17 Noyabr 2025 13:21
5401
Elm və texnika
A- A+
Beynəlxalq seminarda Azıx, Tağlar və Qaraca abidələrində aparılan tədqiqatlar təqdim edilib  

Beynəlxalq seminarda Azıx, Tağlar və Qaraca abidələrində aparılan tədqiqatlar təqdim edilib  


AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçiləri - tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov və Əjdər Babazadə (Qarabağ Universitetinin Azıx arxeoloji araşdırma və analiz laboratoriyasının müdiri), Danimarkada keçirilən beynəlxalq seminarda iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azad Zeynalov Azərbaycan-Danimarka beynəlxalq arxeoloji heyətin Azərbaycanın erkən hominin məskənlərindən olan Azıx mağarasında (Xocavənd), Qaraca açıq tipli paleolit düşərgəsində (Mingəçevir) və Azərbaycan-Yaponiya tədqiqat qrupunun Tağlar mağarasında (Xocavənd) apardığı araşdırmaların ilkin nəticələrini təqdim edib.

Əjdər Babazadə isə 2024-cü ildən həyata keçirilən Azərbaycan–Almaniya Azıx beynəlxalq paleolit ekspedisiyasının tədqiqatlarından bəhs edib. Qeyd edək ki, Azıx mağarasında tədqiqatlar Arxeologiya və Antropologiya İnstitutu (AMEA) ilə Leibniz Arxeologiya İnstitutu (LEIZA) arasında əldə edilmiş elmi əməkdaşlıq çərçivəsində aparılır. Araşdırma heyətinə Azərbaycan, Almaniya, Portuqaliya, Polşa, Çexiya, Danimarka, Norveç və digər ölkələrdən arxeologiyanın müxtəlif sahələri üzrə mütəxəssislər cəlb edilib. Eyni zamanda, Əjdər Babazadə Arxeologiya və Antropologiya İnstitutu ilə Qarabağ Universiteti arasında bağlanmış memorandumun əsasında və Azərbaycan Elm Fondunun qrant layihəsinin (“Qarabağın daş dövrünə aid alət sənayesinin texnotipologiyasının traseoloji və eksperimental analizləri” (AEF-MCG-2023-1(43)-13/13/5-M-13)) vəsaiti ilə Qarabağ Universitetində qurulmuş Azıx arxeoloji araşdırma və analizlər laboratoriyasından bəhs edib.

“THOCA” və “CAUCUS” layihə rəhbərləri tərəfindən Azıx mikroskopik laboratoriyasının fiziki məkan imkanları, müasir texnoloji avadanlıqları və tədqiqatçı-tələbə potensialı vurğulanıb.

Seminar iştirakçıları Danimarka Texniki Universitetində Optik Stimullaşdırılmış Lüminessensiya (OSL) laboratoriyasında, Aarhus Universitetdə yerləşən Biomarker laboratoriyası, kosmogen, C14 laboratoriyası (Aarhus Accelerator Mass Spectrometry Centre) kimi analizlər mərkəzlərini və dünyanın ən müasir muzey komplekslərindən biri olan Moesgaard muzeyini və Danimarka Milli Muzeyini ziyarət ediblər.

Beynəlxalq seminar “NordForsk” tərəfindən maliyyələşdirilən və Danimarka Texniki Universiteti ilə Aarhus Universiteti tərəfindən həyata keçirilən “THOCA” (“Mərkəzi Asiyada insan məskunlaşmalarının vaxtı və ekologiyası”) beynəlxalq layihəsinin nəticələrinə həsr olunub. “NordForsk” Şimali Avropa (Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç və Farer adaları, Qrenlandiya və Aland adaları) ölkələrinin elm-tədqiqat və infrastruktur sahələrində tərəfdaşlığı və maliyyələşməni təşviq edən təşkilatdır. Şimal Ölkələri Nazirlər Şurasının tabeçiliyində fəaliyyət göstərən bu təşkilatın əsas məqsədi Şimali Avropa ölkələri və ümumilikdə Şərq və Qərb ölkələri arasında tədqiqat əməkdaşlığını gücləndirməkdir.

“THOCA” və “CAUCUS” layihələri çərçivəsində aparılan tədqiqatlar Mərkəzi Asiyada və Cənubi Qafqazda qədim insan məskunlaşmasının tarixini və şəraitini - paleo-ekosistemi (iqlim, torpaq, landşaft dəyişiklikləri) sistemli şəkildə araşdırmaq və Afrikadan çıxış, ilk miqrasiyalar, Avrasiyada erkən homininlərin məskunlaşması, texnoloji, fizioloji, koqnitiv, anatomik təkamül mərhələlərini dərk etməyi qarşısına məqsəd qoyub. Cənubi Qafqaz üzrə əsas tədqiqatlar - bölgədə tarixdən əvvəlki dövrlərdə “insan-ekologiya-landşaft” dinamikalarını anlamağa yönəlib. Göstərilən layihələr çərçivəsində tələb olunan mütləq tarixləndirmə (radiokarbon, Optik Stimullaşdırılmış Lüminessensiya / OSL, U-Th torpaq karbonatları, geoxronoloji, maqnetostratiqrafik, berillium-10 kosmogen nüvəli) və qədim iqlimi, insanın qida rasionunu, təbiətə qarşılıqlı təsirinin təyini (biomarker, izotop, mikromorfoloji, mineroloji, palaeoproteomik, arxeometrik, bio-arxeoloji, aDNT və d.) üzrə araşdırma və analizlər maliyyələşdirilir.

Analizlər üçün seçmələr arasında Azərbaycandakı Azıx mağarasından və Qaraca açıq tipli paleolit düşərgəsindən götürülmüş nümunələr də yer alır. Analizlər əsasən Kopenhagen, Aarhus, Oslo universitetləri və Danimarka Texniki Universitetində aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Abdulla Aripov: Qəbələdə əldə olunan razılaşmalar əməkdaşlığın genişləndirilməsinə təkandır  

12:35
02 Aprel

Özbəkistan Türk Dövlətlərinin Sənaye İttifaqının yaradılmasını dəstəkləyir  

12:27
02 Aprel

Cevdet Yılmaz: Türk Dövlətləri İnvestisiya Fondu yaxın gələcəkdə maliyyələşdirmə fəaliyyətinə başlayacaq  

11:58
02 Aprel

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

11:58
02 Aprel

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK  

11:18
02 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

09:40
02 Aprel

ABŞ yenidən Aya yollanır

09:35
02 Aprel

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!