04 Aprel 2025 19:04
373
DÜNYA
A- A+
Türkiyə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki mina problemi ilə bağlı narahatlığını bölüşür  

Türkiyə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki mina problemi ilə bağlı narahatlığını bölüşür  


Türkiyə minaların yaratdığı çirklənmənin uzun müddətdir ciddi təhlükəsizlik təhdidi doğurduğu Əfqanıstan kimi ölkələrlə yanaşı, işğaldan azad etdiyi torpaqlarda hələ də aşkarlanmamış çox sayda minanın mövcud olduğu Azərbaycanın da təhlükəsizliklə bağlı narahatlığını bölüşür. Türkiyənin mina təhdidi ilə mübarizə aparan dövlətlərə həm quru, həm də dəniz ərazilərində, eləcə də beynəlxalq platformalarda göstərdiyi güclü və qətiyyətli dəstək davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə yayımladığı açıqlamada yer alıb.

Açıqlamada Türkiyənin qlobal və regional miqyasda quru və dəniz minaları ilə mübarizə sahəsinə əhəmiyyətli və konkret töhfələr verdiyi, Milli Mina Fəaliyyəti Mərkəzi vasitəsilə insanlara qarşı olan minaların istifadəsinin, saxlanmasının, istehsalının və ötürülməsinin qadağan olunmasını və onların məhvini nəzərdə tutan Ottava Konvensiyasını, həmçinin bu çərçivədə yaradılmış beynəlxalq əməkdaşlığı dəstəklədiyi qeyd olunub.

Türkiyə XİN mina və partlamamış sursatların bir çox ölkədə insan təhlükəsizliyini təhdid edən ciddi problem olduğunu bildirərək, bu vəziyyətin eyni zamanda ölkələrin sosial-iqtisadi inkişafına və mədəni irsinin qorunmasına mənfi təsir göstərdiyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

R.S.Qvaladzenin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

02:25
11 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Sosial sığınacaqların inkişafına dəstək" adlı müsabiqə keçirir

02:24
11 Aprel

Qurgen Stepanyan Azərbaycanın vaxtilə işğalda olan ərazilərində xidmət edərkən hərbi hissədə Ermənistan vətəndaşları olan zabitlərin sayca üstünlük təşkil etdiyini etiraf edib  

22:31
10 Aprel

Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf edib  

22:00
10 Aprel

Bakıda Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib

21:59
10 Aprel

Davit Allahverdiyan Azərbaycanın vaxtilə işğal edilmiş suveren ərazilərində becərilən taxıl məhsulunun Ermənistana göndərildiyini etiraf edib  

21:29
10 Aprel

Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim

21:09
10 Aprel

Hərbi polisin yaranmasının 33-cü ildönümü qeyd olunub

19:58
10 Aprel

Azərbaycanda enerji səmərəliyi sahəsində yeni dövlət standartları qəbul edilib

19:21
10 Aprel

İƏİT forumunda Azərbaycanın ticarət və nəqliyyat əlaqələrinin artırılması məqsədilə görülən tədbirlər haqqında məlumat verilib

19:08
10 Aprel

Şimşək çaxır, yağış yağır, küləyin sürəti güclənib - FAKTİKİ HAVA

18:54
10 Aprel

Ağbənd körpüsünün 2026-cı ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır  

18:53
10 Aprel

 Ayın uzaq keçmişdə Yerin bir hissəsi olduğu düşünülür

18:47
10 Aprel

“AzerGold”un İdarə Heyətinin sədri 4-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib

18:40
10 Aprel

Əslən erməni tarixçi: Qafqaz Albaniyası barədə həqiqətlərin tam araşdırılması ilə erməni kilsəsi haqqında da bir çox həqiqətlər məlum olacaq  

18:35
10 Aprel

Liviya Dövləti Prezident Şurası Sədrinin müavini Musa Al-Kunidən

18:32
10 Aprel

Fransada jurnalistlər Milli Assambleyadan qovulublar

18:31
10 Aprel

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü keçirilib

18:31
10 Aprel

Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev beynəlxalq simpoziumun iştirakçılarını qəbul edib  

18:28
10 Aprel

Baş nazir Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb

18:27
10 Aprel

Kopenhagen dünyanın ən xoşbəxt şəhəri elan edilib

18:23
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!