Azərbaycan hər hansı regional gücün qıcıqlanmasından çəkinməyərək bütün istiqamətlərdə fəaliyyət göstərən, kənar müdaxilə olmadan öz işlərini idarə etmək xəttinə sadiq qalan ölkədir. Azərbaycanın öz milli maraqlarını üstün tutaraq Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistanla sülh danışıqları aparması, eyni zamanda, Rusiyanın dəstəklədiyi Avrasiya İqtisadi İttifaqı çərçivəsində fəaliyyət göstərməsi bunun aşkar təsdiqidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham ölkəsinin populyar “Israel National News” nəşrində dərc olunmuş “ABŞ-İsrail-Azərbaycan strateji tərəfdaşlığının əhəmiyyəti” başlıqlı məqaləsində yazıb.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun Bakıya səfərini təhlil edən məqalədə Azərbaycanın Qərbə və İsrailə konstruktiv münasibətinin, sadəcə, ritorika olmadığı yazılıb. İsrail Dövlətini çoxdan tanıyaraq orada səfirlik açan Azərbaycanın Avropa İttifaqı ilə geniş enerji ticarəti əlaqələri qurmaqla qitənin enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd edilib. Bunları nəzərə alsaq, Azərbaycanın hazırda ideal regional vasitəçi kimi mövqe tutduğu aydın olur. Qonşuları ilə normal əlaqələri qoruyan və ABŞ-ın dominant olduğu Qərblə konstruktiv əməkdaşlıq edən Azərbaycan, eyni zamanda, İsrail ilə möhkəm dostluq əlaqələri saxlayır. Ona görə də Azərbaycanın son nəticədə Rusiya ilə ABŞ, eləcə də İran və İsrail arasında vasitəçi kimi çıxış etməsi tam məntiqlidir. Bu mənada ABŞ-ın Azərbaycanı rəsmi olaraq regional vasitəçi kimi görmək strategiyası region üçün daha stabil gələcəyə zəmin yarada bilər.
Müəllifin qənaətinə görə, Uitkofun səfəri böyük ehtimalla Azərbaycanın bölgədə maraqlı güclər arasında manevr qabiliyyətini gücləndirmək və regional sülhün xeyrinə hərəkət edə biləcəyi əlavə təsir sferalarını müəyyənləşdirmək məqsədi daşıyır. Sözügedən səfər ABŞ-ın artıq tərəflərin aydın maraqlarına əsaslanan alyanslar vasitəsilə fəaliyyət göstərdiyini, sülh və sadiq əməkdaşlıq müqabilində hər bir tərəfə istədiyini təklif etməyə hazır olduğunu göstərir.
“Biz yalnız ümid edə bilərik ki, ABŞ-ın praktiki yanaşması və Azərbaycanın bir-birinə zidd, lakin paralel kanallar arasında naviqasiya qabiliyyəti regiona sülh və əmin-amanlıq gətirəcək”, - deyə israilli jurnalist sonda əlavə edib.
Məqaləni ətraflı şəkildə linkə keçid etməklə oxumaq mümkündür.
R.S.Qvaladzenin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Sosial sığınacaqların inkişafına dəstək" adlı müsabiqə keçirir
Qurgen Stepanyan Azərbaycanın vaxtilə işğalda olan ərazilərində xidmət edərkən hərbi hissədə Ermənistan vətəndaşları olan zabitlərin sayca üstünlük təşkil etdiyini etiraf edib
Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf edib
Bakıda Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib
Davit Allahverdiyan Azərbaycanın vaxtilə işğal edilmiş suveren ərazilərində becərilən taxıl məhsulunun Ermənistana göndərildiyini etiraf edib
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim
Hərbi polisin yaranmasının 33-cü ildönümü qeyd olunub
Azərbaycanda enerji səmərəliyi sahəsində yeni dövlət standartları qəbul edilib
İƏİT forumunda Azərbaycanın ticarət və nəqliyyat əlaqələrinin artırılması məqsədilə görülən tədbirlər haqqında məlumat verilib
Şimşək çaxır, yağış yağır, küləyin sürəti güclənib - FAKTİKİ HAVA
Ağbənd körpüsünün 2026-cı ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır
Ayın uzaq keçmişdə Yerin bir hissəsi olduğu düşünülür
“AzerGold”un İdarə Heyətinin sədri 4-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
Əslən erməni tarixçi: Qafqaz Albaniyası barədə həqiqətlərin tam araşdırılması ilə erməni kilsəsi haqqında da bir çox həqiqətlər məlum olacaq
Liviya Dövləti Prezident Şurası Sədrinin müavini Musa Al-Kunidən
Fransada jurnalistlər Milli Assambleyadan qovulublar
İstanbulda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü keçirilib
Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev beynəlxalq simpoziumun iştirakçılarını qəbul edib
Baş nazir Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb
Kopenhagen dünyanın ən xoşbəxt şəhəri elan edilib
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!