər araşdırılır, həmçinin emissiyaların azaldılması və karbonun atmosferdən çıxarılması texnologiyalarının tətbiqi vasitəsilə temperaturu yenidən 1,5°C-yə endirməzdən əvvəl onun artım zirvəsini 1,7–1,8°C ilə məhdudlaşdırmaq üçün nələrin tələb olunduğu təhlil edilir.

Hesabat aydın şəkildə göstərir ki, 1,5°C-dən yuxarı istiləşmə buz təbəqələri, daimi donmuş torpaqlardakı karbon, okean sirkulyasiyası və mərcan sistemləri kimi sahələrdə geridönməz dəyişikliklər riskini, eləcə də insanlar üçün dağıdıcı nəticələr ehtimalını artırır. BMT-nin Ətraf Mühit Proqramına (UNEP) əsasən, ən aşağı səviyyəli hədəf göstəricisini müvəqqəti keçmə ssenarisi qlobal istiləşmənin pik həddini 1,7-1,8°C arasında saxlayacaq və 2100-cü ilə qədər qlobal orta temperaturu 1,5°C səviyyəsinə və ya ondan aşağıya qaytaracaq. Bu da onu göstərir ki, istixana qazı emissiyalarının müzakirə olunan təkliflərdən qat-qat çox azaldılması tələb olunur. 2025-ci il səviyyələri ilə müqayisədə 2030-cu ilə qədər 18%, 2035-ci ilə qədər 45% və 2040-cı ilə qədər 69% azalma tələb olunur. 

Hesabatda qeyd olunur ki, qlobal temperatur artımının mümkün olan ən aşağı səviyyədə saxlanması ssenarisinə nail olmaq üçün 2035-ci ilə qədər bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı gücünün üç dəfə artırılması, həmçinin qalıq yanacaqların istifadəsinin kəskin şəkildə azaldılması , o cümlədən 2040-cı ilə qədər kömürdən tam imtina edilməsi lazımdır. Bundan əlavə, karbonun kənarlaşdırılması texnologiyalarının əhəmiyyətli dərəcədə genişləndirilməsi tələb olunacaq, lakin indiyədək bu texnologiyaların böyük miqyasda işlək olduğu sübuta yetirilməyib.

Bildirilib ki, mövcud emissiyaların azaldılması öhdəliklərinin yerinə yetirilməsi 2030-cu ilə qədər emissiyaların yalnız 5-8%, 2035-ci ilə qədər isə 11-15% azalması ilə nəticələnəcək. Bu, təxminən 2,6°C-lik pik istiləşməyə gətirib çıxaracaq. Əgər ölkələr mövcud siyasətlərini davam etdirsələr, qlobal istiləşmə təxminən 2,8°C-lik zirvəyə çata bilər. Bu proqnoz ötən illə müqayisədə artıb,  buna səbəblərdən biri ABŞ-nin Paris Sazişindən çıxması və emissiyaların azaldılması ilə bağlı öhdəliklərindən imtina etməsidir. Hətta "xalis sıfır" vədi verən dövlətlərin bu vədləri həyata keçirməyə nail olduğu ssenaridə belə qlobal istiləşmə 2,1°C səviyyəsinə çatır.

Hesabatda xəbərdarlıq edilir ki, təcili tədbirlər görülmədiyi təqdirdə 1,5°C həddinin aşılması ilə bağlı mümkün olan ən aşağı ssenari tezliklə əlçatmaz olacaq. Karbon qazı emissiyalarının mövcud səviyyədə davam etdiyi hər beş il qlobal istiləşmənin pik həddini təxminən 0,1°C daha da artırır. Qlobal istiləşmənin əlavə 0,1°C artması dünya ÜDM-ni daimi olaraq təxminən 1,2% (ildə 1,2 trilyon dollardan çox) azaldır, təxminən 140 milyon daha çox insanı həyatı üçün təhlükəli, son dərəcə isti iqlim şəraitinə sürükləyir.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müstəqil siyasət, qlobal nüfuz və sarsılmaz birlik

16:29
27 Oktyabr

Migel Anxel Moratinos: Müharibənin qarşısını almaq üçün sülh mədəniyyəti yaratmaq lazımdır

16:28
27 Oktyabr

NASA “Swift” kosmik teleskopunun missiyasını başa çatdırdı  

16:25
27 Oktyabr

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

16:23
27 Oktyabr

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz  

16:20
27 Oktyabr

ICESCO-nun siyahısına daxil edilən iki tarixi abidənin sertifikatları Azərbaycana təqdim olunub  

16:16
27 Oktyabr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb VİDEO

16:10
27 Oktyabr

BMT-dən iqlim xəbərdarlığı: 1,5 dərəcə hədəfi əlçatmaz ola bilər  

15:52
27 Oktyabr

Azərbaycanın iqtisadi potensialı Doha forumunda gündəmə gəldi

15:24
27 Oktyabr

Cənubi Afrikada 60 min illik oxra çöküntülərində antilop zülalları aşkarlanıb  

15:23
27 Oktyabr

Mədə xərçənginə qarşı mübarizədə erkən diaqnostika həyat xilas edir  

15:18
27 Oktyabr

Baş Prokurorluq və IACA arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb  

15:15
27 Oktyabr

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB

15:11
27 Oktyabr

Çin alimləri su qıtlığına qarşı yeni strategiya təklif ediblər

15:08
27 Oktyabr

Niderland şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi imkanları nəzərdən keçirilib  

15:07
27 Oktyabr

Azərbaycan BƏƏ-nin dövlət nazirinin BMT-nin Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayır  

15:02
27 Oktyabr

Rusiya Prezidenti Norveç və Finlandiya liderləri ilə Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə edib  

15:02
27 Oktyabr

İran Qətərlə siyasət, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığı müzakirə edib

14:59
27 Oktyabr

Mədəniyyətlərarası dialoqda yeni mərhələ: “Bakı Prosesi” çərçivəsində mühüm görüş YENİLƏNİB 

14:58
27 Oktyabr

ÜMT: Atmosferdəki karbon qazı və digər əsas istixana qazları rekord səviyyələrə çatıb  

14:56
27 Oktyabr

Milli Süni İntellekt Mərkəzi: Süni intellekt texniki problemlərin həllini asanlaşdırır

14:56
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!