30 İyul 2025 13:10
575
İQTİSADİYYAT
A- A+
Birinci yarımildə Qafqazın iqtisadi lokomotivi kimi Azərbaycan xarici ticarətdə ilk sırada olub 

Birinci yarımildə Qafqazın iqtisadi lokomotivi kimi Azərbaycan xarici ticarətdə ilk sırada olub 

Cari ilin birinci yarımilində Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 12,1 faiz və ya 2,63 milyard dollar artaraq 24,4 milyard dollara çatıb. Artımın əsas səbəbi idxal həcminin artması ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, Media Təhlil Mərkəzinin (MTM) Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 5 ilin ən yüksək idxal göstəricisi də cari ilin birinci yarımilində qeydə alınıb.

Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ölkələrdən idxal etdiyi məhsulların ümumi həcmi 11,52 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 29,9 faiz və ya 2,65 milyard dollar çoxdur. Son ildəki artımın əsas səbəbi qiymətli daşların, xüsusilə də qızıl idxalının kəskin şəkildə artması ilə əlaqələndirilir.

İxrac həcmi ilə bağlı göstəricilərdə fərqli mənzərəyə rast gəlmək mümkündür. Belə ki, 2025-ci ilin birinci yarımilində ixrac həcmi ilə bağlı rəqəmlər ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz və ya 0,02 milyard manat azalaraq 12,88 milyard dollara enib.

Qeyd edək ki, son 3 ilin ilk yarımilinə diqqət etsək, ixrac həcmi ilə bağlı göstəricilərin davamlı şəkildə azaldığını görə bilərik. Buna səbəb neft və qaz məhsullarının, əsasən də təbii qazın qiymətinin son illərdə kəskin dəyişməsidir.

Rəsmi rəqəmlər göstərir ki, aparılan ixrac və idxal əməliyyatları nəticəsində son 5 ilin hər birinin birinci yarımilində müsbət saldo qeydə alınıb. Lakin, idxal həcminin son 3 ildə artması və paralel olaraq ixrac həcminin azalması fonunda saldo həcmi müsbət olsa da, kəskin şəkildə azalmaqdadır.

Son olaraq 2025-ci ilin birinci yarımilinin nəticələrinə əsasən, ölkəmizin xarici ticarət saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 66,4 faiz və ya 2,68 milyard manat azalaraq 1,36 milyard dollar olub. Qeyd edək ki, ötən ilin birinci rübündə bu rəqəm 4,03 milyard dollara bərabər idi.

Məlumat üçün bildirək ki, müsbət saldonun ən yüksək olduğu dövr 2022-ci ilin birinci yarımilinə təsadüf edir. Həmin dövrdə xarici ticarət saldosunun həcmi 12,12 milyard dollar təşkil edib.

Cari ilin yanvar-iyun aylarında Azərbaycanın ixrac etdiyi məhsulların böyük hissəsi Avropa İttifaqı (Aİ) ölkələrinə göndərilib. Bu dövrdə Aİ ölkələrinə 9,04 milyard dollar həcmində məhsul ixrac olunub ki, bu da ümumi ixracın 70,19 faizini təşkil edir. Xatırladaq ki, bu rəqəmlərin yüksək olmasına təsir edən əsas amil başda İtaliya olmaqla bir çox Aİ ölkələrinin Azərbaycandan xam neft və təbii qaz idxal etməsidir.

2025-ci ilin birinci yarımilində ixracın 0,86 milyard dollarlıq hissəsi və ya 6,66 faizi Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə göndərilib. MDB ölkələri arasında Azərbaycandan ən çox məhsul idxal edən ölkə isə Rusiya (0,59 milyard dollar) olub.

İxracın 23,15 faizini təşkil edən 2,98 milyard dollar həcmində məhsul başda qardaş Türkiyə olmaqla (1,72 milyard dollar) digər dünya ölkələrinə göndərilib.

Cari ilin ilk 6 ayında ölkəmizə idxal olunan məhsulların 26,25 faizi (3,02 milyard dollar) MDB ölkələrindən, 12,35 faizi (1,42 milyard dollar) isə Aİ ölkələrindən gətirilib. MDB ölkələri üzrə ən çox məhsul idxal etdiyimiz ölkə Rusiya (1,93 milyard dollar), Aİ ölkələri üzrə isə Almaniya (0,45 milyard dollar) olub.

Digər ölkələrdən isə 7,07 milyard dollar həcmində məhsul idxal olunub ki, bu da ümumi idxalın 61,4 faizini təşkil edib. Onlar arasında məhsulunu daha çox idxal etdiyimiz ölkə Çin (2,04 milyard dollar) olub.

Cari ilin birinci yarımilində ixrac olunun məhsulların 49,77 faizini və ya 6,41 milyard dollarını xam neft təşkil edib. İkinci sırada isə 4,54 milyard dollar ilə (35,27 faiz) təbii qaz ixracı yer alıb.

