05 Noyabr 2025 09:00
1754
Mədəniyyət
A- A+
Bir şərəfli tarixin min anı

Bir şərəfli tarixin min anı


Hər bir xalqın yaddaşında tarixlə müasirlik arasında görünməz körpü salan anlar var. Dünyanın səs-küyü içində kiminsə kadra köçürdüyü bir foto bəzən hansısa hadisə haqqında məlumat verir. Əsl sənətkarın çəkdiyi kadr isə həm də bir tarix olur. Məhz buna görə də fotoqraf yalnız şəkilçəkən deyil, həm zamanın şahidi, həm də cəmiyyətin yaddaşını yazan salnaməçidir. 

Biz bu yazıda məhz belə bir sənətkarın - çəkdiyi hər kadrla gerçəkliyi  göstərməyi bacaran tanınmış bir fotoqrafın həyat və yaradıcılıq yoluna nəzər salacağıq. Onun kamerası təkcə anları dondurmayıb, həm də zamanın ritmini, insan talelərini, torpağın nəfəsini və həyatın ahəngini yaddaşımıza hopdurub. Zaman tarixin anlarını unutsa da, fotoqrafın çəkdiyi kadrlar əbədi qalır.

Rafiq Bağırovun aparatı illərin səsinin, günlərin nəfəsinin şahidi olub. Rafiq müəllim gördüklərini sadəcə lentə köçürməyib, öz ruhuna hopdurub, zamanın yaddaşına yazıb. Ulu Öndər Heydər Əliyevlə birgə keçdiyi yol, iştirakçısı olduğu hər görüş, hər səfər, hər baxış bu gün artıq tarixi salnamədir. Biz o şəkillərə baxanda təkcə bir anı yox, bütöv bir dövrü, talelərin acısını, insanların ümidini, Vətənin keçdiyi çətin, keşməkeşli yolu yenidən yaşayırıq. Rafiq Bağırovun kadrlarında gizlənən ən böyük sirr onun gözün görmədiyini hiss etməsi, hiss etdiyini isə əbədiləşdirməyi bacarmasıdır. Buna görədir ki, onun fotoları sadəcə şəkil deyil - yaddaşın özü, tariximizin nəfəsidir. Çəkdiyi hər bir foto sanki dil açıb dövrün tarixini danışır. 

R.Bağırov Ulu Öndərlə işlədiyi illəri ömrünün ən yaddaqalan dövrü hesab edir. Həmin illər çəkdiyi kadrlar bizi o ağır və şərəfli günlərə qaytarır. Heydər Əliyevin hansı yolları keçdiyini, xalqına necə qayğı göstərdiyini, qaçqınların yoxsul daxmalarına gedib onların həyat şəraiti ilə şəxsən tanış olduğunu, daha sonra bu şəraiti yaxşılaşdırmaq üçün gecə-gündüz çalışdığını həmin kadrlara baxdıqca aydın hiss etmək olur. Bu fotolar həm də bizi həmin dövrün çətinliklərinin, faciələrinin canlı şahidinə çevirir. Onlara baxanda bir daha dərdi də, nisgili də, ümidi də, inamı da görmək olur. Fotodakı balaca oğlan uşağının heyrətli baxışlarında fərəh, ümid, işıq aydınca görünür. Qadının baxışlarında isə  məşəqqətin izləri açıq-aşkar sezilir. Ulu Öndərin onların komasına gəlişi bu insanların gözündə bir ümid işığı yandırır, inam yaradır, bu inamla da Böyük qayıdışa cığır açılır. Zaman keçəcək, bu inam bir işığa, o işıqsa bir yumruğa çevriləcək. Xalq bu yumruğun ətrafında birləşərək qaranlığı aydınlaşdıracaq, işğala son qoyacaq. 

Ulu Öndərin yaratdığı möhtəşəm tarixin canlı şahidi Rafiq Bağırov deyir ki, çox xoşbəxtdir ki, Heydər Əliyev kimi dahi bir şəxsiyyətlə işləyib: "Fotoqraflıq dərsini də ondan almışam. Həqiqətən, Ulu Öndər hər sahənin mükəmməl bilicisi idi. O elə bir şəxsiyyət idi ki, rəssama rəssamlıq, memara memarlıq dərsi keçə bilərdi. Ulu Öndərin Azərbaycan teatrına, incəsənətinə xüsusi diqqət verdiyi məlumdur. Dəfələrlə şahidi olmuşam ki, tamaşalardan, konsertlərdən sonra səhnəyə qalxaraq incəsənət xadimləri ilə söhbət zamanı elə təhlil aparardı ki, peşəkar sənətşünaslar, böyük sənət adamları belə təəccüblənirdilər. Heydər Əliyevin qaçqın düşərgələrindəki görüşlərdə keçirdiyi hisslərin, çəkdiyi ürək ağrılarının, yaşadığı əzabların şahidi olmuşam. Çalışmışam ki, onları kadrlara köçürüm. Xoşbəxtəm ki, bunlara az da olsa nail olmuşam. Heydər Əliyev yalnız qaçqınlarla görüşdüyü məqamda yox, onlardan ayrılandan sonra da gördüklərinin təsirindən çıxa bilmirdi, onlarla yaşayırdı. Gecəsini gündüzünə qatıb köçkünlərimizin həyat şəraitini yaxşılaşdırmağa çalışırdı. Bəzən elə olurdu ki, gecəni səhərə qədər işdə keçirərdi".

Hiss olunur ki, Ulu Öndərin qaçqın düşərgələrində keçirdiyi hər görüş Rafiq Bağırovun yaddaşına ağrı kimi həkk olunub. Bəlkə buna görə arzularından biri də odur ki, işğaldan azad olunan ərazilərdə çəkdiyi fotolardan ibarət sərgi təşkil edilsin. Bu fotolar insanlara keçmişi, yaşanmış həqiqətləri xatırlatsın. 

