Aprelin 4-də Zəngilan rayonunun Ağalı kəndində Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının 31-ci ildönümü münasibəti ilə “Qəhrəman xalqın şanlı partiyası-YAP” adlı tədbir təşkil olunub.
Tədbirdə rayon təşkilatının sədri Natiq Quluzadə, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşları Ceyhun Həsənov, Cahid Mövlayev, “Azərbaycan” qəzetinin məsul katibi, tarix üzrə fəlsəfə doktoru Elçin Vəliyev, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədov, Ağalı kənd tam orta məktəbinin direktoru Azər Niftəliyev, rayon ziyalıları, şəhid ailələri, qazilər və partiya fəalları iştirak ediblər.
İlk olaraq Şəhidlər Xiyabanı və Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olundu.
Rayon təşkilatının sədri Natiq Quluzadə giriş nitqi ilə çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının tarix ərzində əldə etdiyi uğurları və gələcək hədəfləri ilə xalqımızın birliyini və gücünü təmsil edən rəqibsiz bir siyasi təşkilat olaraq, ölkəmizin inkişafı naminə fəaliyyətini hər zaman uğurla davam etdirəcəkdir. O qeyd edib ki, partiya Ulu Öndər Heydər Əliyevin uzaqgörən ideyaları əsasında qurulmuşdur və onun əsas prinsipləri milli həmrəylik, dövlətçiliyin möhkəmləndirilməsi və Azərbaycanın müstəqilliyinin qorunmasıdır. Bu ideyaların Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafına əsas yaratmış, gələcək nəsillərə daha güclü, daha firavan bir Azərbaycan təqdim etmək məqsədini həyatımıza gətirmişdir.
Sədr əlavə edib ki, rayon təşkilatımız partiyamızın ən fəal qollarından biri olaraq partiyanın ideya və məqsədlərini yerli səviyyədə həyata keçirərək uğurlu fəaliyyət qurub. O qeyd edib ki, Zəngilan rayonunun yenidən qurulması və Ağalı kəndinin inkişafı partiyamızın uğurlu fəaliyyətinin bariz nümunəsidir və 31 illik yubiley münasibəti ilə rayon təşkilatının üzvlərini təbrik edərək partiyanın fəaliyyətinə uğurlar arzulayıb.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin məsul əməkdaşı Ceyhun Həsənov, “Azərbaycan” qəzetinin məsul katibi, tarix üzrə fəlsəfə doktoru Elçin Vəliyev və digərləri çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıblar. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını, bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını, Ağalı kəndinin bu tədbirə ev sahibliyi etməsinin tarixi əhəmiyyətini də xüsusi vurğulayıblar. Onlar, həmçinin, rayon təşkilatının yaranmasının 31 illik yubileyi münasibəti ilə öz səmimi təbriklərini çatdıraraq bu əlamətdar günün əhəmiyyətini qeyd etdilər.
Sonda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi, eləcə də rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına və fəalına Fəxri Fərman təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.
Şimşək çaxır, yağış yağır, küləyin sürəti güclənib - FAKTİKİ HAVA
Ağbənd körpüsünün 2026-cı ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır
Ayın uzaq keçmişdə Yerin bir hissəsi olduğu düşünülür
“AzerGold”un İdarə Heyətinin sədri 4-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
Əslən erməni tarixçi: Qafqaz Albaniyası barədə həqiqətlərin tam araşdırılması ilə erməni kilsəsi haqqında da bir çox həqiqətlər məlum olacaq
Liviya Dövləti Prezident Şurası Sədrinin müavini Musa Al-Kunidən
Fransada jurnalistlər Milli Assambleyadan qovulublar
İstanbulda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü keçirilib
Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev beynəlxalq simpoziumun iştirakçılarını qəbul edib
Baş nazir Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb
Kopenhagen dünyanın ən xoşbəxt şəhəri elan edilib
Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı dünya mediasının diqqət mərkəzində olub
Dmitri Peskov: Rusiya ilə ABŞ arasında İstanbulda keçirilən danışıqlar yalnız ikitərəfli münasibətlərlə bağlıdır
Vatikanda Qafqaz Albaniyası irsinə həsr edilən elmi konfrans işə başlayıb
İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Rakadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik
Donald Tramp: Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır
İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan
AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan
Nikoloz Samxaradze: Azərbaycan Gürcüstanı ən çətin vaxtlarda dəstəkləyib
DİM: Martın 2-də keçirilmiş buraxılış imtahanında 23 nəfər 300 bal toplayıb
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!