31 Iyul 2024 08:20
128
SİYASƏT
A- A+

Beynəlxalq Olimpiya Komitəsinin prinsiplərinə böyük zərbə

 

Fransa bütün platformalardan neokolonializm siyasəti üçün istifadə edir

 

"Fransa XXXIII Yay Olimpiya Oyunlarından özünün olduqca təhlükəli planlarının həyata keçirilməsi üçün istifadə edir. Hər şeydən öncə Fransanın ermənilərə xüsusi jestinə diqqət yetirmək lazımdır. Erməni idmançıların açılış mərasimində keçidində onların Fransanın dostu adlandırılması, qondarma rejimin süqutu ilə bağlı əlamətlər ifadəsini işlətmələri, Azərbaycan təmsilçiləri keçən zaman isə Ermənistanla ərazi çəkişməsində olan Qafqaz ölkəsi kimi təqdim edilməsi Fransanın sonrakı mərhələdə hansı addımlara dayanan mövqe sərgiləyəcəyini aydın göstərir".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, Fransanın Ermənistana həmişə fərqli, isti münasibəti olub, bunun başlıca səbəbi isə təkcə bu ölkədə erməni lobbiçiliyinin güclü olması deyil, həm də məkrli məqsəddir.  Fransa ermənilərin xoşuna gəlmək üçün əlindən gələni edir ki, gələcəkdə Cənubi Qafqazda Ermənistandan alət kimi daha rahat istifadə edə bilsin. Bu özü də kolonial siyasətin Cənubi Qafqaz istiqamətində cəhdi kimi qiymətləndirilməlidir. "Ermənistana hücum silahlarının verilməsi, Azərbaycana qarşı aşkar qərəzli mövqeyin sərgilənməsi regionda təhlükəli strategiyanın həyata keçirilməsi elementlərini təşkil edir. Fransa Ermənistandan regionda gərginlik yaratmaq, yenidən münaqişə elementlərini formalaşdırmaq üçün alət rolunda istifadə edir. Ona görə də hər fürsətdə ermənilərin könlünü almağa çalışır. Bunu Olimpiada çərçivəsində də müşahidə etdik", - deyə o əlavə edib.

E.Mirbəşiroğlu bildirib ki, Azərbaycan kolonializm siyasətinə qarşı qətiyyətli mübarizə apardığı üçün Fransa tərəfindən həzm edilmir. Bu, Fransanın ölkəmizə qarşı mövqeyini şərtləndirən amillərdəndir: "Paris bütün platformalardan neokolonializm siyasəti üçün istifadə edir. Olimpiya çərçivəsində də gördük ki, Fransa başqa xalqların, dinlərin nümayəndələrinə münasibətdə diskriminasiya hallarına yol verməkdən çəkinmir. Bu, Beynəlxalq Olimpiya Komitəsinin prinsiplərinə böyük zərbədir, onlarla ziddiyyət təşkil edir. Əslində, Olimpiada bərabərliyi, barışı özündə ehtiva edən hərəkatdır. Görünür ki, Fransa fərqli president ortaya qoymağa çalışır. Bu da gələcəkdə beynəlxalq Olimpiya hərəkatının nüfuzuna mənfi təsir göstərərək onun müsbət obrazını darmadağın edəcək".

Fransanın formalaşdırdığı presidentin başqa ölkələr tərəfindən əldə rəhbər tutula biləcəyinə toxunan deputat deyib ki, belə olan halda Olimpiya Oyunlarına maraq zəifləyəcək, bu oyunlar geosiyasətin alətinə çevriləcək. Bu da bütövlükdə Olimpiadanın gələcəkdə sıradan çıxmasını şərtləndirə bilər. Beynəlxalq ictimaiyyət Fransanın Olimpiya Oyunlarını təhlükəli maraqlarının bir alətinə çevirməsinə qarşı çıxmalı, bununla bağlı açıq mövqeyini ortaya qoymalı və sərt tədbirlər həyata keçirməlidir.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video