01 Dekabr 2023 10:30
3770
Səhiyyə
A- A+
Başımız nədən ağrıyır?

Başımız nədən ağrıyır?

 

Gündəlik həyatda üzləşdiyimiz müxtəlif situasiyaların, habelə fəsil dəyişkənliyinin yaratdığı gərginlik və yorğunluq bəzi hallarda başağrılarına səbəb olur. Bu, başağrılarından mütəmadi olaraq şikayət edən insanlarda çaşqınlıq yaradır. Belə ki, onların əksəriyyəti bu ağrıları hansısa xəstəliyin əlaməti kimi yox, məhz yorğunluğun nəticəsi kimi qəbul edirlər. Lakin tibbi araşdırmalara görə, başağrıları təxminən 50 müxtəlif xəstəliyin aparıcı simptomlarından biridir.

 

Sosial gərginliyin təsiri

 

Başın və ya boynun müəyyən bir hissəsində yaranan başağrısı səbəbsiz olmur. Mütəxəssislər bildirirlər ki, beyin toxumasında ağrı reseptorları olmadığına görə, başağrıları boyunda yerləşən əzələ, sinir, damar və selikli qişanın qıcıqlanmasından qaynaqlana bilər. 
Türkiyəli tibb professoru Osman Müftüoğlu  bildirir ki, yaxın gələcəkdə başağrıları bizi daha çox narahat edəcək. Çünki onun səbəbi yalnız nevroloji və daxili problemlər deyil, həmçinin keçirdiyimiz həyat tərzidir. Qəbul etdiyimiz qeyri-sağlam qidalar, istifadə etdiyimiz yeni nəsil texnoloji cihazlar, sosial şəbəkələrdən davamlı istifadə başağrılarının əsas səbəblərindəndir. Müasir dünyamızda intensivləşən müharibə və təbii fəlakətlər, sosial-iqtisadi problemlər insanlara psixoloji təsir edərək, özünü başağrıları ilə büruzə verir.
Osman Müftüoğlunun fikrincə, belə olan halda başağrılarına bəsit problem kimi yanaşmaq düzgün deyil: "Bu, qlobal sosial sağlamlıq problemidir. Keçmişdə özünü əsasən sinüzit, hipertoniya və hipoqlikemiyanın simptomu kimi göstərən başağrıları indi daha ciddi problemlərin əlamətidir. Sadəcə olaraq, o,  növünü və simasını dəyişərək "gərginlikdən yaranan baş ağrıları" kimi ön plana çıxıb. Başağrısı şikayəti ilə həkimə müraciət edən xəstələrin yalnız 5 faizində sinüzit, beyin qanaması, beyin damarlarının tıxanması, şişlər, beyin və üz nahiyəsində infeksiya diaqnozları qoyulur".
"Gərginlikdən yaranan başağrıları" zehni yorğunluğun, sosial gərginliyin, stresin və daxili konfliktlərin artdığı dövrlərdə özünü daha kəskin göstərir. İnsanlar bu ağrını "beynin məngənə ilə sıxılması", "başın partlayacağı hissi", "baş, boyun və sinə nahiyəsində şiddətli təzyiq duyğusu", həmçinin "boyun, çiyin və sinə nayiyəsinə yayılan ağrı" kimi təsvir edirlər. İlkin mərhələdə nadir hallarda rast gəlinən bu ağrılar profilaktik tədbirlər görülmədikdə və mütəmadi olaraq təkrarlandıqda xroniki hal alır. Lakin başağrısı ilə birlikdə yüksək hərarət, qollarda və əllərdə gücsüzlük, yaxud uyuşma, boyunda sərtlik və huşun itməsi əlamətləri varsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır. 

 

Yanlış diaqnozlar

 

Mütəxəssis bildirir ki, həkimlərin əksəriyyəti belə xəstələrə "gərginlikdən yaranan başağrıları"nın bir növü hesab etdikləri miqren diaqnozunu qoyurlar. O, təxmini qoyulan ən geniş yayılmış diaqnoz hesab edilir. Lakin bu xəstələrin demək olar ki, heç birində miqrenin olduğuna dəlalət edəcək simptomlar olmur.
Miqrendən öncə bəzi insanlar özlərində xəbərdarlıq siqnalları hiss edirlər. Bu siqnallar aura adlanır. Aura özünü görmə sahəsinin bir hissəsini tutan işıq ləkələri, qulaqda zəng səsi, bədənin müəyyən hissələrinin keyiməsi, danışıqda çətinlik əlamətləri ilə göstərir. Miqrenin tipik xüsusiyyətlərinə tez-tez ürəkbulanma və qusma ilə müşayiət olunaraq 4-72 saat davam edən hallar xarakterikdir. Bu zaman işıq və səsin intensivliyi, fiziki fəaliyyət və başın bəsit hərəkəti belə ağrıları artırır.
Adətən başağrılarından qurtulmaq üçün ilk çarə kimi ağrıkəsicilərdən istifadə etsək də, bu, müvəqqəti çıxış yoludur. Ağrıları aradan qaldırmağın müxtəlif yolları var. Daimi başağrılarından xilas olmaq üçün mütəmadi olaraq dincəlmək, bol maye qəbul etmək, təmiz havada gəzmək lazımdır. Bununla yanaşı, şəkərli, unlu qidalardan, yetişmiş pendir və kofeinli içkilərdən də uzaq durmaq lazımdır. Mütəxəssislər başağrılarından xilas olmaq üçün həmçinin psixoloji dəstək almağı, yoqa və meditasiya ilə məşğul olmağı da tövsiyə edirlər.

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!