19 Sentyabr 2022 17:42
386
CƏMİYYƏT
A- A+
Baş Prokurorluqda Dövlət Gömrük Komitəsinin işçiləri üçün birgə təlimlər keçirilib

Baş Prokurorluqda Dövlət Gömrük Komitəsinin işçiləri üçün birgə təlimlər keçirilib

 

Hüquq-mühafizə orqanları işçilərinin peşə vərdişlərinin daha da təkmilləşdirilməsi sahəsində birgə səylərin səfərbər edilməsi məqsədilə ixtisaslaşdırılmış tədris müəssisələri ilə Baş Prokurorluq arasında imzalanmış müvafiq əməkdaşlıq memorandumları üzrə tədris tədbirləri uğurla davam etdirilir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə sentyabrın 15–16-da gömrük orqanları tərəfindən aşkar edilən hüquqpozma faktları üzrə foto və videoçəkilişdən istifadə qaydalarının izahı, bu sahədə vahid təcrübənin və vərdişlərin formalaşdırılması mövzusunda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi əməkdaşlarının iştirakı ilə Elm-Tədris Mərkəzində təlimlər keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin yaydığı birgə məlumatda bildirilir.

Əvvəlcə tədbirdə Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənilib.

Həmin təlimlərə dinləyici qismində komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin, Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin, Bakı Baş Gömrük İdarəsinin, Sumqayıt Baş Gömrük İdarəsinin, eləcə də Şimal, Cənub və Qərb Ərazi Baş Gömrük İdarələrinin 45 əməkdaşı cəlb edilib.

Tədbirdə təlimçi qismində Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin peşəkar işçiləri ilə yanaşı, Dövlət Gömrük Komitəsi Akademiyasının “Hüquq və humanitar fənləri” kafedrasının baş müəllimi də iştirak edib.

Tədbir çərçivəsində müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə foto və videoçəkilişin aparılma qaydasını və taktikasını, əldə edilmiş dəlillərdən istifadə metodikasını əks etdirən nəzəri və praktiki məşğələlər tədris edilib, dinləyicilər Baş Prokurorluğun inzibati binalar kompleksinin funksional imkanları və texniki təchizatı ilə tanış olublar.

Təlimlərin yekunu üzrə müzakirələr zamanı dinləyicilər tədris edilmiş mövzulardan və keçirilmiş praktiki məşğələlərdən razılıqlarını ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 çərçivəsində iqlim dəyişikliyinin mədəni irsə təsirinə dair müzakirələr aparılıb  

13:10
21 Noyabr

“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib  

13:06
21 Noyabr

COP29 çərçivəsində Qafqaz dağlarının dayanıqlılığı və regional əməkdaşlıq müzakirə olunub  

13:00
21 Noyabr

Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib  

12:44
21 Noyabr

Sabah ölkəmizdə hava əsasən yağmursuz olacaq  

12:39
21 Noyabr

Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

12:34
21 Noyabr

Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırılıb  

12:30
21 Noyabr

Azərbaycan və Pakistanın aviasiya operatorlarının birgə fəaliyyəti müzakirə edilib  

12:25
21 Noyabr

Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb  

12:19
21 Noyabr

COP29 Sədrliyi: COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul edəcəyik  

11:57
21 Noyabr

Filarmoniyada COP29-a həsr olunmuş növbəti konsert proqramı təqdim edilib  

11:54
21 Noyabr

Qarabağ Zəfəri İstanbulda möhtəşəm konsert proqramı ilə qeyd edilib  

11:48
21 Noyabr

Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır  

11:39
21 Noyabr

Noyabrın 25-dən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  

11:33
21 Noyabr

“Azeri Light” nefti bahalaşıb  

11:21
21 Noyabr

Özbəkistanda 2025-ci il yaşıl iqtisadiyyat ili elan olunub  

11:18
21 Noyabr

Ümumdünya Meteorologiya Təşkilatı: Dünyanın su problemləri ilə üz-üzə qalacağı günlər o qədər də uzaqda deyil  

11:14
21 Noyabr

Qobustan Günəş Elektrik Stansiyasının tikintisini həyata keçirəcək xarici investor bəlli olub  

11:04
21 Noyabr

Alimlər insan skeletinin inkişafı planını hazırlayıblar

10:57
21 Noyabr

Dəniz xüsusi təyinatlıları "SAT-SAS-2024" təlimində iştirak edirlər  

10:37
21 Noyabr

Dünya bazarlarında neftin qiyməti artıb  

10:28
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!