Bundan əlavə, xarici ölkələrə 0,17 milyard dollar həcmində digər neft-qaz məhsulları ixrac olunub. Ümumilikdə deyə bilərik ki, bu dövrdə qeydə alınan ixracın 86,38 faizini və ya 11,12 milyard dollarını neft və qaz məhsulları tutub. Qalan 13,62 faiz həcmində 1,75 milyard dollarlıq ixracı isə qeyri-neft-qaz məhsulları təşkil edib. Qeyri-neft-qaz məhsulları üzrə əsas ixrac olunan məhsul 0,42 milyard dollar ilə meyvə-tərəvəz olub.

İdxal olunan məhsullar arasında isə ilk sırada 1,69 milyard dollar ilə “maşın, mexanizm, elektrik aparatları, avadanlıq və onun hissələri” kateqoriyası yer alır. Bu kateqoriya üzrə idxal olunan məhsullar ümumi idxalın 14,68 faizini təşkil edib.

İkinci sırada isə 1,28 milyard dollar həcmində idxal ilə “qida məhsulları” yer alır. I yarımildə idxal olunan qida məhsullarının həcmi ümumi idxalın 11,1 faizinə bərabər olub.

İlk üçlüyü isə idxalın 10,53 faizini təşkil edən “nəqliyyat vasitələri və onların hissələri” kateqoriyası yer alıb. Bu kateqoriya üzrə ölkəmizə ilk 6 ayda 1,21 milyard dollar həcmində məhsul idxal olunub.

Əlavə məlumat üçün qeyd edək ki, bu dövrdə Azərbaycana 0,96 milyard dollar dəyərində 51 min 727 avtomobil idxal olunub və bu avtomobillərin 47 min 199 ədədini (0,87 milyard dollar) minik avtomobilləri təşkil edir.

Cənubi Qafqaz ölkələrinin Dövlət Gömrük Komitəsinin, Gürcüstanın Dövlət Statistika Komitəsinin və Ermənistanın mətbuat orqanlarının (statistika komitəsinə istinad) internet səhifələrindən əldə olunmuş xarici ticarət göstəricilərinə əsasən, cari ilin birinci yarımilində Cənubi Qafqazda xarici ticarət dövriyyəsi ən yüksək olan ölkə Azərbaycan olub. Bu dövrdə xarici ticarət dövriyyəsi Azərbaycanda 24,4 milyard dollar, Gürcüstanda 11,9 milyard dollar, Ermənistanda isə 9,7 milyard dollar olub.

İxrac və idxal göstəricilərinə ayrı-ayrılıqda baxdıqda isə burada yalnız Azərbaycanın ixrac həcminin idxal həcmini üstələdiyini görə bilərik. Yəni Cənubi Qafqazda xarici ticarət saldosu müsbət olan ölkə yalnız Azərbaycandır (1,4 milyard dollar). Gürcüstanda bu göstərici -5,5 milyard dollar, Ermənistanda isə -2,1 milyard dollar təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Lənkəran şəhərində keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb 

22:31
02 May

Ayrı-ayrı yerlərdə şimşək çaxacaq, dolu düşəcək– XƏBƏRDARLIQ  

20:58
02 May

Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib

20:47
02 May

Premyer Liqa: “Kəpəz”dən əzmkar qələbə, “Araz-Naxçıvan” məğlub olub

20:36
02 May

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır

20:07
02 May

Türkiyə Müdafiə Nazirliyi “EFES-2026” təlimlərindən görüntülər paylaşıb  VİDEO

18:38
02 May

Heydər Əliyev Mərkəzində gənclərlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş olub

16:46
02 May

İdmanda uğurlar da dövlətçiliyə xidmətdir

14:43
02 May

İçərişəhərdə sənət və ənənənin bayramı - Beynəlxalq Xalça Festivalı 

14:34
02 May

"EFES - 2026” təliminin hazırlıq məşqləri davam edir

14:12
02 May

Heydər Əliyev Mərkəzində “İz” sənədli filminin nümayişi olub

14:09
02 May

Bakı buxtasında yelkən yarışına start verilib

13:51
02 May

Lənkəranda WUF13 Festivalına start verilib

13:41
02 May

Sabah hava əsasən yağmursuz olacaq - Proqnoz

13:41
02 May

Səfir: WUF13-də Niderlanddan geniş nümayəndə heyəti iştirak edəcək

13:01
02 May

“TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb

12:50
02 May

Rusiya son bir həftədə Ukraynaya 1600 dron, 1100 idarə olunan bomba atıb

12:27
02 May

Diplomatik korpusun nümayəndələri Laçında

12:26
02 May

Xersonda mikroavtobus dronla vurulub, ölənlər və xəsarət alanlar var

12:14
02 May

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

12:11
02 May

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

12:06
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!