R.Bağırovun ömür-gün yoldaşı, rəssam Nigar Bağırova ilə söhbət edirik: 

- Rafiqin fotolarında qəhrəman heç vaxt tək olmur - o hər bir insanın baxışında, hər bir uşağın təbəssümündə, hər bir qocanın iztirabında bütöv bir dövrün ruhunu yaradır. Mən bir rəssam və fotoqraf kimi deyə bilərəm ki, Rafiq çox yüksək səviyyədə öz işini görən insanlardandır. O, sadəcə foto çəkməklə kifayətlənmir, çəkdiyinə kompozisiya verməyi də bacarır. Belə bir deyim var: "Ovu bərəsində vurarlar". Rafiq ovu bərəsində "vurmağı", yəni lazım olan anı "ovlamağı" bacaran, işinin mahir ustasıdır. Sizə bir həqiqəti deyim. Rəssam üçün Ulu Öndərin portretini yaratmaq olduqca çətin işdir. Rəssam çəkdiyi əsərdə qəhrəmanın daxili aləmini, hissini, duyğusunu canlandıra bilmirsə, o əsər zahiri cəhətdən nə qədər yaxşı olsa da, tamaşaçını duyğulandırmayacaq, yaddaşlarda qalmayacaq. Xoşbəxtəm ki, mən bunu bacarmışam. Özü də Rafiqin sayəsində. Onun çəkdiyi fotolara baxıb lazım olan ən incə məqamları tutmağa çalışmışam. 

Gözümüzün önündə bir foto var. Fotoda anasının qucağında kiçik bir qızcığazın Ulu Öndərə tuşlanan ümid dolu məsum gözləri görünür. İndi həmin uşaq 28 yaşlı xanımdır. Bu günlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Rafiq Bağırovun çəkdiyi şəkillərdən ibarət təşkil etdiyi sərgidə onunla - Səma Məmmədova ilə həmsöhbət olduq:"Valideynlərim Cəbrayılın Böyük Mərcanlı kəndindəndir. 1997-ci ildə 4 saylı çadır şəhərciyində anadan olmuşam. 1998-ci ildə Heydər Əliyev məcburi köçkünlərlə görüşə gələrkən bizim evimizdə də oldu. O zaman bir yaşım vardı. Ulu Öndər və daha sonra Prezident İlham Əliyev biz köçkünlərə daim qayğı ilə yanaşıb. Anam deyir ki, biz Böyük Mərcanlıdan çıxanda nəinki doğma yurdumuza qayıdacağımıza, hətta yaşayacağımıza, sabaha sağ çıxacağımıza ümidimiz yox idi! Çox şükür ki, o məşəqqətli günləri adlayıb belə xoşbəxt həyatda yaşamaq bizlərə nəsib oldu. Torpaqlarımız abadlaşır. Hər gün qaçqınlar doğma yurdlarına dönür. Vətənimiz sülhün, əmin-amanlığın ünvanıdır. Rafiq müəllimin çəkdiyi həmin fotolar bizə yaxın keçmişimizin əzablı tarixini danışır. Danışır ki, həmin tarixi heç zaman  unutmayaq.

"Azərbaycan" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəxtiyar Sadıqov da həmin sərgidə idi. Rafiq Bağırovu çoxdan tanıyır. Dostdurlar. Deyir ki, Rafiq Bağırov hər adama qismət olmayan şərəfli bir ömür yolu keçib:

- Bu bir həqiqətdir ki, işinin, peşəsinin ustası olmayan adam Ulu Öndərlə işləyə bilməz. Amma hər peşəkar da tarixi Rafiq kimi fotolarda yaşada bilməz. Bunu yalnız Rafiq kimi işinə həssas yanaşan insanlar bacara bilər. Lakin deyim ki, fotoqraf kimi onun bir "faciəsi" var. Rafiq indiyə kimi bir milyondan çox kadr çəkib. Onun Ulu Öndərlə bağlı çəkdiyi fotoları istər ölkə daxilində, istərsə də xaricdə dərc etməyən qəzet, sayt yoxdur. Heydər Əliyev haqqında yazılan bütün kitablarda, keçirilən sərgilərdə, idarə və təşkilatlarda yaradılan guşələrdə, muzeylərdə, Rafiqin çəkdiyi fotolardan istifadə edilir. Amma bir dəfə də olsun bu fotoların altında onun imzası yazılmayıb. Dərc edilən fotolarına görə müəllif olaraq qonorar almayıb. Buna baxmayaraq, müəllifi olduğu fotolarla qürur duyur. Bu o deməkdir ki, onu şöhrətdən çox işi düşündürüb. Əməli, fəaliyyəti ilə nümunə göstərib. 

Rafiq Bağırovun çəkdikləri təkcə foto deyil - tarixdir, yaddaşdır, salnamədir. Onlar olmasaydı, bəlkə də o illərin ağrısı da, ümidi də bu qədər bizə yaxın olmazdı.  Rafiqin obyektivi zamanın küləyindən qorunan yaddaş sandığıdır. Bu gün o fotolara baxdıqca anlayırıq ki, xalqın böyük yolu həm də böyük yaddaşdan keçir. Bu yaddaşı bizə bəxş edənlər, əbədiləşdirib lentə həkk edənlər sözün əsl mənasında tarix yazan insanlardır. Və elə buna görə də Rafiq Bağırovun adı təkcə bir fotoqraf kimi yox, həm də bir şərəfli tarixin salnaməçisi kimi tarixdə yaşayacaq.


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!