26 Dekabr 2025 09:00
364
İQTİSADİYYAT
A- A+
Bir millət, iki dövlət və bir-birinə güvənən iqtisadiyyat

Bir millət, iki dövlət və bir-birinə güvənən iqtisadiyyat


Bu günlərdə Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası, ardınca isə 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilib. Hər iki tədbir Azərbaycan-Türkiyə  iqtisadi əməkdaşlığının genişləndirilməsi, nəticə etibarilə bu ölkələrin hər birinin iqtisadi inkişafı üçün  yeni perspektivlər açır.

Artıq ikinci dəfədir təşkil olunan Azərbaycan-Türkiyə İnvestisiya Forumu Baş nazir Əli Əsədovun dediyi kimi, hökumət və biznes dairələri arasında açıq və səmərəli dialoqun qurulması, yeni layihələrin müzakirəsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün mühüm platformadır. Bu baxımdan növbəti forumun da biznes cəmiyyətləri üçün faydalı olacağına, yeni konkret birgə investisiya təşəbbüslərinin reallaşdırılmasına təkan verəcəyinə şübhə yoxdur.

İndiyədək investisiyalar sahəsində əldə edilən nəticələr məmnunluq doğurur. Hazırda Türkiyədən Azərbaycana birbaşa investisiyalar 18 milyard dollara, Azərbaycandan Türkiyəyə yatırımlar isə 21 milyard dollara yaxınlaşıb. Ümumilikdə 39 milyard dollarlıq investisiya həcmi formalaşıb. Lakin bu, son hədd deyil. 

Hazırda  ölkələrimiz arasında illik ticarətin həcmi 8 milyard dollardır. 2000-ci illərin sonunda bu rəqəm 2,4 milyard dollar idi, deməli, qısa müddətdə 3 dəfəyə qədər artıb. Məqsəd isə 15 milyard dollarlıq ticarət hədəfinə çatmaqdır. Hər iki ölkənin iqtisadi potensialı və coğrafi üstünlükləri ticarət dövriyyəsinin həcmini daha yüksək səviyyəyə qaldırmaq üçün real imkanların olduğunu göstərir. Bunun üçün investisiyalar da artırılmalıdır. Çünki investisiyalarla ticarət arasında birbaşa əlaqə var. Qarşılıqlı investisiyalar artdıqca ticarət əlaqələri də daha möhkəm və dayanıqlı olur.

Hazırda ölkəmizdə 4600-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir. Eyni zamanda Türkiyədə 3000 Azərbaycan şirkəti müxtəlif sahələrdə iş qurub.

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrində enerji əməkdaşlığının xüsusu yeri var. Ölkələrimizin birgə reallaşdırdıqları meqa enerji layihələri böyük regional və qlobal əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan  neftinin və qazının dünyaya yolu Türkiyədən keçir. 2006-cı ildə tam sistem kimi istifadəyə verilən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin ən böyük hissəsi Türkiyədədir və bu xətlə daşınan neft dünya bazarlarına Ceyhan limanından yola salınır. BTC-dən az sonra fəaliyyətə başlayan Bakı-Tbilisi-Ərzurum kəməri isə Azərbaycanı dünyaya  həm də qaz ixracatçısı kimi tanıdıb. 2018-ci ildə istifadəyə verilən TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) Azərbaycan qazını TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) ötürür. TAP isə 5 ildir qazı Avropaya nəql edir. TANAP "Cənub qaz dəhlizi"nin ayrılmaz və ən böyük hissəsidir. Xatırladaq ki, "Cənub qaz dəhlizi"  strateji önəm daşıyan bir layihədir və onun qaz ixrac etdiyi ölkələrin sayı son aylarda 14-ə çatıb. Bunlardan 10-u Avropa ölkəsidir. 

İki ölkənin birgə səyləri ilə artıq Suriyaya da qaz nəqlinə başlanıb. Bu, 14-cü, hələlik sonuncu ölkədir. İlk dəfədir Türkiyə ərazisindən keçməklə Azərbaycan qazı Yaxın Şərq regionuna çatdırılır.

