Belarus Respublikasının ölkəmizdəki səfiri Dmitri Pineviçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev nümayəndə heyətinə institutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Görüşdə AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyalarının qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının təmin edilməsindəki rolu xüsusi vurğulanıb. Bu sahədə hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin və birgə layihələrin reallaşdırılması imkanları müzakirə olunub. Həmçinin qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrində əməkdaşlığın genişləndirilməsi, respublikamızda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması və digər maraq doğulan məsələlər barədə fikir mübadiləsi aparılıb.
Belarus nümayəndə heyəti AQTİ laboratoriyalarına baş çəkib, müasir standartlara uyğun həyata keçirilən müayinələrlə tanış olub. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Əli Nəbiyev laboratoriya mütəxəssislərinin beynəlxalq səriştəlilik sınaqlarında əldə etdiyi uğurları nümayəndə heyəti üzvlərinin diqqətinə çatdırıb.
Səfir Dmitri Pineviç institutun apardığı tədqiqatlarla yaxından tanış olub, laboratoriyaların işini yüksək qiymətləndirib. Belarusun müvafiq sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.
BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib
Meksikada cinayətkar qruplaşmalar arasındakı atışmada 11 nəfər ölüb
Qəbələ-Xankəndi ultramarafonu: İlk mərhələnin qalibi bəlli olub
Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub
Şimali Kiprin Baş naziri: Prezident İlham Əliyevə öz adımdan və Kipr türkləri adından təşəkkür edirəm
Bakı və Aktau limanları arasında qarşılıqlı elektron fəaliyyət formatı tətbiq edilir
Aprelin 13-də 51 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub
Səudiyyə Ərəbistanı zəvvarları Həcc ziyarəti üçün qeyri-rəsmi kanallardan istifadə etməməyə çağırıb
“AzerGold” Pakistanda ölkələrarası işgüzar görüş və beynəlxalq forumda iştirak edib
Heydər Əliyev Beynəlxalq Aeroportu daha bir "Skytrax" mükafatına layiq görülüb
Azərbaycan neftinin qiyməti azalıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub
İsveç qızıl ehtiyatlarını ABŞ-da saxlamağa davam edəcək
Qəbələ-Xankəndi ultramarafonuna start verilib
Ağdam sakini: Doğma el-obama qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur
Keçmiş məcburi köçkün: Birlik və həmrəylik nümayiş etdirərək düşmənə layiqli cavab verdik
Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub
Böyük Qayıdış: Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
Maarifçi xeyriyyə cəmiyyətləri
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!