08 May 2026 14:58
149
CƏMİYYƏT
A- A+
Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib  

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib  

Mayın 8-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Baş Prokurorluğun inzibati binasında Ulu Öndərin büstü önünə Baş prokuror Kamran Əliyev və Baş Prokurorluğun rəhbərliyi tərəfindən gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman əsgər və zabitlərin, eləcə də vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi müasir Azərbaycan dövlətçiliyinin əsas ideoloji dayaqlarından biri olmaqla ölkənin inkişaf strategiyasını müəyyən edən fundamental prinsipləri özündə ehtiva edir. Qeyd olunub ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində ölkədə sabitlik, qanunçuluq və milli maraqlara əsaslanan idarəetmə sistemi formalaşmış, iqtisadi, sosial və mədəni inkişafın möhkəm təməli yaradılıb.

Xüsusilə qeyd edilib ki, Ümummilli Liderin rəhbərliyi dövründə həyata keçirilən şəhərsalma və quruculuq siyasəti Azərbaycanın kompleks inkişaf modelinin formalaşmasında mühüm rol oynayıb. Şəhərlərin planlı inkişafı, yeni yaşayış massivlərinin salınması, nəqliyyat və sosial infrastrukturun genişləndirilməsi, Bakı şəhərinin Baş planının hazırlanması, yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, sənaye müəssisələrinin, təhsil və mədəniyyət obyektlərinin inşası həmin dövrün strateji inkişaf yanaşmasının mühüm tərkib hissəsi kimi dəyərləndirilib.

Bildirilib ki, bu siyasət yalnız urbanizasiya prosesinin idarəolunmasına deyil, eyni zamanda, regionların sosial-iqtisadi inkişafına, əhalinin rifah halının yüksəldilməsinə, milli memarlıq ənənələrinin və tarixi-mədəni irsin qorunmasına xidmət edib. Bu kontekstdə qədim memarlıq abidələrinin bərpası və mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərin Azərbaycanın milli-mədəni irsinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Baş prokuror qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün uğurla davam etdirilir, xüsusilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri icra olunur.

Vurğulanıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesi yalnız infrastrukturun bərpasını deyil, həm də həmin ərazilərin tarixi-mədəni simasının, ekoloji tarazlığının və sosial həyatının yenidən formalaşdırılmasını nəzərdə tutan kompleks dövlət siyasətini əks etdirir.

Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq siyasətinin ardıcıl və strateji xarakter daşıdığını bir daha təsdiqləyir, bu istiqamətdə milli memarlıq irsinin qorunması, müasir şəhərsalma prinsiplərinin tətbiqi və qanunçuluğun təmin olunması məsələlərinin xüsusi aktuallıq kəsb etdiyini nümayiş etdirir.

Sonra tədbirdə çıxış edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə tikinti, şəhərsalma və memarlıq sahələrində həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri, ölkənin sosial və infrastruktur inkişafına xidmət edən layihələr, həmçinin Azərbaycanın memarlıq simasının formalaşdırılması istiqamətində görülmüş tədbirlər barədə ətraflı məlumat verib.

Sonda Azərbaycan Televiziyası tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də onun müəyyən etdiyi quruculuq və şəhərsalma siyasətinə həsr olunan “Qurulan gələcək” sənədli filmi nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarus birjası Azərbaycanın pambıq lifinə marağını bildirib

19:28
08 May

Rəqəmsal xidmət şirkətləri DVX-də uçota alınıb

19:18
08 May

Azərbaycan BDT-nin 84-cü sessiyasında təmsil olunub

19:07
08 May

“Apple”dan yubiley sürprizi

19:01
08 May

Robot rahib təqdim olunub

18:53
08 May

Cənub-Şərqi Asiya üçün 70 milyard dollarlıq yeni inkişaf planı

18:51
08 May

ABŞ texnologiya sektorunda yeni mərhələ

18:45
08 May

McDonald’s Çində fəaliyyətini genişləndirir

18:34
08 May

 Ekransız “Fitbit Air” cihazı təqdim edilib

18:29
08 May

Trampdan Avropa İttifaqına ticarət ultimatumu

18:19
08 May

2100-cü ilə qədər on minlərlə bitki növü yox ola bilər  

18:15
08 May

Yaponiya milli kəşfiyyatı mərkəzləşdirir

18:07
08 May

Yuxu və yemək arasında gizli əlaqə aşkarlandı

17:59
08 May

İsveçdə uşaq cinayətkarlığına qarşı elektron nəzarət   

17:51
08 May

ABŞ-də alimentlə bağlı yeni qayda

17:46
08 May

 Sahibkarlığın inkişafına dəstək 

17:40
08 May

Rusiya 9 may paradı üçün xarici jurnalistlərin akkreditasiyalarını ləğv edib

17:39
08 May

Türkiyə Prezidenti: “SAHA Expo 2026”-da 8 milyard dollarlıq ticarət həcminə nail olunub  

17:33
08 May

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

17:22
08 May

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob 

17:03
08 May

Myanmada 2,2 kiloqram ağırlığında yaqut tapılıb

16:53
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!