21 Sentyabr 2024 08:20
1414
SİYASƏT
A- A+
Bayramların ən şirini, günlərin ən əzizi 

Bayramların ən şirini, günlərin ən əzizi 


Bitdi!..

Savaş, faşizm, separatizm...

Haqsızlıq, ədalətsizlik, ikili yanaşmalar...

İki əsrdir düçar olduğumuz faciələr...

Göz yaşı, iztirab, vətəndə qəribçilik...

Milli ağrı-acılarımız, məhrumiyyətlərimiz...

2023-cü il sentyabrın 20-də bitdi!..

Xalq olaraq zülmlərimizin bitdiyi bu tarixdə yeni başlanğıclara qədəm qoyduq... 

Suverenlik günümüz doğuldu...

Bu, 20 Yanvar hadisələrində, Xocalıda, Birinci Qarabağ, Vətən müharibəsində canlarını torpaqlarımız uğrunda qurban verən müqəddəs şəhidlərimizin bayramı oldu...

Onilliklərdir itkin kimi andığımız, yaşadıqları, ya öldükləri barədə indiyəcən də xəbər tuta bilmədiyimiz yüzlərlə soydaşımızın, hələ də dəfnlərini gözləyən qərib ruhların dinclik tapdığı bayram oldu... 

Bu bayram yurd-yuvasından didərgin düşərək çadırlarda, vaqonlarda yataqxanalarda vərəmləyərək, çərləyərək torpaq həsrəti ilə dünyalarını dəyişən, gözləri arxada qalan keçmiş məcburi köçkünlərimizin ruhlarını şadlandıran bayram oldu...

Hamımızın illərlə böyük həsrət, intizar, səbirsizliklə gözlədiyimiz və nəhayət qovuşduğumuz ən şirin, ən əziz bayramımız oldu...

20 Sentyabr Dövlət Suverenliyi Günü...


Xoşbəxtliyin özü


Xoşbəxtlik deyilmi?!. 

Təqvimdəki qara rəngli günlərimizin qırmızıya çevrildiyini görmək...

Xoşbəxtlik deyilmi?!.  

Bayramlarımızın sırasında ən əziz bayramımızın yer tutduğu tarixə şahidlik etmək?!. 

Xalq olaraq ta iki əsr əvvəldən addım-addım gəldiyimiz ağrı-acılı, çətin, sınaqlarla dolu şərəfli yolumuz Suverenlik bayramı ilə zirvəsinə yetişdi. Bizə bütöv Azərbaycanda yaşamağın qüruru nəsib oldu...

Əlbəttə, inanırdıq, əminliyimiz var idi ki, bir gün mütləq torpaqlarımız azadlığına qovuşdurulacaq, suverenliyimiz tam bərpa olunacaq, amma bəlkə də bir çoxlarımız bu xoşbəxt günləri görəcəyimizi ağlımızın ucundan belə keçirmirdik...

Ancaq biz müasir dövr azərbaycanlıların qismətinə yazıldı bu xoşbəxtliyi yaşamaq...

Hər zaman adı kimi bəxtinin də qara olduğundan şikayətləndiyimiz Qarabağımızın əbədi ağ günlərə qanad açdığını gözlərimizlə gördük...


Azadlığın birinci ili 


Başı üzərindəki çən-çiskin dağılan, kədəri sevinclə əvəzlənən Qarabağın indi hər daşından, qayasından zəfər nidası ucalır...

Onilliklər ərzində talanan, viranəyə çevrilən, düşmən tapdağında inləyən Qarabağ və Şərqi Zəngəzurumuz  başdan-başa bayram libasına bürünüb. 

Erməni separatizmindən əsrlərdir əziyyət çəkən Xankəndimiz azadlığının bir ilində əziz qonaqlarını qarşılamağın fəxarətini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin timsalında böyük xilaskarı ilə birgə Suverenlik bayramını qeyd etməyin qürurunu yaşayır. 

Bu tarixi şəhərimizin milli ruhu da özünə  qaytarılıb. Mədəniyyəti, incəsənəti, təhsili dirçəldilir. Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışının olması ümumilikdə şəhərə yenidən həyatın dönməsinin rəmzi simvoludur. 

Azadlığının birinci ilində Xankəndidə qalib lider İlham Əliyev tərəfindən açılışı edilən və mindən artıq tələbəsi olan Qarabağ Universiteti hələ indidən Azərbaycanın ən yüksək reytinqli universitetlərindən birinə çevrilir. 

Bütün bunlar bütövlükdə Xankəndinin əsl sahiblərinin qayıtdığını təcəssüm etdirən qürurlu hadisələrdir. 

Ötən illər ərzində erməni separatçıları Xankəndiyə - Qarabağa sahiblənmək üçün xalqımıza qarşı çox amansızlıqlar etdilər. Günahsız insanlarımızın qanına bais oldular, azərbaycanlılara qarşı qətliamlar, soyqırımları törətdilər... Faşist xislətlilər vəhşi əməllərlə Azərbaycan xalqının iradəsini sındırmaq, torpaqlarının işğalı ilə barışmasına nail olmaq istədilər. Amma haqq nazilsə də, üzülmədi. Dönüb-dolaşıb yerini tapdı. Xalqımız heç zaman işğalçılara, separatçılara, onların arxasında dayanan güclərə boyun əymədi...

 Xalq-ordu-dövlət birliyi yarandı. Sonra bu çevrilib "dəmir yumruq" kimi düşmənlərin başını əbədilik əzdi... 

Zəfər qazandı, ərazi bütövlüyünü, suverenliyini bərpa etdi... 

Bayramlarının siyahısına yeni qürurlu və şərəfli bayramlar yazdı...

Bütün dünyaya sübut etdi ki, Şuşa, Xocalı, Xankəndi... - Qarabağ Azərbaycandır! 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!