Bu ilin avqust ayında Suriyaya qaz axını başlayanda Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı, türk dünyası üzrə mütəxəssis Mehmet Yüce bu mühüm hadisəni belə dəyərləndirmişdi: "Kilis-Hələb təbii qaz boru xəttinin istifadəyə verilməsi regional baxımdan olduqca mühüm və çoxşaxəli nəticələr doğuracaq strateji hadisə kimi qiymətləndirilə bilər. Bu boru xətti Suriyanın təcili enerji tələbatını qarşılamaqla yanaşı, Türkiyənin regional enerji diplomatiyasında və Azərbaycanın enerji ixracında yeni bir səhifə açan strateji layihədir. Burada söhbət təkcə enerji nəqlindən getmir, bu xətt bölgədə sabitliyin və iqtisadi dirçəlişin dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır. Həyata keçirilən layihə yalnız enerji transferi deyil, həm də Türkiyənin regional liderlik iddialarını gücləndirən, Suriyanın yenidənqurma prosesinə mühüm töhfə verən və Azərbaycanın enerji diplomatiyasını genişləndirən çoxşaxəli strateji addımdır. Bu layihə regional enerji təhlükəsizliyinin təmin edilməsi, humanitar vəziyyətin yaxşılaşdırılması və uzunmüddətli regional sabitliyin yaradılması baxımından mühüm potensiala malikdir. Yəni bu xətt yalnız enerji layihəsi deyil, eyni zamanda regional geosiyasi balans, dövlətlərarası münasibətlər və enerji təhlükəsizliyi kontekstində dərindən təhlil olunmalı strateji addımdır".

Sözügedən tədbirlərdə təməli iki il əvvəl Naxçıvanda qoyulmuş İğdır-Naxçıvan qaz kəmərinin əhəmiyyəti də vurğulandı. Bu il kəmərin Ankarada videobağlantı formatında açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı hadisənin önəminə bir daha diqqət çəkdi. 

İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə xidmət edir. Bununla yanaşı, layihə həm Naxçıvanın, həm də İğdır əhalisinin rifahına dəstək göstərəcək. Kəmərin maksimum illik ötürmə gücü 730 milyon kubmetrdir. Gələcəkdə onun genişləndirilməsi imkanları da var.

Prezident İlham Əliyevin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən, İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb.

Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir. Bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. 

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun polad magistralları isə həm iqtisadi əməkdaşlığı, həm də dostluq və qardaşlığı daha da möhkəmləndirib. Orta dəhlizin mühüm halqası olan BTQ-nin daşıma qabiliyyəti ötən il Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb və bu da son hədd deyil.

Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu bildirib ki, bundan əlavə, Zəngəzur dəhlizi də (TRIPP) Orta dəhliz xəttinin effektivliyini yalnız mövcud bağlantılarla deyil, daha güclü və tamamlayıcı xüsusiyyətlərlə artırır: "Orta dəhlizin təbii və tamamlayıcı bir uzantısı olan Zəngəzur dəhlizi bütün bölgə üçün böyük əhəmiyyət daşıyır. Bu dəhliz yalnız Azərbaycan və Türkiyə arasında deyil, həm də Asiya ilə Avropa arasında strateji əhəmiyyət kəsb edir".

Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası və 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumu göstərdi ki, ölkələrimiz arasında hər sahədə olduğu kimi, iqtisadi sahədə də əməkdaşlıq uğurla davam edir və bu istiqamətdə potensial böyükdür.


Flora SADIQLI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Suriyaya humanitar yardım göndərib  

23:54
25 Yanvar

Media: Qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq  

22:51
25 Yanvar

Zelenski: Müharibənin bitməsi təhlükəsizlik zəmanətləri ilə bağlıdır  

21:47
25 Yanvar

Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb

21:08
25 Yanvar

Misli Premyer Liqası: "Sabah" liderliyini möhkəmləndirib  

20:49
25 Yanvar

Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb  

20:48
25 Yanvar

Milli Məclisin sədri Bəhreyn Krallığı Şura Məclisinin sədri ilə görüşüb

19:50
25 Yanvar

Misli Premyer Liqasında daha bir oyun keçirilib  

18:29
25 Yanvar

“Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  

18:09
25 Yanvar

Xəzər Boru Kəməri Konsorsiumu iki yanalma qurğusundan eyni vaxtda neftin yüklənməsini bərpa edib  

17:59
25 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:58
25 Yanvar

Otuz illik həsrətin şirin bəhrəsi: Kəlbəcərdə qədim arıçılıq ənənələri yenidən dirçəlir

15:06
25 Yanvar

FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib

13:04
25 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

12:41
25 Yanvar

ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında etimadı gücləndirməyi planlaşdırır  

11:24
25 Yanvar

Tramp: Çinlə razılaşma əldə olunarsa, ABŞ Kanadaya 100 faiz tarif tətbiq edəcək  

11:10
25 Yanvar

Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur

11:01
25 Yanvar

Uitkoff gələn həftə BƏƏ-də danışıqların davam etdiriləcəyini təsdiqləyib  

10:59
25 Yanvar

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

10:56
25 Yanvar

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  

10:27
25 Yanvar

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!