09 İyul 2025 18:16
484
CƏMİYYƏT
A- A+
BMMT-yə üzv ölkələrin müvafiq qurumları arasında əlaqələrin perspektivləri müzakirə edilib  

BMMT-yə üzv ölkələrin müvafiq qurumları arasında əlaqələrin perspektivləri müzakirə edilib  

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 58-ci sessiyasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Misir Ərəb Respublikası Mülki Müdafiə Baş İdarəsinin baş direktoru Nazim Faruq Əbdülhəmid Məhəmməd Əbdülkərim, Tacikistan Respublikası Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin sədri Rəcəbəli Rəhmonəli, Qətər Dövləti Mülki Müdafiə Departamentinin baş direktoru Həməd Otman Aldeha və Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, qonaqları Bakıda salamlamaqdan məmnunluq ifadə edən K.Heydərov ölkəmizin təbii və texnogen fövqəladə hallarla mübarizə istiqamətində xarici tərəfdaşlarla əməkdaşlığın möhkəmləndirilməsində hər zaman maraqlı olduğunu xatırladıb. Bu mənada Azərbaycan Fövqəladə Hallar Nazirliyinin digər ölkələrin uyğun qurumları ilə istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar, xüsusilə BMMT çərçivəsində əlaqələrin inkişafının qarşılıqlı faydası vurğulanıb.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə mülki müdafiə və əhalinin fövqəladə hadisələrdən qorunması sahəsində görülən uğurlu işlərdən danışıb, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib.

Qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkürlərini bildirən qonaqlar BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.

Görüşlərdə BMMT çərçivəsində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri geniş müzakirə edilib, ölkələrimizin uyğun qurumları arasında əməkdaşlıq münasibətlərinin inkişafı baxımından Bakıda keçirilən sessiyanın əhəmiyyəti vurğulanıb.

Həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!