Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuralarının iclasları çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Özbəkistan Respublikasının Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu”nun imzalanması mərasimi olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan, Qazaxıstan, Özbəkistanın energetika nazirləri tərəfindən imzalanmış sənədə AİB və AİİB-in təmsilçiləri də qoşulub.
Bu memorandum Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) birinci mərhələsini dəstəkləmək məqsədilə əməkdaşlığı nəzərdə tutur.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib: “Azərbaycan, Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin birləşdirilməsi strateji və tarixi əhəmiyyətli layihədir. “Xəzər Yaşıl Enerji Dəhlizi” təşəbbüsümüzə AİB və AİİB-in qoşulması layihənin icrasında mühüm irəliləyişlərdən biridir. Birgə əməkdaşlığımız layihənin texniki-iqtisadi tədqiqatlarına tezliklə başlamağımızı təmin edəcək. Bu regional yaşıl enerji təşəbbüsü sayəsində Azərbaycanla Mərkəzi Asiya ilk trans-Xəzər enerji dəhlizini reallaşdırmış olacaq”.
Qazaxıstanın energetika naziri Erlan Kudaybergenoviç Akkenjenov qeyd edib ki, yaşıl dəhliz layihəsi kimi birgə təşəbbüslər regionun enerji sistemlərini gücləndirmək, yaşıl texnologiyaları təşviq etmək və ekoloji təmiz elektrik enerjisinin davamlı ixracını təmin etmək əzmimizi nümayiş etdirir: “Birlikdə biz enerjinin təkcə bir resurs deyil, həm də davamlı inkişaf və sabitliyin təməli olduğu bir gələcək yaradırıq”.
Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov bildirib ki, Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında yaradılacaq Yaşıl Enerji Dəhlizi Mərkəzi Asiyanın bərpa olunan enerji potensialını Avropa ilə birləşdirən etibarlı və dayanıqlı körpüyə çevirən mühüm əməkdaşlıq nümunəsidir: “Bu layihə yaşıl gələcək qurmaq, iqtisadi artımı təşviq etmək və uzunmüddətli enerji təhlükəsizliyini təmin etmək istiqamətindəki öhdəliyimizi əks etdirir”.
AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeni Jukov deyib: “Xəzər Yaşıl Enerji Dəhlizi təşəbbüsü üç ölkə və AİB üçün strateji prioritetdir. Bu təşəbbüs çoxsaylı regional problemlərin həlli ilə yanaşı, təmiz enerji infrastrukturu sahəsində transsərhəd əməkdaşlığın inkişafı üzrə missiyamızın həyata keçirilməsinə birbaşa töhfə verir. Memorandumun imzalanması, Azərbaycan, Qazaxıstan və Özbəkistan, eləcə də Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlıq əlaqələrimizdə həlledici bir mərhələdir. Bu mövcud yanaşmamızı transformativ bir regional təşəbbüsə çevirmək üçün kollektiv öhdəliyimizi əks etdirir”.
AİİB-in nümayəndəsi Hong Vey vurğulayıb ki, Asiya İnkişaf İnvestisiya Bankı “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasında Azərbaycan, Qazaxıstan, Özbəkistan hökumətləri və Asiya İnkişaf Bankı ilə əməkdaşlıqdan məmnundur. Bu layihə Mərkəzi Asiyanın böyük təmiz enerji potensialının üzə çıxmasına imkan verəcək, Azərbaycan isə Mərkəzi Asiyadan Avropaya təmiz enerji axını üçün bir qapı kimi mühüm rol oynayacaq.
Xatırladaq ki, “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” dövlət başçıları tərəfindən 2024-cü il noyabrın 13-də COP29 çərçivəsində imzalanıb.
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 noyabr tarixli 235 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan və İran Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Leysan xarakterli intensiv və güclü yağıntılar nəticəsində çaylardan sel keçib – FAKTİKİ HAVA
Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
ADY gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir
Gürcüstan Prezidenti ilə Milli Məclisdə görüş keçirilib
Süni zəka itmiş şəxslərin tapılmasına kömək edəcək
Milli Məclisdə Azərbaycanla Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
DİN: Yola çıxarkən ehtiyatlı olun, yol hərəkəti qaydalarına ciddi riayət edin, piyadalara qarşı diqqətli davranın
Azərbaycan və Sloveniya parlament dostluq qruplarının görüşü keçirilib
Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Hacıqabul Sənaye Parkında 280 milyon manatlıq məhsul istehsal edilib
Fransa ilə Əlcəzair arasında münasibətlər daha da pisləşir
Riçard Armitacın ailəsinə
Əhməd İsmayılov: Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılıb
Türkiyə nümayəndə heyəti DOST Mərkəzi, reabilitasiya və sosial xidmət müəssisələri ilə tanış olub
Türkiyə XİN: Yunanıstanın “Dəniz Məkanlarının Planlaşdırılması”nda göstərdiyi bəzi ərazilər Türkiyənin dəniz yurisdiksiyasını pozur
Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında iki məsələ müzakirə edilib
Hulusi Akar: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər səmimiyyətə və qardaşlığa əsaslanır
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!